Rus dilini sizə sevdirəcək müəlliflər

6 iyun tarixində BMT-nin altı rəsmi dilindən biri olan və elə həmin təşkilat tərəfindən təsis olunmuş Beynəlxalq rus dili günü qeyd edilmişdi. Hər il dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin doğum günündə (bu il onun artıq 220-ci ad günü qeyd edilmişdi) qeyd olunan bu bayramın məqsədi mədəniyyətlər arası dialoqu və əlaqəni daha da gücləndirməkdən ibarətdir.
Rus dilini sevmək də olar, sevməmək də (ümidvaram bu yazım sayəsində belələrinin sayı bir az da olsa azalar), amma tək onu bilirəm ki, ona biganə qalmaq olmaz.

Davamı →

“Master və Marqarita”nın 7 açarı

“Master və Marqarita” Mixail Bulqakovun ən məşhur romanı olmaqla yanaşı, həm də ədəbiyyatın ən sirli əsərlərindən biridir. Neçə illərdir ki, tədqiqatçılar romanın sirrini tapmağa çalışır. Onların çoxu belə düşünür ki, əsərin yeddi açarı var, həmin açarlar vasitəsilə “Master və Marqarita”nı başa düşmək olar.

1. Ədəbi mistifikasiya
Tədqiqatçılara dəqiq məlumdur ki, Mixail Bulqakov XIX əsr alman mistisizmini ciddi surətdə öyrənirdi. Məhz Tanrı haqqındakı traktatları, xristian və iudaizm dinlərində iblis barədə rəvayətləri, Şeytan haqqında əfsanələri oxuyandan sonra belə bir kitab yazmaq həvəsinə düşmüşdü. Əsərdə onun bütün oxuduqları ümumi şəkildə əks etdirilib.
Davamı →

Bulqakovun üç ilham pərisi

Birincisi Tanrıdan, ikincisi insandan, üçüncüsü şeytandan
1918-ci ilin soyuq bir yanvar səhərində, Vyazm şəhərinin küçəsi boyu gənc bir qadın harasa tələsirdi. O bir aptekdən o birinə qaçır və morfi xəbər alırdı. Halı hal deyildi. İnqilabın aləmi başına götürdüyü bir ölkədə aspirin tapmaq müşkül idi, qaldı ki, morfi. Əczaçılar yalvarışla əzik-üzük respeti göstərən qadının halına acıyırdılar. O yerli xəstəxanın həkiminin arvadıydı. Özü də bu həkim morfi aludəçisiydi. Vyazm kiçik şəhərdir, burda, heç kimdən heç nəyi gizlədə bilməzsən.

Şəhərin ucqarlarında bir yerdə yanımcıl bir əczaçı həmin dəyərli dərmanı qadına satdı. Bədbəxt qadın evə tərəf götürülsə də, nə isə düşünüb dayandı. O darmadağın olmuş bir halda tutqun rəngli mayenin köpüklərinə diqqət kəsildi və ağlından keçdi ki, bu morfi dozası ərini öldürəcək. Elə o anda ağlına xilasedici bir ideya gəldi. Qadın apteka qayıdıb distillə olunmuş su da aldı. Növbəti həftə ərzində o morfi məhlulunu, su ilə əvəz edib ərinə verdi və bir möcüzə gerçəkləşdi. Əri amansız azarın caynaqlarından qurtulmuşdu. O ərini ölümün əlindən aldı.
Davamı →

Ruhunu şeytana satan Bulqakov

Ruhunu satmaqla bağlı
Deyilənə görə, Bulqakov tez-tez “Faust”a baxmaq üçün “Bolşoy Teatra” gedirmiş. Bu opera onun əhvalını açırmış. Faust obrazı ona xüsusilə doğma imiş. Ancaq, günlərin bir günü Bulqakov teatrdan evə qaşqabaqlı, gərgin vəziyyətdə gəlir. Arvadı nə olduğunu soruşunca, o yaxın günlərdə yazmağa başladığı “Batum” pyesin ucbatından bu hala düşdüyünü deyir. Sən demə Stalin haqda pyes yazmağa razılıq vermiş Bulqakov, birdən-birə ruhunu şeytana satmış Faustun yerində özünü görüb.

