Rok və Pop musiqisi

Bu anlayışın əhatə etdiyi müxtəlif cərəyanlar musiqinin ümumi məzmunu, üslub cəhətləri, hətta ifaçıların zahiri görünüşü ilə bir-birindən xeyli fərqli olsalar da, onların bünövrəsi, mənşəyi eynidir; hamısı blüzdən gəlir. Bu janr 50-ci illərin ortalarında görkəmli gitaraçılar Bi Bi Kinq, Maddi Uoters və başqalarının səyləri nəticəsində geniş tanınır və rok-n-roll adlı cəld, dinamik musiqi üslubunun yaranmasına təkan verir. Rok-n-roll üslubuna o dövrün istedadlı musiqiçiləri Çak Berri, Litl Riçard və nəhayət, əfsanəvi Elvis Presli geniş şöhrət qazandırırlar. Rok-n-rolla müraciət etmiş ilk ağ ifaçı, «rok-n-roll kralı» Elvis Presli bu musiqinin ecazkar daxili enerjisini duyub, onu öz heyranedici kompozisiyalarında məharətlə əks etdirmişdir.


Ardı →

“Mendelson marşı” haqqında üç maraqlı fakt

  • Musiqi
205 il əvvəl fevral ayının 3-də Almaniyanın Hamburq şəhərində məşhur bəstəkar Feliks Mendelson anadan olub. O təkcə bəstəkar deyil, həm də dirijor, pianist idi. Yəhudi əsilli bəstəkar musiqidə romantizmin nəhəng nümayəndələrindən biri “Leypsiq məktəbi”nin nümayəndələrindən biri sayılır
Onun məşhurMendelson marşı”  150 ilə yaxın bir müddət ərzində demək olar ki, dünyanın bütün ölkələrində nikaha girənlərin “xeyir-duaçısıdır”. 

Marş “Yay gecəsində yuxu” pyesi üçün yazılmışdı
Mendelsonun 17 yaşı olanda Şeksprin komediyalarından biri üçün eyni adlı konsert uvertürası yazır. 15 il sonra isə Prussiya kralı Fridrix IV Vilhelmin sifarişi ilə ona daha 10 hissə əlavə edərək suitaya çevirir.
Məhz ilk dəfə “Yay gecəsində yuxu” suitasında tamaşaçılar “Mendelsonun nikah marşı”nı eşidirlər. Bu hadisə 14 oktyabr 1843-cü ildə Potsdam sarayında baş verir. Tamaşada musiqinin sədaları altında Eşşəklə tilsimlənmiş Titaniya evlənir.  

Mendelsonun marşının sədaları altında ilk dəfə ingilis əyalətç adamları evləniblər
Alman bəstəkarının marşı Doroti Karyu və Tom Denielin nikah mərasimində səsləndirilib. Bu hadisə 2 iyun 1847-ci ildə 20 mindən az əhalisi olan Tiverton şəhərciyində Müqəddəs Pyotr kilsəsində baş verib.   

Marş vəliəhd və prinsesin toylarından sonra məşhurlaşdı
25 yanvar 1858-ci ildə Londonda Sent-Ceyms sarayında təmtəraqlı nikah mərasimi baş tutur. İngilis prinsesi Viktoriya Adelaida Mariya Luiza (və ya sadəcə Viktoriya) 26 yaşlı Prussiya vəliəhdi III Fridrixə ərə gedir. Yeni evlilər kilsədən çıxanda Mendelson musiqisi səsləndirilir, bundan sonra marş geniş şöhrət qazanır. Nikah Fridrixin ölümünə qədər — 30 il davam edir. Evlilərin dörd oğlan, dördü qız səkkiz övladı dünyaya gəlir. 

