Bağırovun oğlunun yasında gülən Xalq şairi | Süleyman Rüstəm

İclasların birində Süleyman Rüstəm:
— Yazıçılar İttifaqındakı birlik heç Sovet ordusunda yoxdur. Çünki Əli Vəliyevlə Süleyman Rəhimov barışıb.
Məmmədəmin Rəsulzadənin məzarını ziyarət etmək istəyib. İcazə yoxmuş. Bir az söz-söhbətdən sonra nəhayət şairi Rəsulzadənin məzarına aparırlar. Şahidlərdən birinin müşahidəsinə görə, Süleyman Rüstəm uzun müddət yaşarmış gözünü silə-silə lal-dinməz başdaşının yanında oturubmuş.

Davamı →

Bağırov haqqında qeyri-adi faktlar

Mircəfər Bağırov ilk təhsilini mollaxanada alıb. Sonra onu Qusar rayonunda ləzgilər yaşayan Nəcəfkəndə müəllim təyin edirlər. Mircəfər bu kənddə bir ilə yaxın müəllim işləyir. İlk dəfə ləzgi qızlarını məktəbə cəlb edir. Eyni zamanda, qısa müddətdə ləzgi dilini öyrənir.
Atası Mirabbas, anası Yaxşı xanımdır. Mircəfər ailələrində ən kiçik uşaq olub. Böyük bacısı Seyid Məsumə 1883-cü ildə anadan olub. O, Həştərxanda işləyərkən Mariya adlı bir zadəgan qızıyla ailə qurur və bu nikahdan 1919-cu ildə Cahangir (Vladimir) adlı oğulları dünyaya gəlir. 1926-cı ildə Mariya vəfat edir. Məsumə və digər bacısının təkidi ilə Mircəfər Bağırov 4 ildən sonra İçərişəhərdə yaşayan Yevgeniya Mixaylovna ilə ailə qurur. Bu nikahdan 1932-ci il avqustun 9-da ikinci oğlu Cen dünyaya gəlir.

Davamı →

Mircəfər Bağırovun xəstə sevgisinin qurbanı Xədicə Qayıbova

1938-ci ilin 16 mart tarixində Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsinə arayış təqdim olunur. Arayış Komissarlığın birinci bölməsi üçüncü şöbə rəisinin müavini, erməni əsilli leytenant Tevosyan tərəfindən tərtib edilmişdi...
«Türk və İngilis qərargahlarının Bakıda olduqları zaman 1893-cü ildə anadan olmuş Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə olub. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Qayıbova öz evində müsavat partiyasının başçılarından biri olan Mustafa Vəkilovu gizlətmiş və onun qaçması üçün şərait yaratmışdır. M.Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-cü ildə Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. Sonra o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edib. Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatının üzvi kimi həbs edilmişdir. Göstərilənlərə əsasən Qayıbova həbs edilib, Azərbaycan SSR CM-nin 68-ci maddəsinə əsasən istintaqa cəlb edilməlidir».

Davamı →

Bağırovun xidməti niyə İmam Mustafayevin adı ilə bağlanmalıdır?

Sovet Azərbaycanında Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması İmam Mustafayevin adı ilə bağlayırlar. Bu günə qədər bizə təbliğ olunurdu ki, guya Azərbaycan dilinin dövlət dili statusunun qazanılmasının müəllifi məhz İmam Mustafayevdir.
Həqiqət isə necədir?
Halbuki, 1937-ci il 14 mart tarixində qüvvəyə minmiş və Mir Cəfər Bağırovun rəhbərliyi altında hazırlanmış Azərbaycan SSR konstitutsiyasında Azərbaycan dilinin dövlət dili olması 151-ci maddədə göstərilir. Bu konstitutsiyada Azərbaycan dilinin respublika ərazisində bütün dövlət müəssisələrində və yazışmalarında tətbiq olunmasi təsbit olunur.
Davamı →

Sübut edəcəyəm ki, oğlun sənə layiqdir

Müharibə illərində bir çox dövlət xadimlərinin övladları ön cəbhələrdə idilər. Ancaq respublika rəhbərləri arasında yalnız Mir Cəfər Bağırovun oğlu yaralandıqdan sonra hərbi xəstəxanadan birbaşa düşmənlə vuruşa yollanmışdı...

Cahangir Mir Cəfər oğlu Bağırov 1919-cu il oktyabrın 6-da anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına göndərilmiş, 1938-ci ildə Yeysk şəhərindəki hərbi dəniz-təyyarəçilik məktəbini bitirmişdi. Müharibə başlayanda Cahangir leytenant idi, sorağı Serpuxov ətrafındakı ağır döyüşlərdən gəlirdi. Gənc azərbaycanlı şahin partiya sıralarına keçirilmişdi. 

1943-cü ilin əvvəllərində Cahangir Bağırov düşmənlə hava döyüşündə sol qolundan yaralanan təyyarəsini ustalıqla yerə endirdi, təslim olmadı. Yaralı şahini digər əsgərlərlə birlikdə Bakıdakı hərbi xəstəxanaya gətirdilər… Həmin ilin fevral ayının 4-də Cahangirin atasına yazdığı məktub 40 ildən sonra mətbuat səhifələrinə düşdü: 
Ardı →

Cəlal Bərgüşadın “Dünyada nələr gördüm” kitabından “Caninin zarafatı”

  Əhvalat 1938-ci ilin əhvalatıdır. Süleyman müəllim mənə danışdı ki, gecə şirin yuxuda idim. Birdən telefon səsi eşidildi. Hövlnak yuxudan ayıldım. Çünki o vaxtlar tutatut illəri idi. Bu gündən sabaha etibar yox idi. Hər gecə beş-on ziyalı, ictimai dövlət xadimi həbs olunurdu. İşığı yandırıb saata baxdım. Saat üçə az qalmışdı. Şəhər zülmət qaranlığa bürünmüşdü. Zəng ikinci dəfə təkrar olanda cəld dəstəyi qaldırdım. Mərkəzi Komitədən Mircəfər Bağırovun köməkçisi idi. Onun səsinin ahəngi xoşuma gəlmədi.

  — Süleyman, aşağıda Sizi xüsusi maşın gözləyir! Təcili maşına əyləşin! Kişi (o zaman Mircəfər Bağırova “kişi” deyərdilər – müəllif) sizinlə görüşmək istəyir!

 Ətim ürpəşdi. Soyuq bir tər bədənimi basdı. Mənim vəziyyətimi gözünüzün qabağına gətirin. Adətən, “qorxulu xalq düşmənlərini” belə qaranlıq gecələrdə xəlvəti götürürdülər. Hara aparırdılar, kim aparırdı, onu bircə allah bilirdi.


Ardı →