Ağrımaz qəzəli | İmadəddin Nəsimi

Canə sən candan nə kim gəlsə, cigərlər ağrımaz,
Həqq bilir, bir zərrə neştərdən damarlar ağrımaz.

Şəha, mehrindənmidir, ya aşinalıqdanmıdır,
Cismimi sər ta qədəm min gəz yararlar, ağrımaz.

Fitvasından zahidin nahəq məni gər soyalar,
Qəm deyil səndən şəha, görcək damarlar ağrımaz.


Davamı →

Nəsimi Sığmazam qəzəlini 19 yaşında yazıb

Ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Akif Azalpın “Kəsişən əbcədlər” üsulu, yaxud “Azərbaycan ədəbiyyatı tarixi”nin yeni səhifələri adlı məqaləsinin birinci hissəsini təqdim edirik. Qeyd edək ki, müəllif bu məqalədə Azərbaycan ədəbiyyatşünaslığına hələlik məlum olmayan bir sıra əhəmiyyətli tarixləri öz “Kəsişən əbcədlər” üsulu ilə aşkara çıxardığını iddia edir. Azərbaycan ədəbiyyatı üçün önəmli olan bu elmi tapıntıların digər qismi məqalənin növbəti hissələrində oxucuların diqqətinə çatdırılacaqdır.

Davamı →

İmadəddin Nəsiminin yaradıcılığına nəzər

XIII-XIV əsrlərdə baş vermiş mühüm ictimai-siyasi və tarixi hadisələr Azərbaycanda sabitliyin pozulmasına səbəb oldu. Çingiz xanın yürüşlərinin vurduğu yaralar sağalmamış Toxtamışın, Teymurun basqınlarına məruz qalan Azərbaycan böyük itkilər verdi. İşğalçılara qarşı vaxtaşırı baş verən üsyanlar insan qırğınına, şəhər və kəndlərin dağılmasına səbəb olurdu. Yerindən-yurdundan didərgin düşən əhali başqa ölkələrə üz tutur, xəstəlik, aclıq və ölümlə qarşılaşırdı.

Digər tərəfdən, orta əsrlərdə hakim olan ideologiyanın ağır təzyiqləri XIV- XV əsrlərdə açıq və gizli mübarizə üçün zəmin oldu. Müxtəlif təriqətlərin, cərəyanların yaranmasının bir mühüm səbəbi də məhz bu idi.


Davamı →

Azad insanların şairi - Nəsimi


Seyid Əli Seyid Məhəmməd oğlu İmadəddin Nəsimi (1369, Şamaxı-1417,Hələb) — Azərbaycan şairi, mütəfəkkir."İmadəddin Nəsimi" adı ilə məşhurdur. İlktəhsilini Şamaxıda almış, dövrün elmlərini,dinlərin tarixini, məntiq, riyaziyyat vəastronomiyanı öyrənmişdir.10-cu əsrdə Bağdadda dara çəkilmiş Həllac Mənsur Huseynini sufi görüşlərini təbliğ edən Nəsimi ilk şerlərini «Hüseyni» təxəllüsü ilə yazmışdır. 14-cü əsrin sonlarında Azərbaycanda geniş yayılmış hürufi təşkilatları ilə əlaqə saxlamışdır. Hürufiliyin banisi Fəzlullah Nəiminin görüşlərini mənimsəyərək, bu təriqətin fikirlərini təbliğedən şerlər yazmağa başlamış və bu vaxtdan etibarən Nəiminintəxəllüsü ilə həmahəng səslənən «Nəsimi» təxəllüsünü qəbul etmişdir.


Ardı →