Molla Nəsrəddin

Əsl adı Xoca Nəsrəddin olan şəxsi hamı Molla Nəsrəddin kimi tanıyır. Xoca Nəsrəddin insanlar tərəfindən o qədər sevilib ki, hər kəs onu öz dövlətinə aid edib. Ancaq avropalı və rus tədqiqatçılar onun türk mənşəli olduğunu təsdiq etmişlər. Molla Nəsrəddinin şəxsiyyəti haqda çox az məlumat var.

Bir çox mənbələrdə onun 1208-ci ildə, bəzi mənbələrdə isə 1308-ci ildə anadan olduğu iddia edilir. O, Sivrihisarın Xorto şəhərində doğulmuş, lakin Konya sultanlığının quberniyası sayılan Ağşəhərdə yaşamışdır. Elə oxuduğu Konya mədrəsəsində də öz hazırcavablığı ilə seçilirdi. Molla Nəsrəddinin atası Abdulla əfəndi imam olmuşdur, lakin o uzun yaşamayıb. Nəsrəddin mədrəsədə oxuyarkən atasını itirir. Və bundan sonra onunçün kənddə qalmaq çətin olur.

1237-ci ildə o, Ağşəhərə gəlir və bölgə qazısı kimi işləməyə başlayır. Bu vəzifədə işlərkən də ona «Nəsrəddin Xoca» deyə müraciət edirdilər və o, bu adla da tarixə düşüb.
Davamı →

Molla Nəsrəddin

Molladan soruşurlar:
— Molla, rus dilində bilirsən?
Molla cavab verir:
— Bəli.
— Rusca «bura gəl», necə deyirlər?
-İdi suda.
-Bəs, «o yana get», necə deyirlər?

Molla gülüb, deyir:
— Paaah, burda çətin nə var ki? Gedərəm o yana, yenə də deyərəm — «idi suda».
Davamı →

Molla Nəsrəddinin Avropa sərgüzəştləri | Ən qısa yol

İlk əhvalata haradan başlayıb, necə nəql edəcəyimə qərar verə bilmirəm. O səbəbdən hesab edirəm ki, bu tərəddüd ətrafında daha çox vaxt itirməkdənsə birbaşa mətləbə keçim və sizə ingilis torpağında alma ağacına dırmaşaraq alma yeməyimdən söz açım. Bu hadisə o vədə baş tutmuşdu ki, yorucu sərasər gəzintilərdən sonra mədəm ac, xurcunum boş idi. Halım xarablayıb, başım az qala gicəllənirdi ki, gördüm bir gözəl alma ağacı yolun kənarında ucalıb və mənə gəl-gəl deyir. Dərhal xurcunumu və əsamı ağacın böyründəki kolluğun dibinə qoyub, qalxdım onun başına. Yerimi ehmalca rahatladım, meyvələrdən aram-aram nuş eləməyə başladım. Bir azacıq keçmişdi, gördüm, yuxu mənə güc gəlir, mənim isə aşağı enməyə bilmərrə həvəsim qalmayıb. Beləcə, budaqların arasında uzandığım yerdə yuxuladım. Bir hovur mürgü döymüşdüm ki, bir dişlək alıb unudaraq əlimdə saxladığım alma diyirlənib budaqlardan atlana-atlana düşdü aşağı. Mən nəsə qiymətli bir şeydən mərhum olmuş kimi dərhal onun arxasınca boylandım və gördüm ki, tappıltı ilə meyvə ağacın dibində peyda olmuş bir gəncin başına dəydi. Cəld aşağı endim və bu cavan oğlanın halına acıya-acıya üzrxahlıq elədim:

Ardı →

Molla Nəsrəddinin Avropa sərgüzəştləri | Müqəddimə

Mənim əzizlərim, xeyli vaxt idi ki, bir arzu qəlbimə hakim kəsilmişdi, əqlimi heç cürə  tərk edə bilməyirdi. O, bəzən soyuq gecələrdə şirin yuxuma girib dincimi pozur, mənə əzab verirdi. Mən inadla nəfsimə müqavimət göstərir, onunla mübarizə aparmağa cəhd edirdim, amma hər dəfə məğlub ayrıldığım o səylərimin bir nəticəsinin olmadığını anlayanda nəhayət, arzumun ruhum üzərindəki qələbəsilə əlacsızlıqla barışmalı olurdum.


Hamınız çox yaxşı xəbərdarsınız ki, mən bu qoca ömrümdə şərq dünyasını xeyli gəzmiş, Ərəbistanda, İraqda, Osmaniyyədə, Həştərxanda, Türküstanda və neçə-neçə başqa diyarlarda səfərlərdə olmuşam. Amma və lakin bu ahıl yaşıma, dərin elmimə rəğmən, daha uzaqlara səyahət etmək, yəni geniş dəryaların sonundakı, uca dağların dalındakı, keçilməz meşələrin çəpər çəkdiyi, günəşin batdığı, şaxtalı rüzgarın əsdiyi o yad Avropa torpağını görmək mən biçarəyə  qismət olmamışdı. 


