Sirli Misir ehramları

Misir ehramları bəşəriyyət tarixinin ən sirli tikilisi desək yəqin yanılmarıq. Tikilməsindən min illər keçməsinə baxmayaraq, ehramlar haqqında çoxsaylı əfsanə və fərziyyələr irəli sürülüb. Onlardan biri də ehramların tikilişində yadplanetlilərin misirlilərə kömək etmək fərziyyəsi olub. Həqiqətən də, bir sıra maraqlı faktlar bu nəzəriyyəni sübuta yetirə bilər. Məsələn, yay vaxtı doğulan günəş iki Xeops ehramı arasında olur. Bu planı qurmaq üçün misirlilər ilin 365,25 gündən ibarət olduğunu və təqvimi mükəmməl bilməli idilər. Bundan əlavə, digər ehramlar dağıldığı halda, Xeops ehramının heç bir zərər görməməsi naməlum olaraq qalır. Çoxsaylı nəzəriyyələrə baxmayaraq hələ də ehramların tikilişində istifadə olunan daşların necə qaldırılmasının sirri açılmayıb. Çünki bu daşların qaldırılması üçün təkər icad olunmalı idi və o zaman icad olunmamışdı.


Davamı →

Misir piramidaları

Misir piramidaları haqqında maraqlı faktlar:
1. Ehramlar hər biri 20 ton ağırlığında olan qaya parçalarından tikilmişdir. Bu qaya parçalarının yonulduğu karxanalar isə ehramların yerləşdiyi ərazidən 200 km uzaqlıqda yerləşirdi. Onların necə daşınması haqda ağlabatmayan fərziyyələr irəli sürülüb.
2. Ehram kimin şərəfinə tikilmişdisə, həmin fironun mumiyasının olduğu otağa günəş şüaları ildə iki dəfə — fironun doğum və taxtaçıxma günlərində düşür.
3. Mumiyaların tərkibində radioaktiv maddələr olduğundan onları ilk dəfə aşkara çıxaran 12 alim-arxeoloq xərçəng xəstəliyindən vəfat etmişdir.
4. Ehramların daxilində ultrasəs, radar, şüaötürmə cihazları işləmir.
5. Ehramın daxilinə bir qabda  çirklənmiş su qoysanız, bir-neçə gündən sonra onu təmizlənmiş vəziyyətdə görəcəksiniz.
Davamı →