Qədim misirlilər

Qədim Misir mədəniyyəti təşəkkül tapmışən ilkin mədəniyyət mərkəzlərindəndir. O təxminən b.e.ə. IV minilliyin sonundan b.e.ə. 332-ci ilədək yaşamışdır. Misirin dövlət kimi formalaşması b.e.ə. IV minillikdə başlamışdır. Artıq yeni minilliyin əvvəllərində Nil çayının şimal və cənubunda 40-dan artıq şəhər yaranmağa başlayır. Minilliyin II yarısında iki iri dövlət birliyi: mərkəzi Buto olan Şimali (Aşağı) şahlıq və Cənubi (Yuxarı) şahlıq mövcud olur.
Bir çox əsrlər ərzində Misir dövlətində insanlar müxtəlif allahlara sitayiş etmiş və dini ayinlər icra etmişdir. Müxtəlif sayda allahlar təbiət qüvvələri və ictimai hadisələri tərənnüm edirdi. Ay – qadın, torpaq və hava isə kişi allahları kimi təcəssüm tapmışdır. Baş Allah — Günəş allahı Hepri və ya Heprer adlandırılırdı.
Qədim misirlilərin allahlarının sayını söyləmək çətindir. Əsas allahlar su, torpaq, dünya ruhunu təcəssüm etdirən Ptax hesab edilirdi.
Davamı →

Qədim Misir və Xet dövləti

Yeni Şahlıq dövründə Xet dövləti xeyli yüksəlmiş və qüdrətli bir dövlətə çevrilmişdir. Kiçik Asiyada öz mövqelərini möhkəmlətdikdən sonra Xet şahlığı cənuba doğru irəliləyir və Simali Suriyada böyük nəticələr əldə edirdi. Hetlərin müəyyən zaman zəifləməsindən istifadə edən Mitanni Fəratdan qərbdə, əsasən dəŞimali Suriyada müvəffəqiyyət qazanmışdır. Xet şahı I Suppiluliumas Mitanninin qüdrətinə son qoydu. Xet qoşunları yuxarı Fəratdan keçərək kiçik hürri şahlıqlarmı məğlub edir və Mitanninin paytaxtı Başşkanini darmadağın edirdi. Suppiluliumasm Şimali Suriyaya müvəffəqiyyətli yürüşləri nəticəsində Mitanni Fəratdan qərbdəki torpaqlarını itirdi. Bu dövrdən Şimali Suriyada Hetlərin uzunmüddətli ağalığı başlayır.
Supiiluliumasın dövründə Xet dövləti ilə Misir arasında münasibətlər yaxşı idi. Buna əsasən Supiiluliumasın firon Exnatona taxt-taca çıxması münasibətilə yazdığı təbrik məktubunu göstərmək olar. Lakin xetlərin Suriyada apardığı siyasət onların Misir ilə toqquşmasına gətirib çıxardı. Xet dövləti öz hakimiyyətini cənuba doğru genişləndirməkdə davam etdirdi.


Ardı →

Yeni şahlıq dövründə Misirin yüksəlişi. Misir fironlarının işğalçı yürüşləri

E.ə. XVII əsrin sonunda üsyanlar zamanı Orta Şahlığın zəiflədiyi bir dövrdə şərqdən Misirə müxtəlif tayfa birləşmələri basqın edirlər. Misirə gəlmiş bu tayfaların etnik tərkibi müxtəlif olmuşdur. Qədim müəlliflərdən Manefon Misiri işğal etmiş bu tayfaları «hiksos» adlandırmışdı.
Qiksoslar müxtəlif köçəri tayfalardan ibarət idilər. Onlar Fələstin və Sina yanmadasında hərbi demokratiya mərhələsini yaşayırdılar. Kəskin sosial mübarizə Misiri daxilən zəiflətmişdi. Bundan istifadə edən hiksoslar tədricən Misir deltasına soxulmuşdular.
Misir əhalisi və ordusu qiksoslara müqavimət göstərə bilmədi. Qiksoslar Şimali Misirdə məskən saldılar, deltanın şərq hissəsindəki Avaris şəhərini istehkama və dövlətin paytaxtına çevirdilər. Qiksos hökmdarları da firon rütbəsini daşıyırdılar. Qiksos fıronları XV -XVI sülalələrə mənsub olmuşlar. Manefon və sonrakı antik müəlliflər altı qiksos hökmdarının adını çəkir, onların fəaliyyəti haqqında məlumat verirdi.


Ardı →

Qədim Misir tarixi

Misir Afrikanın şimal – şərqində yerləşir. Ölkənin ən mühüm su mənbəyi Nil çayi idi. Misirlilər Nil çayına «Boyiik gay» deyirdilər. Nil çayi hər il daşır və gətirdiyi lillə torpağı mün-bütləşdirirdi. Nilin gətirdiyi lilli torpaq asanliqla şumlamrdi. Misirlilər öz ölkösini «Qara torpaq» adlandırırdılar.
Nil vadisində yaşayan əhali öz yaşayış məntəqələrini və əkin sahələrini daşqından qorumaq üçün Nil sahili boyunca damba adlanan bəndlər tikirdilər. Misir əkinçiləri hündür yerlərdə yer-ləsən tarlaları suvarmaq üçün şadufdan istifada edirdilər.
Misirdə ilk dövlət qurumu «Nom» adlanırdı. Nom şahər və onun ətrafında meydana gəlmiş bir sıra yaşayış məntəqəsini əhatə edirdi. Nomlar ərazi, suvarma sistemi, mərkəzi şəhər və dinə malik idilər. Misir ərazisində 40 nom yaranmısdır.
Davamı →