Ana nənənin uşaqların həyatında rolu

Alimlər müəyyən edib ki, ana nənə uşağın həyatında ən mühüm insandır.

Nənə çox sehirli sözdür. Çünki xoş uşaqlıq xatirələri əsasən onunla bağlıdır! Ən dadlı kökəni hər zaman nənə bişirir, unudulmaz yay macəraları və bir çox başqa unudulmaz anlarımız var. Nənələr bizdə nağıl, qayğısız yay tətili, xeyirxahlığı, nəvazişi, ləziz şirniyyatları və ya mürəbbəsi ilə assosiasiya edilir.
Davamı →

Uşaqları nənə-babaya etibar etmək olarmı?


Psixoloq Narınc Rüstəmova: «Pula qənaət etmək üçün uşağı nənə-baba himayəsinə verirlərsə, gələcəkdə bu pulun üç qatını uşağın müalicəsinə xərcləyəcəklər».

Bir çox xanımlara iş, karyera övlad dünyaya gətirəndən sonra onun baxımı, tərbiyəsi ilə məşğul olmağa maneçilik törədir. Nəticədə övladlarını dayə və ya bağçaya əmanət etmək istəməyən, yaxud buna maddi imkanı çatmayan xanımlar onları nənə-babalarının himayəsinə verməyə məcbur olurlar.

Bəs nənə-baba himayəsində böyüyən uşaqların valideyn nəzarətində böyüyənlərdən əsas fərqi nə olur, onlar cəmiyyətdə necə fərd olurlar? Onları nənə-babadan hansı yaşda, necə ayırmaq lazımdır? Ümumiyyətlə, nənə-baba uşaqlarının psixoloji durumu necə olur?
Davamı →

Nağılsız nənələr

— Qızı vermisən?
— Hə.
— Neçə yaşı var idi?
— 11-i bu il qurtardı.
— Hə, yaxşı eləmisən. Elə tez versən yaxşıdı, sora seçir.

Bu dialoq, işdən evə gələrkən ətrafdakı heç bir səsi eşitməyəcək halda, istəmədən diqqət mərkəzimə hakim olmuş yaşlı nənə ilə orta yaşlı qadının söhbətidir. Əslində bu dialoqun üstündən bir aydan çox vaxt keçib, amma az qala hər gün «sonra seçir» sözləri və bu sözü müdriklik yaşına gəlməli olan bir fərdin deməsi, belə çox emosional deyim, məni məhv edir.

Harda olur olsun yaşlı və müdrik insanları, lap müdrik də deyib çox şişirtmədən qarşısındakını dinləməyi bacaran və məsləhət verə bilən yaşlı insanlara heyranlıqla baxmışam. Və seçən insan qarşısında qorxuya düşən nənədən sonra, onların nə qədər az olduğunu daha çox hiss etmişəm.
Davamı →

Ölümün izahı

Uşaqlarımızın göz yaşı bizi nələrə vadar etmir ki?.. Onlar ağlayanda bizim də ürəyimiz sızlayır. Təsəlli vermək üçün min bir yola əl atırıq. Onların kiçik qəlblərinin ağrımasına könlümüz razı olmur.

Bəs sevimli nənəsinin, babasının vəfatı qarşısında şoka düşən, onların hara getdiyini heç cür anlaya bilməyən övladımıza, sizcə, necə kömək edə bilərik? Onlara necə təsəlli verə, nə deyə bilərik? Əslində belə vəziyyətlərdə uşaqlara həqiqəti izah etməyə vaxt tapana qədər, necə deyərlər, iş işdən keçir.
Ardı →

Nənəsini sevənlərçün

Sənsiz qalmışam.Sən mənim bir dənəmdin.Səninlə sənsizliyi düşünə bilmirdim.O kövrək,nurani üzünə baxdıqca doymurdum.Sənin bir gün nə vaxtsa yanımda olmayacağını düşündükdə qəhər boğur,ağlamaqdan gözlərimin yaşı sanki bitirdi.Bir anlıq duruxur,öz-özümü qınayırdım.«Axı niyə bucür düşünürəm,o həmişə bizimlə,mənimlə olacaq».
12 yaşından namaza başlamışdın.O gün bu gün namazlarını gecikdirmədən qılarsanmış.Mənə də 12 yaşıma gəlincə öyrətdin namazı.Hər Namazda o nurani çöhrən gözlərim önümdə durur.Sən namazı buraxmazdın,mənsə...mənsə sən aramızdan gedəndən namaz qıla bilmirəm.
Bilirsən?Yazılası deyiləsi çox sözüm var sən barədə.Lakin,göz yaşlarım,acı hönkürtüm imkan vermir davam etməyə.Nənəncan,yerin rahatdırmı?Ruhun rahatdırmı?Bilirəm,nigaransan.Sağlığında da belə idin.Ancaq nigaran.Balaların,nəvələrin,qohum,qonşulardan,hətta küçədə ac qalmış sahibsiz heyvanlardan nigaran.
O qədər təmiz ürəyin vardı ki,heç kəs barədə pis düşünməzdin.Pis fikirli insanlara da mərhəmətlə yanaşardın.Mənim nənəm....Sənə nənə demirdim.Bu kəlmə səni mənə yadlaşdırardı sanırdım.Kanfetim deyirdim.Çox fərəhlənir,sevinirdin səni elə çağıranda.....Cavabında «Ay caannn mənim şokoladım deyərdin!!!»
--«Sənə qurban olum ay nənəm!!!!»
--«Allah eləməsin ay bala,elə demə.Mən qurban olum sizə»
Hər gün səsini telefonla da olsa eşitməliydim.İndi....indi...dəstəyi başqaları götürür.Daha yoxsan.Daha nəfəsin,səsin gəlmir.O nurani çöhrəni çox axtarıram,tapmıram.Tapmayacam...Çünki,səndən bir də olmayacaq.
Allah sənə rəhmət etsin əzizim...Torpağın nurla dolsun.Sənin simanda NƏNƏM kəlməsinə layiq bütün nənələrə Rəhmət diləyirəm..
 
Müəllif:Cahandar Həsənli.
Davamı →