Davamı →

Bir mahnının tarixçəsi: "Ölkəm"

  • Musiqi
1919-cu ildə, Azərbaycan demokratik cümhuriyyətinin cəmi bir yaşı olarkən, 20 yaşlı Cəfər Cabbarlı "Ölkəm" adlı şeir yazdı. O dövrdə bu mövzuya toxunmaq çox aktual idi. Amma bu poetik əsərin mahnıya çevrilməsi 10 il sonra baş tutdu. İstedadlı musiqiçi Asəf Zeynallı “Ölkəm”ə musiqi bəstələdi. Beləliklə, Azərbaycan musiqi tarixində klassik Avropa romansının ilk nümunəsi meydana çıxdı. Bu əsər bütün Azərbaycan musiqi tarixinin ən ciddi və əhəmiyyətli əsərlərdən biri hesab olunur.
 
"Ölkəm" şeiri «Azərbaycan» qəzetinin 1 yanvar 1919-cu ildə çapdan çıxmış 92-ci buraxılışında «Sevimli ölkəm» adı ilə oxuculara təqdim olunub. O zaman şeir altı bənddən ibarət idi. Ancaq sovet ittifaqı dövründə, daha doğrusu, şeirin ikinci məşhurluq dövründə onu iki bəndi heç yerdə ifadə olunmadı. Buna səbəb həmin bu iki bənddə sovet ideologiyasına zidd sətirlərin mövcudluğu idi.
Ardı →

La La La

la la la
Keçən əsrin əvvəllərində Boliviya kömür şaxtalarında yayılmış əfsanə. Balaca oğlan onunla haqsız davranan ailəsini tərk etdikdən sonra sahibini itirmiş köpəklə dostlaşır. Bir müddət küçələrdə dolaşdıqdan sonra oğlan özündə xüsusi bacarıq kəşf edir.

İnsanların çətinliklərini qavramaq və möhkəm bağırtı ilə onları bu çətinliklərdən azad eləmək bacarığı. Bir gün o kəndliləri tərəfindən daş-qalaq olunmuş və bundan ürəyi getmiş yaşlı bir kişi ilə rastlaşır. Oğlanın bağırtısından sonra kişi özünə gəlir.

Ardı →

Musiqinin gücü

Çoxumuz sakitləşmək və yaxud əksinə, gümrahlıq əldə etmək üçün, hətta depressiyadan azad olmaq məqsədilə də musiqiyə qulaq asırıq.

Musiqinin neyrokimyəvi üstünlükləri ondadır ki, o immun sisteminin gücünü artırır, həyəcanı azaldır və əhval-ruhiyyəyə təsir göstərir. Bu qənaətə MakGill universitetdəki kanadalı psixoloqlar gəlib. Onlar əmindir ki, musiqiyə daha diqqətli olmaq və onu müalicə məqsədləri ilə istifadə etmək lazımdır.

Təhlil müəllifləri Mona Liza Çanda və Daniel Levitin qeyd edir ki, musiqi bəzi xəstəxanalarda səhhətin gücləndirilməsi, xəstələrin halının yaxşılaşdırılması, həmçinin ağrı hissinin azaldılması üçün istifadə olunur.

Bunu həkimlər intuitiv anlayır, lakin, bu günə qədər həmin bu elmi təsdiqini tapmamışdır.


Ardı →

Caz musiqisi

XIX əsrin sonunda ABŞ-ın Missuri ştatının barlarında yeni üslubda yaradılmış musiqi səslənməyə başlanır. Avropa musiqisinin ənənələrini — Şopen və List yaradıcılığını, marş, polka kimi məişət janrlarını zənci musiqisinin formaları ilə qovuşduran bu yeni üslub reqtaym adlanır və az bir vaxtda o, geniş yayılır. Faktik olaraq cazın ilkin mərhələsini də məhz reqtaym təşkil edir. Lakin caz, sözün həqiqi mənasında XX əsrin əvvəlində Nyu-Orlean şəhərində yaranmışdır. Çoxmillətli liman şəhəri olan Nyu-Orleanda hər cür musiqi — həm reqtaym, həm ispan və fransız musiqisi, həm blüz (Afrika, Amerika və Avropa xalq musiqi formalarının kəsişməsində yaranmış janr) və həm də kantri-musiqisi (Amerikanın ağ əhalisinin ənənəvi musiqisi) səslənərdi. Məhz bu müxtəlif mənşəli musiqi formalarının sintezi nəticəsində Nyu-Orlean cazı və yaxud ənənəvi caz yaranır.


