Dindarların məsciddə öldürdüyü azərbaycan şairi | Seyid Əzim Şirvani

Seyid Əzim Şirvani Seyid Məhəmməd oğlu Mir Cəfərzadə Şirvani 1835-ci il iyul ayının 10-da Şamaxı şəhərində Qalabazar məhəlləsində, ruhani ailəsində anadan olub. Ona babası Əzimin adını veriblər.
Əzimin 7 yaşı olanda atası Seyid Məhəmməd vəfat etdiyinə görə, o, anasının himayəsində yaşayır. Daha sonra Dağıstanın Yaqsay kəndində yaşayan ana babası Molla Hüseyn qızını və nəvəsini yanına gətirir. Oğlu olmadığı üçün o, balaca Əzimə doğma bir bala kimi meyl salır və zirək, qabil uşaq olan nəvəsinə böyük qayğı göstərir.

Davamı →

Qafqazın birinci adamı - Yaxud bir ailədə iki Şeyxülislam

«1875 sənəsi son baharında uzun ağ saqqallı, möhtərəm bir ixtiyar ilə on bir-on iki yaşlarında arıq vücudlu bir çocuq Qafqaz valisi böyük knyaz Mixail Nikolayeviçin möhtəşəm yazı masası önündə bulunuyorlardı. Rus şahzadənin arxasında nəzərinin nüfuz və şiddəti dərhal gözə çarpan çərkəs əlbisəli bir miralay ayaqda duruyordu. Yaşıl sarığı, dəvə tükündən qolsuz əbası ilə ehtiramkar vəziyyətdə olan miralay ixtiyarın ricalarını valiyə eynən tərcümə etmədi: — »Şeyx Əhməd Səlyani, bu yetim çocuğun Tiflis gimnaziya kurslarından birisinə yerləşdirilməsini xahiş edir" dedi. Şeyx Əhməd Salyani, Şərq tərbiyəsinə taban hafidiyçün (nəvəsi üçün) məktəb seçimini də canişin şahzadənin iradəsinə buraxmışdı. 

Davamı →

Ədəbiyyatımızın Mirzə Fətəli əsri

XIX əsr Azərbaycan ictimai fikrinin görkəmli şəxsiyyətlərindən olan filosof, ictimai xadim Mirzə Fətəli Axundzadə özünün maarifçilik fəaliyyəti, çoxçeşidli yaradıcılığı ilə dövrünün parlaq simalarından olmuşdur. O, həmçinin Azərbaycan dramaturgiyasının, teatrın və ədəbi tənqidin banisidir. Mirzə Fətəli dini fanatizmin, cəhalətin, mövhumatın, avamlıq və nadanlığın hökm sürdüyü bir zamanda demokratik düşüncənin intişarı yolunda dindarların, qaragüruhçuların təqiblərinə məruz qalsa da, millətin gözünün açılması, həyatının dəyişilməsi uğrunda mübarizəsini ömrünün sonunadək davam etdirmişdir.

Davamı →

“Aldanmış kəvakib” povestinin təhlili

M.F.Axundzadə 1857-ci ildə yazdığı “Aldanmış kəvakib” povesti ilə Azərbaycan realist nəsrinin inkişafında yeni bir səhifə açmışdır. Əsərin mövzusu, süjeti İran tarixçisi İsgəndər bəy Münşinin “Tarixi-aləm-arayi-Abbasi” (“Dünyanı bəzəyən Abbasın tarixi”) əsərindən götürülmüşdür. Mənbələr üzrə aparılan araşdırma əsərin mövzusu barədə əhatəli fikir deməyə imkan yaradır.

Əsərdə maraqlı insan obrazları yaradılmışdır. Onların fərdi xüsusiyyətləri ilə yanaşı, oxşar xüsusiyyətləri də vardır. Yusif Sərracla Şah Abbasın müqayisəsi onların xarakter, davranış, həyata baxışları arasındakı fərqin aşkara çıxarılmasına imkan yaradır.


Davamı →

Mirzə Fətəli Axundzadə

Mirzə Fətəli Axundzadə Şəki şəhərində anadan olmuşdur. Onun atası Cənubi Azərbaycanın Xamnə qəsəbəsindən olan Mirzə Məhəmmədtağı, anası isə şəkili Nanə xanımdır. Uşaq yaşlarından anasının əmisi Axund Hacı Ələsgərin himayəsində yaşayaraq fars və ərəb dillərini, Quranı öyrənmiş, klassik şairlərin əsərləri ilə tanış olmuşdur.

Axund Hacı Ələsgər onun dini elmləri öyrənməsini, gələcəkdə ruhani olmasını istəsə də, o, müəllimi M.Ş.Vazehin təsiri ilə bu fikirdən daşınır, təhsilini Şəkidə açılmış ibtidai rus məktəbində davam etdirir. Onun dövlət qulluğuna meylini görən Axund Hacı Ələsgər Mirzə Fətəlini Tiflisə gətirib Qafqazın baş hakiminin dəftərxanasında Şərq dilləri üzrə mütərcim şagirdi kimi işə götürülməsinə nail olur.


Davamı →

Cəfər Cabbarlı Mirzə Fətəli Axundov haqqında

Bəlli olduğu üzrə Azərbaycan ədəbiyyatı Füzulidən sonra öz originallığını itirmiş bir halda idi.
Füzuli Azərbaycan ədəbiyyatını fars və ərəb girdabından dartıb çıxarmış və dörd yanını sarmış boşluq içərisində yeni doğurmuş ədəbiyyatını çiyinlərinə almış və yenilməz addımlarla ta yüksəklərə qaldırıb, parlaq bir sentimentalizm ədəbiyyatı olmaq üzrə vaxtında təqdim etmişdir. Füzulinin dord əsr bundan əvvəl yazdığı sentimentalist əsərlər bu gün belə bütün sentimentalizm ədəbiyyatının ilk sıralarında gedə bilər. O öz mövzülarında bəzən böyük ədəbi keçmişə malik yazıçılarla yarışmış, onların yazdıqları mövzulardan istifadə etmiş, lakin bu yarışda onlardan geri qalmamış və hər halda “Leyli və Məcnun” kimi dahiyanə əsərlərində öz qoca rəqiblərini geri buraxmış və hamısından yüksəyə qalxmışdır.
Davamı →