Bill Qeytsin 11 qızıl qaydası

Bil Qeyts«Microsoft» şirkətinin qurucusu, dünyanın ən varlı adamı Bill Geytsin «11 qızıl qayda»sı aşağıdakılardır:
 

1. Həyat ədalətsizdir — buna adət edin.

 
2. Özünüqiymətləndirmə cəmiyyəti tamamilə narahat etmir. Hər şeydən əvvəl, sizdən nailiyyət gözlənilir.

 
3. Siz məktəbi bitirən kimi ildə 60 min dollar qazanmayacaqsınız. Siz pul qazanacağınız vaxta qədər şəxsi sürücüsü olan vitse-prezident olmayacaqsınız.

 
4. Əgər siz müəllimin sizinlə həddindən artıq sərt rəftar etdiyini fikirləşirsinizsə, bu, hələ işin başlanğıcıdır. Sizin rəhbəriniz olacağı vaxtı gözləyin.

 
5. Hamburger qızartmaq — ləyaqətinizi alçaldır? Sizin baba və nənələriniz tamamilə əksini düşünüblər. Onlar üçün hamburger qızartmaq bu həyatdan yapışmaq üçün bir imkan olub.

 


Ardı →

Bill Qeyts | Onun zəkası ən böyük sərvətidir

Həyatı: Bill Qeyts 1955-ci ildə Vaşinqtonda (Sietl) doğulmuşdur. Onun ailəsi sosial baxımdan orta sinfə mənsub olsa da, yüksək nüfuza malik olub. Billin atası dövrünün görkəmli vəkillərindən olub. Billin iki bacısı var. 1994-cü ildə Bill Qeyts Melinda Frenç Qeytslə evlənir. Hazırda onların üç övladı var. Cennifer Ketrin Qeyts 1996-cı ildə, Rori Con Qeyts 1999-cu ildə, Foebe Adeli Qeyts isə 2002-ci ildə dünyaya gəlib.

Bill Qeyts və Microsoft 

Bill Qeyts fərdi kompyuter inqilabının ən məşhur sahibkarlarından biridir. İndiki məşhur sahibkarı uğura aparan yol öz başlanğıcını məktəb illərindən götürüb. Hələ məktəbdə oxuyarkən bəzi dərslərdə iştirak etməyən Bill hamıdan gizli kompyuter otağına gedib, orada kompyuterlərlə maraqlanarmış. Beləcə o, proqram təminatı kodeksini mükəmməl öyrənmişdi. Məhz bunun sayəsində Bill ilk kiçik proqramını da yazmışdı. Onun bu bacarığı ətrafındakı hər kəsi heyran qoyurdu. Buna baxmayaraq, Bill daha çox öyrənmək və bilmək istəyirdi. Sietldə kiçik bir firma ilə razılığa gələn Bill, onlara edəcəyi köməyin müqabilində daha çox məlumat əldə etmək imkanı qazanır. Müəyyən bir müddət bu kiçik ofisdə çalışan Qeyts proqramçıların heç də hər şeyi ona öyrətmədiyini anlayır və oradan uzaqlaşır.
Davamı →

Pol Allen

İnformasiya texnologiyaları sahəsi üzrə dünyanın tanınmış şəxsiyyətləri silsiləsindən növbəti yazımın qəhrəmanı «Microsoft» şirkətinin yaradıcılarından biri, tanınmış ictimai xadim və dünyanın ən varlı şəxslərindən olan xeyriyyəçi Pol Allendir. Çoxları onu Bill Qeytsin yaxın dostu kimi də tanıyır. Onun çoxsaylı uğurları və gördüyü işlər hamıya məlumdur. Amma çoxları hələ də onun həyatla ölüm arasında mübarizə apardığından xəbərsizdir.

Doğum tarixi: 21 yanvar, 1953-cü il. Sietl, Vaşinqton


Yaşayış yeri: Merser adaları, Vaşinqton


Ardı →

Microsoft KİN ONE və KİN TWO

Mikrosoft və ya Maykrosoft şirkəti 2010-cu il Aprelin 12-də (yəni dünən) sosial həyat tərzindən acınacaqlı surətdə asılı olan insanlar üçün KİN adlı Windows sisteminə əsaslanan telefon təqdim etdi. Verizon Wireless, Vodafone və Sharp Corporation kimi şirkətlərin də birgə dəstəyi ilə KİN özünün Loop, Spot və Studio kimi onlayn xidmətləri ilə camaatın vaxtını öldürməyə yardımçı olacaq.



Ardı →

Bing axtarış sistemi

Bing, bing.com ünvanında yerləşən,Microsofta məxsus axtarış sistemidir. Bing təkamül yolu ilə inkişaf edib:
1. —2006-cı illə qədər o MSN Search (http://search.msn.com/)
2.2007-ci ilin martına qədər Windows Live Search (http://search.live.com/) adlanırdı.Sonralar isə Microsoft şirkəti onun adını dəyişdirdi və Bing qoydu. Hazırda dünyada ikinci ən böyük axtarış sistemi məhz Bing sayılır.Bəzi mənbələrə görə isə üçüncü sayılan Bing, Google və Yahoo! axtarış sistemləri ilə mübarizə aparır. Amma kəskin rəqabət şəraitində Microsoft və Yahoo! razılığa gəliblər ki, Yahoo Bing-in köməyindən yararlanacaq.


Ardı →