Ardı →

“Sizi deyib gəlmişəm”

Ötən əsrin əvvəllərində xalqımızın ictimai və mədəni şüurunun inkişafında xüsusi yeri olan mətbuat nümunələrindən biri, bəlkə də birincisi “Molla Nəsrəddin“ jurnalı idi. Böyük ədib Cəlil Məmmədquluzadə milli mətbuat tariximizə bəxş etdiyi “Molla Nəsrəddin”in ilk sayı 1906-cı il aprelin 7-də Tiflisdə «Qeyrət» mətbəəsində işıq üzü görüb.
Ardı →

Güldürən və düşündürən insan

Səkkiz əsrə yaxındır ki, onun adı gələndə Anadoludan tutmuş, Çinə qədər uzanan böyük bir ərazidə yaşayan türklər istər-istəməz      gülürlər. Çünki onun adını eşidən kimi adamın yadına özündən asılı olmayaraq, onunla bağlı hansısa lətifə düşür. Bu gün Orta Asiya adlandırılan qədim Türküstanda və Azərbaycanda,Tatarıstanda, Başqırdıstanda, Xakasiyada, Krımda, Kabarda-Balkarda, Qaraçay-Çərkəsdə, Balkan ölkələrində, bir sözlə, hər yerdə kimdən lətifə soruşsan, həmin şəxsin söylədiyi ilk lətifə Molla Nəsrəddinlə bağlı olacaq.

Söhbət türk dünyasının məşhur oğlu, insanlara sağlam, mənalı gülüş bəxş edən və söylədikləri ilə həm də onları düşündürən Molla Nəsrəddindən gedir. Bu insan müxtəlif ləhcələrdə danışan və bir-birindən minlərlə kilometr uzaqlarda yaşayan türklərin hamısı üçün doğma, başqa sözlə, özününküdür.
Ardı →

Molla Nəsrəddin

Molla arvadını dəyişir
Mollanın çox tənbəl, səliqəsiz bir arvadı var imiş. Ancaq qızı arvadın lap tərsi imiş: gözəl, səliqəli bir qız imiş. Odur ki, Mollanın çayını-çörəyini həmişə o hazırlayarmış.
Gün o gün olur ki, qonşu kəndlərin birindən Mollanın qızına elçi gəlir. Danışırlar, razılaşırlar, Molla qızını ərə verir.
Ardı →

Güldürən düşündürən insan- Molla Nəsrəddin

Səkkiz əsrə yaxındır ki, onun adı gələndə Anadoludan tutmuş, Çinə qədər uzanan böyük bir ərazidə yaşayan türklər istər-istəməz gülürlər. Çünki onun adını eşidən kimi adamın yadına özündən asılı olmayaraq, onunla bağlı hansısa lətifə düşür. Bu gün Orta Asiya adlandırılan qədim Türküstanda və Azərbaycanda,Tatarıstanda, Başqırdıstanda, Xakasiyada, Krımda, Kabarda-Balkarda, Qaraçay-Çərkəsdə, Balkan ölkələrində, bir sözlə, hər yerdə kimdən lətifə soruşsan, həmin şəxsin söylədiyi ilk lətifə Molla Nəsrəddinlə bağlı olacaq.
Ardı →

Molla Nəsrəddin

***
bir gün padişah Molla Nəsrəddindən soruşur: Molla de görüm mən öləndə cənnətə gedəcəm, yoxsa cəhənnəmə? Molla Nəsrəddin padişahdan qorxmadan:- Məncə cəhənnəmə gedəcəksiniz padşahım. Padşahın əsəbdən saqqaları titrəmiş.Bu vəziyyətini görən Molla:- əsəbləşməyin padşahım. mən sizin cənnətə getməyiniz çox istəyərdim, amma cəlladlarınız qılıncları ilə günahsız öldürülən insanlardan cənnət dolmuşdur. Cənnətə sığa bilməyəcəyiniz üçün cəhənnəmə gedəcəyinizi söylədim.

***
Bir gün Molla Nəsrəddin toyuqları qəfəsə doldurub bazara aparacaqmış. ağzına qədər dolu olan qəfəsi götürüb yola qoyulur. Yolda qəfəsə bir göz atmaq istəyir. Bu istidə toyuqları qəfəsdə aparağa yazığı gəlir. Düşünür ki, qəfəsi açıb toyuqları buraxsın, bazara qədər arxasında aparsın. Qəfəsi açan kimi toyuqların hərəsi bir tərəfə qaçır. bu işə canı çox sıxılan Molla əlinə taxta parçası alıb xoruzu qovmağa başlayır:
— Səni namuzsuz,səni! Gecə yarısı səhər olduğunu bildiyin halda, gündüz vaxtı bazarın yolunu niyə bilmirsən?
***

Molladan soruşurlar:
-Ay Molla niyə hər sabah insanlar fərqli- fərqli səmtlərə gedirlər?

Molla cavabında:
— Egər insanlar eyni səmtə gedərlərsə dünyanın müvazinəti pozular!!!



Davamı →