Mahatma Qandi

Mahatma QandiHind xalqı tərəfindən  “Mahatma” (Böyük Ruh) olaraq yad edilən Qandi 1869-cu ildə dünyaya gəlib. Pasifistsiyasətçi və mütəfəkkir Qandi ingilis müstəmləkəçiliyinə qarşı Hind Milli Hərəkatının 1919-1948-ci illər arasındakı ən mühüm lideri idi.

1869-cu ildə Porbandarda Vaşiya kastasına mənsub ailədə, tacir bir atanın oğlu olaraq həyata gözlərini açan Mohandos Karamçand Mahatma Qandi 12 yaşında evləndirildi. İctimai quruluşun qadağalarına baxmayaraq, İngiltərədə təhsil aldı. 1888-1891-ci illərdə Londonda hüquq ixtisasını bitirdikdən sonra, iki il Bombey və Rakot şəhərlərində vəkil olaraq çalışdı.

1893-1914-cü illər arasında Cənubi Afrikada vəkilliklə məşğul oldu. “Transvaal British-Indian” dərnəyini və “Opinon” qəzetini qurdu. Qandi burada irqçi Aparteid rejiminin irq ayrı-seçkiliyi siyasətinə məruz qalan hindli immiqrant işçilərin hüuqlarının müdafiəçisinə çevrildi. Onları bir yerə yığaraq silahsız, qansız bir qələbə qazandı və “Hind Müstəqillik Qanunu”nu da burada imzaladı.

Qandinin Cənubi Afrikada olduğu illərdə meydana gətirdiyi ideologiyasının əsasını, zülmə qarşı mübarizə, vətəndaş itaətsizliyi, Asiya millətçiliyi, Hinduizm cərəyanının dini mistik elementləri, dinlərə hörmət və s. təşkil edirdi.


Ardı →