Nüsrət Kəsəmənli - Hələ bu dünyayla işim var mənim

HƏLƏ BU DÜNYAYLA İŞİM VAR MƏNİM…

Hələ bu dünyayla işim var mənim,
Bu dünya qarışıq yuxular görür,
Hələ bu dünyanın qapılarından
Yaxşıya qarışıb yaman da girir.,.
Hələ gecələrin səksəkəsi var;
Təzadlı dünyanın müxtəlif qütblü,
Mənfili, müsbətli fəlsəfəsi var.
Hökmlər zamanın,
Arzular mənim,
Hələ bu dünyayla işim var mənim…
Davamı →

Qayıt | Təsirli sevgi şeiri

Qayıt şeiri

Sən getdin ömrümdən ilk bahar kimi.
Çiçəklər çəmənə çıxanda qayıt!
Həsrətin leysanı tükənməz daha,
Buludlar gözünü sıxanda qayıt,


Bir sevgi görmədim qəmsiz, cəfasız,
Hicranın ağırdı, dərdin dəvasız,
Bilmədin qədrimi, sən ay vəfasiz,
Həsrətin sonuma çıxanda qayıt!



Davamı →

Azərbaycan ədəbiyyatının səhnəsi: Şair və tale

Azərbaycan poeziyasının son yüz ildə başına gələnləri bir yerə toplayıb onu kaleydoskop kimi fırlatsaq, çox-çox maraqlı hadisələrin şahidi ola bilərik. Əlbəttə, bildiyimiz şeylərin bu «dar macalda» görünməsi qəribə hisslər bəxş edəcək, hər gün gördüyümüz hadisələr bu təsadüfdə qəlbimizi həyəcanla dolduracaq, bizə elə gələcək ki, yol kənarında bitən çiçəklərin də baxışları var və onlar min illərdi üfüqlərin qaşını aşan ağ yola baxırlar. Yəni məlum bir mətndə deyildiyi kimi, biz taleyi seçə bilmirik, tale bizi ümidimiz gəlməyən bir yol kənarında qəddarcasına gözləyir.

Davamı →

Bir şeirin tarixçəsi

Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənlinin müsahibəsindən:
«Mənə dedilər ki, Nüsrət səndən əvvəl Sevda adında bir qızı istəyib. O qızı sonradan tanıdım, çox gözəl, səviyyəli, gözəl ailənin qızı idi. O qadının sonradan xəstələnib çökməyi mənə çox pis təsir etdi. Dedim, Nüsrət, bilirsən, Sevda xəstədir? Dedi ki, yox. Dedim imkan tap, ona baş çək. Baş çəkəndən sonra mənə danışdı ki, mən içəri girəndə o üzünü gizlətdi. Çünki o xanım çox gözəl idi, amma xəstəlik onu pis hala salmışdı deyə istəmirdi ki, Nüsrətin gözünə elə görünsün.

Sevda dünyasını dəyişdi. Biz Nüsrətlə gül alıb ziyarətə gedirdik. Hətta öz yaxınlarım da deyirdi ki, səni nə maraqlandırır? Bu, nə hərəkətdir edirsən? Allah onların hər ikisinə rəhmət etsin. Onsuz da, özü hər şeyi etiraf etmişdi...»
Davamı →

Oğru olmaq istəyirəm-Nüsrət Kəsəmənli

              Oğru olmaq istəyirəm-Nüsrət  Kəsəmənli

Qoy polislər eşitməsin,
Qorxulu bir sirr deyirəm:
Çoxdandır ki, bir arzum var,
Oğru olmaq istəyirəm!…
İnsanların arasından
Əqidəsiz adamları,
Vicdanını pula satan
nadanları
Oğurlamaq istəyirəm!

Bu torpağın gündən-günə
Niyə artır dərdi-səri…
Dövlətlərin arasından sərhədləri
Oğurlamaq istəyirəm!
Axı, nə iş görmüşəm ki,
Oğurluq da işdi barı.
Mən anamın sifətinə
Vaxtsız düşmüş qırışları
Oğurlamaq istəyirəm!…


Ardı →

Nüsrət Kəsəmənli - Çıx get

Apar ümidləri məndən uzağa,
Onlara qanad ver, quş elə çıx get...
Qəlbləri üşüdən soyuq sazağa,
Məni işarə ver, tuş elə çıx get...

Bezdim ayrılığın dərdi — sərindən,
Nə qədər gizli ah çəkdim dərindən,
Bu eşqin qəm dolu meyvələrindən,
Dad biraz mənim tək, nuş elə çıx get...

Sevincim durudu, kədərim qatı,
Çapır uzaqlara bəxtimin atı,
Röyada gördüyüm sənli həyatı,
Yaz edə bilmədin, qış elə çıx get...

Gedirsən...son dəfə əlimi tutma,
Sal hərdən yadına, məni unutma,
Bircə gözlərimin yaşın qurutma,
Öpdüyün yanağı yaş elə çıx get...


Davamı →

Nüsrət Kəsəmənlinin lirikası


Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi

Bəlkə min suçumu bilmisən mənim,
Birini üzümə vurmamısan heç.
Eyhamla üzümə gülmüsən mənim,
Bircə yol üzümə durmamısan heç


Ardı →