Ardı →

Ən romantik və məşhur toy mahnıları


«Song for you»
– Bir çox müğənninin ifasında səslənən bu mahnını ilk dəfə 1971-ci ildə Leon Rusell tərəfindən ifa edilib. Sonra isə Joe Cocker, Aretha Franklin, Ray Charles, Whitney Houston, Simply Red və başqalarının ifasında da eşimtək mümkündür. Son zamanlarda parlayan ulduz Micheal Bublenin oxuduğu bu versiya hər kəsi valeh edəcək. Olduqca romantik toy mahnısıdır.
Ardı →

musiqi

Musiqi — əhval-ruhiyyənin, emosiyaların və hisslərin universal dilidir. Lüksemburq universitetinin tədqiqatçıları musiqinin beyinin yaddaş, danışıq və hərəkətə nəzarət edən hissələrini stimullaşdırdığını müəyyən etmişlər. Onların əldə etdiyi nəticələr təcrübədə faydalı ola bilər.
“Musiqili terapiya” gedişində əhval-ruhiyyənin nəzərə çarpacaq dərəcədə yaxşılaşmasını, ağrının və daxili gərginliyin azalması nəzərə çarpmışdır. Bu tədqiqatlarda əsasən, ətrafdakıların yardımına möhtac olan yaşlı insanlar iştirak etmişlər. Seanslar həm qrup, həm də fərdi şəkildə aparılmışdır.
Davamı →

Karvan | Soltan Hacıbəyov

  • Musiqi
Karvan — Soltan Hacıbəyovun 1945-ci ildə bəstələdiyi simfonik lövhə.

1940-cı illərin ortasında bəstəkar Tükmənistan Dövlət Opera və Balet Teatrının sifarişi ilə «Kəminə və Qazı» operasını yazır. Lakin, opera başa çatdırılmamış qalır. Bu əsər üçün yazılımış musiqi parçaları içərisində Orta Asiya mənzərələrinin obrazlarını təsvir edən orkestr lövhəsi var idi. 1945-ci ildə S.Hacıbəyov onun əsasında «Karvan» simfonik lövhəsini yaratmışdır. 1952-ci ildə bəstəkar «Karvan»ın yeni redaksiyasını işləmişdir və hazırda həmin redaksiyada ifa olunur. 1955-ci ildə son variant Niyazinin dirijorluğu ilə lentə alınır. O zamandan «Karvan»ın dünya səyahəti başlayır.


Ardı →

Qafqaz, Gitara, Fındıq, Qardaş, Musiqi | Kəlməbaz

Qafqaz

“Qafqaz” adına ilk dəfə e.ə. VI—V əsrlədəki qədim yunan müəlliflərinin əsərlərində — Esxilin “Zəncirlənmiş Prometey”ində və Herodotun mətnlərində rast gəlinir. Kəlmənin mənşəyi haqqında müxtəlif iddilar mövcud olsa da, onlardan ən qədimi 77-ci ildə Plininin “Təbii tarix” əsərində verilir. Müəllif kitabında “Qafqaz” sözünün skif dilində “parlaq buzlu, qarlı” mənasındakı “krou-khasis” kəlməsindən törədiyini bildirir.
Qafqaz, Gitara, Fındıq, Qardaş, Musiqi, Kəlməbaz

Azərbaycan əfsanələrində  Elbrus dağının qədim adı Qaf dağı kimi qeyd olunur və  dar məqamda insanların imdadına çatan Simurq quşu da burada yaşayır.


Ardı →