Moloheya qoxan sevgili | Milorad Paviç

Milorad PavicMisirdə üç növ ot çox məşhurdur. Alfa adlanan bir otdan vaxtilə kəndir toxuyardılar, sonra həmin kəndirdən fironun yay qayıqlarını düzəldərkən istifadə edirdilər, qayıqların ayrı-ayrı hissələri mismarlarla deyil, məhz bu cür kəndirlərlə birləşdirilirdi. İkinci otu buxar tənbəki çubuğu olan nargiləyə doldurulardı. Üçüncü ot haqqında isə qədim əfsanədən danışılır. Məhz elə o da bizim yeni hekayəmizin predmeti olacaq. 

Atası Aşağı Volqaboyu yerləşən Qızıl Ordadan Qahirəyə gətirilmiş Əl Nasir Məhəmmədin vaxtında bir misirli xəlifə vardı. Həmin xəlifə həm öz sarayında, həm də bütün şəhərdə moloheya otundan hazırlanan ədviyyatdan istifadəni qadağan etmişdi. Rəvayətə görə bu xəlifənin gözəllər gözəli bir arvadı vardı və xəlifə onu çox sevirdi. Bir dəfə hərbi səfərdən döndükdən sonra xəlifə hiss etdi ki, arvadının sevgisi əvvəlki tək deyil. O, öz münəccimini yanına çağırdı və ondan məsləhət istədi. 
Ardı →