Onu saxlamağın yeganə yolu, onu saxlamamağa çalışmaqdır

  • Kino
Valideynləri onun böyük qardaşları üçün hər şey edirdilər, amma balaca Mariya Luizanın işi öz qardaşları üçün geyim daşımaqdan, arxalarınca yığışdırmaqdan ibarət idi. O, Siciliyada anadan olmuşdu. Orda isə qadın olmaq kişilərə tabe olmaq deməkdir. Mariya böyük çəkmələri ilə palçığın içində gəzir, yerlə sürünən uzun, qara şalvarını hər zaman əli ilə tutmaq məcburiyyətində qalaraq özünü çox murdar hiss edər, çox vaxt evlərinin pilləkənində gizli-gizli ağlayardı.

On dörd yaşında and içərək özünə söz verdi ki, mütləq aktrisa olacaq və heç vaxt ailə qurmayacaq. Tezliklə qardaşları Amerikaya, pul dalınca yollandı. Mariya isə Romaya – arzularının ardınca getdi. Dram akademiyasına zəif səs imkanlarını bəhanə gətirərək, onu qəbul etmədilər. Səhəri gün Mariya həkimin qəbulunda oldu və yalvararaq ondan səsində heç bir problem olmadığına dair arayış almağı bacardı. Həkim bu qeyri-adi gözəllik qarşısında valeh olmuşdu. Bir il sonra artıq Mariya akademiyada təhsil alırdı. Özünə Monika Vitti adı seçərək yeni həyatına addım atdı.
Davamı →

Antonioni | Aktyor haqqında düşüncələr

  • Kino
Kino aktyoru düşünməməlidir, o var olmalıdır. Mənə etiraz edə bilərlər ki, var olmaq üçün düşünmək lazımdır. Xeyr! Əgər bu belə olsaydı, ağıllı aktyor ən yaxşısı olardı. Lakin həyatda çox zaman əksinə olur.

Akyor ağıllı olanda, onun yaxşı aktyor olmaq istəyi, belə deyək, hazırlanmış olur. O, mürəkkəb obraz yaratmaq, xırda çalarları nəzərə almaq istəyir və bununla da öz işindən kənara atılmış olur, öz-özünə çətinlik yaradır.

Onun obrazını anlamaq cəhdi, belə qəbul edilir ki, personajın daha dəqiq psixoloji xarakteristikasına dəlalət etməlidir. Həqiqətdə isə bu, onun işinə mane olur, aktyorun bilavasitəliyini itirir. Kino aktyoru çəkilişə sadəlövh “fidan” bir insan kimi gəlməlidir. İşində nə qədər türkəsaya olsa, nəticə də daha yaxşı olacaqdı.

Kino aktyoru əsasən personajın psixologiyasını layihələndirmək deyil, öz fantaziyasını genişləndirməlidir. Fantaziya isə öz-özünə alışır, onun üçün hər zaman sıxa biləcəyin düymə mövcud deyil.
Davamı →