Monika Belluçi

Monica BellucciMonika Belluççi 30 sentyabr 1964-cü il İtaliyanın Çitta-De-Kastello şəhərində anadan olub. Atası Luici Belluççi adi kəndçi, anası Mariya Qustanelli isə rəssam idi. Uşaqlıqdan bir arzusu var idi- vəkil olmaq. Bu arzunun reallaşması üçün isə o, “Perudci Universiteti”nə qəbul olmalı idi. Bunun üçün isə pul lazım idi. Monika arzusunu nəyin bahasına olursa olsun reallaşdırmaq məqsədi ilə 16 yaşında “Liceo Classico” model agentliyi ilə müqavilə bağladı.

Qlamur həyat tərzi Monikanın ürəyincə oldu və o, uşaqlıq arzusundan əl çəkdi. İndi o, ən məhşur model olmaq istəyirdi. Bu heç də asan deyildi. Monika isə uşaqlıqdan mübarizə əzmi və səbri ilə həmişə seçilirdi. Qoyduğu məqsədə çatmaq üçün o hər şeyə qadir idi. Çox keçmədən ingilis, fransız dillərini öyrəndi. İspan danışıq dilini də həmçinin. Bu, professionallaşmağa doğru inamlı addımlar idi. 1988-ci ildə Milana gələn Monika, burda “Elite Model Management” model agentliyi ilə müqavilə bağlayır. Artıq bir il sonra- 1989-cu ildə o, Nyu York və Parisin modeli kimi tanınır və “Dolce Gabbana”, “Elle” kimi brend markalar üçün podiuma çıxırdı.

1990-cı ildə Monika uğurlu model biznesi ilə kifayətlənmək istəməyərək, özünü aktrisa kimi sınamağa qərar verdi. O, öz vətənində debüt etdi böyük filmə. Aktrisanın ilk filmləri “Oğullarla keçən həyat” (Vita coi figli) və “Canilər” (Briganti) olur. Bu filmlərdəki epizodik rollarda o heç nə ilə yadda qalmadı. 1992-ci ildə isə Frensis Ford Koppala aktrisaya ilk ciddi film təklifi etdi və bu aktrisanın böyük kinoda ilk ciddi imtahanı oldu.
Ardı →

Monica Belluccinin gözəllik sirləri

Monica Bellucci
  • Gözəl aktrisa günə soyuq duş alaraq başlayır. Soyuq duş dərinin elastiklyini qoruyub saxlayır və onu sıxlaşdırır. 
     
  • Üzü üçün isə termal su və canlandırıcı sprey istifadə edir. 
     
  • Monica Bellucci hesab edir ki, çox makiyaj qadını gözəlləşdirmək yerinə çirkinləşdirir. Azca tonal krem çəkdindən sonra gözlərinə qəhvəyi tonlarında göz kölgəsi çəkir. 

Ardı →