Molla Pənah Vaqif haqqında
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Vaqifin qoşmaları içərisində “Pəri”nin xüsusi yeri var. Şeirdə canlı danışıq dilinin təsiri aydınca duyulur. Sözlərin uğurla seçilməsi, misralarda ustalıqla yerləşdirilməsi güclü ahəngin yaranmasına az təsir etmir.
Mükəmməl təşbeh, epitet, təkrir, alliterasiya, assonans, frazeologizm, zəngin qafiyələr və s. şeirə xüsusi gözəllik və obrazlılıq gətirmişdir.
“Pəri” qoşması həm ideya-məzmununa, həm də bədii xüsusiyyətlərinə görə mükəmməl sənət nümunəsidir. Mətnin üzərində müşahidələri dərinləşdirməklə, mənbələrin əsasında araşdırma aparmaqla bu barədə əhatəli fikir yürütmək mümkündür.
Molla Pənah Vaqif Qazax mahalının Qıraq Salahlı kəndində anadan olmuşdur. Əsl adı Pənahdır. Dövrünün elmli, bilikli adamlarından olduğundan adının əvvəlinə “molla” titulu artırılmışdır. O, mükəmməl mədrəsə təhsili almış, dini və dünyəvi elmləri, ərəb və fars dillərini dərindən öyrənmişdir.
XVIII yüzillik ictimai-siyasi cəhətdən mürəkkəb və ziddiyyətli olsa da, ədəbi-mədəni mühitdə keçən əsrdən başlanan yenilənmə, xəlqiləşmə bu dövrdə davam və inkişaf etmişdir. Yeni, rəngarəng xalq yaradıcılığı nümunələrinin yaranıb, dildə-ağızda dolaşdığı bir zamanda gənc Pənah daha çox bu ədəbiyyatın təsiri altında şeir yazmağa başlayır. “Vaqif” təxəllüsü ilə yaratdığı qəlboxşayan şeirləri onu tezliklə məşhurlaşdırır.
Mən cahan mülkündə, mütləq, dоğru halət görmədim,
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim.
Aşinalar ixtilatında sədaqət görmədim,
Biətü iqrarü imanü dəyanət görmədim,
Bivəfadan lacərəm təhsili-hacət görmədim.
Xah sultan, xah dərvişü gəda bilittifaq,
Özlərin qılmış giriftari-qəmü dərdü fəraq,
Cifеyi-dünyayədir hər еhtiyacü iştiyaq,
Munca kim, еtdim tamaşa, sözlərə asdım qulaq,
Kizbü böhtandan səvayı bir hеkayət görmədim.
Hər sədavü səs ki, dünyaya dоlub əksər əqəl,
Cümlə məkrü alü fənnü fitnədir, cəngü cədəl,
Dirhəmü dinar üçündür hər şеyə yapışsa əl,
Müqtədilərdə itaət, müqtədalərdə əməl,
Bəndələrdə simü bəylərdə ədalət görmədim.