Kütləvi musiqi mədəniyyəti

Qədim yunanların məktəblərində poeziya, riyaziyyat, musiqi, təsviri incəsənət və idman fənləri tədris olunurdu. Onlar üçün bu fənlərin hər birinin xüsusi əhəmiyyəti var idi. Göründüyü kimi musiqinin də bir fənn kimi, təlim prosesinə daxil edilməsinin böyüməkdə olan gənc nəslin inkişafına təsirini hələ qədim yunanlar başa düşürdülər.
“Musiqi tərbiyəsinin vəzifəsi — ilk növbədə musiqiçi deyil, insan yetişdirməkdir”. Bu dahi ideyanın, mənalı və məntiqli sözlərin müəllifi böyük Ukrayna pedaqoqu, akademik V.A.Suxomlinskidir. Sadə, lakin elmə əsaslanan bu fikir, keçən əsrin ortalarında deyilməsinə baxmayaraq, bu gün də öz əhəmiyyətini, aktuallığını itirməyib.

Davamı →

Babası xanəndə, atası tarzən olan bəstəkar

Azərbaycanın xalq artisti, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifi Eldar Mansurov. Onun 1989-cu ildə bəstələdiyi “Bayatılar” mahnısı dərhal populyarlıq qazandı. O vaxtdan indiyədək bu uzunömürlü mahnı dünyanı gəzir.
Eldar Mansurov nəslinin musiqi ənənələrini davam etdirən sənətçidir. O, 1952-ci il fevralın 28-də Bakıda İçəri şəhərdə anadan olub.
Davamı →

Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi

  • Musiqi
9 noyabr Dövlət Bayrağı günüdür. Məşhur “Şuşanın dağları” mahnısının da üçrəngli bayraqla bağlılığı var.
Xalq mahnısı kimi tanınan, indiyədək bir çox sənətkarlar tərəfindən ifa edilən,  Şuşanın gözəllikləri əks olunan bu mahnının ilk ifaçısı Xan Şuşinski olub. Xan Şuşinski səsinin qanadlarında təkcə dünyanı dolaşmırdı. O, eyni zamanda, Azərbaycan xalqının zəngin musiqi mədəniyyətini bütün dünyaya tanıdırdı. Buna görə də böyük nüfuz və hörmət-izzət sahibi olub. Mürəkkəb muğamların mahir bilicisi və ifaçısı olan Xan Şuşinski Azərbaycan milli musiqisinin təbliği yolunda böyük nailiyyətlərə imza atıb. Səsinin ahəngi zəngulələrə böyük imkanlar açıb. O, muğamların ruhuna uyğun qəzəllər seçməkdə də mahir olub.

Davamı →

Ramiz Zöhrabovun yaradıcılığında “Zərbi-muğam” janrı

Şifahi ənənəli Azərbaycan professional musiqisinin əsas janrlarından biri zərbi-muğamlardır. Azərbaycan xalqının musiqi irsində geniş yer tutan bu janr həm bəstəkarların, həm də musiqişünas alimlərin diqqətini cəlb edən mühim bir mövqedə yerləşir. Bu baxımdan zərbi-muğam janrının tədqiqi məsələsi olduqca maraqlıdır. Bu istiqamətdə ilk olaraq dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin Azərbaycan şifahi ənənəli professional musiqi janrları haqqında dəyərli araşdırmaları, görkəmli musiqişünas-alim M.İsmayılovun “Azərbaycan xalq musiqisinin janrları” adlı elmi nəzəri kitabında adını çəkdiyimiz janr haqqında məlumatlara rast gəlirik.
Davamı →

Vaqif Mustafazadə - Dünyanı heyran edən istedad

Vaqif Mustafazadəni Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisi adlandırırlar
Onu Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisi adlandırırlar. Vaqif Mustafazadənin adı musiqi tariximizə Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini  — Caz-Muğam sintezini yaradan bəstəkar kimi yazılıb. «Caz ürək musiqisidir» deyən bəstəkarı həmçinin, Azərbaycan Muğam Caz Hərəkatının memarı hesab edirlər. „Vaqif Mustafazadə ekstra-klass səviyyəli pianoçudur. Dünya cazında ona tay olacaq ikinci sənətkar tapmaq çətindir”-deyə tanınmış amerikalı tənqidçi onun haqqında yazmışdı.