Əskik olan personaj
1937-ci ildə A. S. Puşkinin ölümünün ildönümü münasibətiylə bir neçə yazara onun haqda pyes yazmaq tapşırılır. Bu yazarlar arasında M. A. Bulqakov da olur. Lakin Bulqakovun “Aleksandr Puşkin” adlı pyesində digər müəlliflərin əsərlərindən fərqli olaraq bir obrazı verilmir. Bulqakov hesab edirmiş ki, bu şəxsin səhnəyə çıxması vulqar və zövqsüz görünəcək. Həmin şəxs Aleksandr Puşkin özü imiş.

Davamı →

Bulqakovdan sitatlar

Heç vaxt heç nə xahiş etməyin. Heç vaxt və heç nə! Xüsusən də sizdən güclü olanlardan. Özləri təklif edəcək və özləri hər şeyi verəcəklər. 

Sevən insan öz taleyini sevdiyi ilə bölməlidir.

Xoşbəxtlik də sağlamlıq kimidir. Göz önündə olanda ona fikir vermirsən.

İkinci təravət – bu cəfəngiyatdır. Təravət bir dəfə olur – birinci və sonuncu. Əgər ikinci təravət varsa, o içəridən çürükdür.

Heç hara tələsməyən adam hər şeyi çatdırar.

Həqiqət yalnız əzablarla gəlir. Bu həqiqətdir, narahat olmayın. Amma həqiqəti bildiyinə görə sənə nə pul ödəyirlər, nə də pay verirlər. Kədərli olan budur.


Ardı →

“Master və Marqarita”nın müəllifi narkoman idi | Araşdırma

Mixail BulqakovKsera Proskurnayanın rus mətbuatında geniş rezonans doğuran bu yazısı sizlər üçün də maraqlı olacaq. 
Dünya ədəbiyyatına “Usta və Marqarita” kimi möhtəşəm bir əsər bəxş etmiş Mixail Bulqakovun görünməyən tərəflərindən danışılır. O, kim idi? Yazıçı, həkim, cadugər, peyğəmbər, yoxsa… narkoman? Bu yazını oxuyun və Bulqakovun kim olduğunu özünüz müəyyənləşdirin.
 
Mixail Bulqakov Stalinə ünvanladığı məktubda belə yazırdı:“Mən ilahi qüvvəyə inanan yazıçıyam. Dünyanın insanlar tərəfindən deyil, görünməz qüvvələr tərəfindən idarə olunduğuna əminəm. Yəqin ki, mənimlə razılaşarsınız ki, dünya yalnız insanın ümidinə qalsaydı, bizə qədər gəlib sağ çıxmaz, lap çoxdan məhv edilmiş olardı. ”
İ. Stalin bu cümlələrin altından qırmızı qələmlə xətt çəkərək dərkənarda yazır:“Keşiş ruhunu abırlı yazıçı geyimi altında gizlədən yoldaş M. Bulqakovla dərindən və ciddi şəkildə maraqlanmalı.”
Bu dərkənardan sonra Bulqakovun sağ qalma şansı sıfıra bərabər idi. Görəsən bolşeviklərin qırğınlarından onu saxlayan elə inandığı ilahi qüvvəydimi?
Söhbətə başlamazdan əvvəl onu deməliyəm ki, doğrudan –doğruya bu yazıçının əsərlərində baş açılmaz sehrlə örtülüb və əlbəttə ki, sonadək gilzi qalası sirlər, tapmacavari məqamlar yetərincədir.
Bu sirli-sehrli olaylar onun şəxsi həyatında da vaxt-bivaxt özünü büruzə verirdi. Onu əhatə edən insanların isə bu olayları qorxu ilə izləməkdən başqa əllərindən bir iş gəlmirdi. Onları qınamaq da düz deyil. Axı bu izaholunmaz təzahürləri nəyə əsaslanaraq hara yoza bilərdilər ki?!
Ardı →