Davamı →

Aqşin Əlizadə

Azərbaycan bəstəkarlıq məktəbi yaranan zaman dünya musiqi sənəti artıq vahid üslub diqtəsindən çıxmışdı. Iyirminci yüzillik cox səviyyəli və coxqütblü bəstə sistemləri, yazı texnikaları mərhələsi idi. Əvvəlki əsrlərin ənənələri və musiqi informasiyası – qədim polifoniya ustalarının maraq obyektinə cevrilərək yenidən fəal ifacılıq həyatına qədəm qoyan əsərlərindən tutmuş postimpressionizmə, ekspressionizmə, neoprimitivizmə və s. müxtəlif təbiətli və məntiqli üslub şaxələri çulğaşaraq qəribə bir rəngarənğlik yaradırdı. Bəstə texnikasında ənənəvi funksional əsaslarda dayananlarla bu əsasların özünü buxov kimi qəbul edib ondan yaxa qurtarmaq istəyənlər arasında radikal qütbləşmə gedir.
Davamı →

Süleyman Ələsgərov

Respublikanın Xalq Artisti S.Ələsgərov tanınmış bəstəkar, musiqi ictimai xadimi olmuşdur. Ələsgərovun zəngin yaradıcılıq irsi cox genişdir. Müxtəlif janrlara müraciət edən bəstəkarın yaradıcılıq irsinə simfonik, kamera-instrumental əsərlər, kantatalar, romanslar daxildir. Bəstəkarın musiqisinə optimizm, səmimilik xasdır. Müasir dövrün aktual məsələlərinin, insanların arzu və istəklərinin, təbiət lövhələrinin tərənnümü Ələsgərovun yaradıcılıgının əsas qayəsini təşkil edir.
Davamı →

Cahangir Cahangirov

  • Musiqi
Cahangir Cahangirov Ü.Hacıbəyli ənənlərini davam etdirən görkəmli bəstəkarlarımızdandır. Onun yaradıcılığının formalaşması 40-cı illərin sonuna təsadüf edir. Zəngin xalq musiqi yaradıcılığına, milli musiqinin nailiyyətlərinə, həmçinin rus klassikasının ənənələrinə əsaslanan C.Cahangirov dünya musiqi mədəniyyətinin müsbət cəhətlərini öz yaradıcılığında ifadə etmişdir.
Çoxşaxəli yaradıcılıq irsinə malik sənətkar «Azad» operasının, külli miqdarda xor, vokal instrumental əsərlərin, kütləvi mahnıların, dram tamaşalarına musiqinin müəllifidir.
Davamı →

Əfrasiyab Bədəlbəyli

  • Musiqi
Ə.Bədəlbəyli Azərbaycan musiqi mədəniyyəti tarixinə görkəmli bəstəkar, musiqişünas, dirijor, musiqi ictimai xadimi kimi daxil olmuşdur.
Bəstəkarın yaradıcılığının ana xəttini səhnə əsərləri təşkil edir. Lakin onun ən böyük tarixi nailiyyəti milli musiqi mədəniyyətində balet janrının əsasını qoyaraq «Qız qalası» baletini yaratmasıdır. Ə.Bədəlbəyli 1907 – ci il aprelin 19 – da Bakıda müəllim ailəsində anadan olmuşdur.
Davamı →

Elza İbrahimova - duyğulu və həzin mahnılar müəllifi

  • Musiqi
Musiqi savadı olmayan insanlar belə onun mahnılarını dinləməmiş, sevməmiş, zümzümə etməmiş deyillər. «Bilməzdim”, „Gecələr bulaq başı”, “Ey Vətən”, „Qurban verərdim”, “Gəl barışaq”, „Mehribanım”, “Yoxluğunu bilə-bilə”, „Mən sənin yanına qışda gəlirdim”, “Sən yadıma düşəndə” və digər bu kimi mahnıları hansımız sevə-sevə dinləmirik?! Bu mahnılar bizləri mənən formalaşdırıb, tərbiyələndirib. Dillər əzbəri olan bu əsərlər hər birimizə xalq mahnıları qədər doğmadır. Həmişəyaşar mahnıları, həzin melodiyaları ilə insanların qəlbində əbədi məskən salmaq, könüllərə, ruhlara mənəvi qida vermək hər bəstəkara nəsib olan xoşbəxtlik deyil.
Davamı →