Vunderklass - suallar I

Renessans komandasına dost komanda olan Vunderklass komandasının suallarından.


69.1. Diqqət siyahı – Volter, Uşinski, Napoleon, Drayzer, Esxil, Rembrandt, Konfutsi, Leonardo Da Vinçi, ”..........”, Sokrat, Siseron. Siyahıda adını buraxdığımız şəxsin özü əslində nə memar, nə də həkimdir. Lakin onun adına nəzər yetirərkən bizə elə gəlir ki, o, həm memar, həm də həkimdir. Əslində riyaziyyatçı olan bu alim kimdir? 
Müəllif: Seymur


Ardı →

"Renessans" komandasının sualları ( XIV hissə)

Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm.


66.


 



Bakıda yerləşən bu abidənin müəllif-ləri Rasim Əliyev və Viktor Yefimoviç Siqaldır. Abidənin çox qəribə bir effekti var. Müxtəlif rakurslarda dursanız da elə bil bu gözlər sizə baxır, sizi izləyir.Abidənin qarşısında isə Onun sonuncu həyat yoldaşına və həyatı ilə sıx bağlı olan bir ölkənin şərəfinə Sakura ağacı əkilib. Heykəltaraşların bu hər tərəfi görmə effekti ilə nəyə vurğu vurduqlarını anladınızsa 1 dəqiqə ərzində abidənin kimə həsr olunduğunu deyin.


Müəllif: Rövşən Zamanov


Ardı →

Sakura-11 aprel

Turnirdəki sualların cavabları:

1.  Qraf de la Fer,baron Dü Vallon de Brassye de Pyerfon, abbat D’erble. Dördüncünün kim olduğunu yazın.
Cavab: Dartanyan.

2. Şou-biznesdə Platin-disk o deməkdir ki,diskin milyon ədəd surəti(kopyası) satılıb. Bəs qızıl-disk nədir?
Cavab: Satılan disklərin dəyəri milyon dollardır.


3. York şəhərindən olan ən məşhur dənizçi kimdir?
Cavab: Robinzon Kruzo


4. Berlin,Venesiya,Kann şəhərlərini nə birləşdirir?
Cavab: Ən məşhur kinofestivallar burda olur.



Ardı →

Sakura 4 aprel turniri-cavablar

1.Pablo Pikasso- 290, Mark Şaqal — 220, Salvador Dali — 128, Albrext Dürer — 116. Burdakı ədadlər nə qədər çox olsa,rəssamın başı bir o qədər uca olar))) Bu ədədlər nəyi ifadə edir?
Cavab: oğurlanan rəsmlərin sayı


2.optimist təyyarə haqqında fikiləşir,bəs pessimist?
Cavab: paraşüt haqda


3.Napoleon deyirdi ki,… bir fahişədir və onunla istədiyi kimi rəftar edəcək. Hitler deyirdi ki,ona sahib olmaqdan ötrü əvvəlcə onu zorlamalıdır. Amma hər ikisinin arzusu ürəyində qaldı:-))) qədim yunan əfsanəsinə görə Zevs onu Finikiya çarının sarayından oğurlayıb Krit adasına qaçırtmışdı. Nöqtələrin yerinə hansı coğrafi obyekt yazılmalıdır?
Cavab: Avropa


4.  1  və 2 məhz bizə məxsusdur.3 və 4 havanın soyuq olduğu üçün istəyir ki,qapını örtülsün. 5 və 6 geoloji tədqiqat üçün daşın altına baxmaq lazımdır.7 və 8 hansı qıza aiddir?
Cavab: bir,iki,bizimki
Üç,dörd-qapını ört,
Beş,altı-daşaltı
Yeddi,səkkiz-Firəngiz
Doqquz,on-qırmızı don


5. diplomat,filosof,kimyaçı,həkim,fizik,mexanik,linqvist və əlbəttə ki riyaziyyatçı. Norbert Viner deyirdi ki, kibernetika elminin atası o sayıla bilər.Öz vətənində şərəfinə heykəl ucaldılmış ilk mülki şəxs odur. 1646-cı ildə anadan olmuş bu şəxs kimdir?
Cavab: Vilhelm Leybnits


Ardı →

"Renessans" komandasının sualları ( V hissə)

Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm.


21. Diqqət, Duplet — sual 

1.İki əsrin qovşağında Oskar mükafatına layiq görülən bu film özünün inanılmaz dərəcədə hazırlanmış səhnələri, aktyor oyunu, hətta soundtereki ilə milyonların qəlbini fəth etdi. Lakin bu film də digərləri kimi kinotənqidçilərin qınaq obyektinə çevrilməkdən canını qurtara bilmədi.Belə ki, səbəblərdən biri filmin müəyyən yerlərində səslənən İspaniyalı, ispaniyalı” xitabları idi.Çünki, filmin bəhs etdiyi dövrdə İspaniya və ispaniyalı kimi anlayışlar hələ mövcud deyildi.Əgər filmin adını müəyənləşdirə bildinizsə, cavab kartınıza baş rolun ifaçısının adını qeyd edin…


Ardı →

"Игра" jurnalı 1995 № 9-10

Məni tanıyanlar Nə? Harada? Nə Zaman? oyununun xəstəsi olduğumu bilirlər. İnternetdə Bu jurnala rast gəldim və saytda olan bütün nömrələri götürdüm. Əvvəl Albomun anonsunu ÇQK bloquna yazmaq istədim sonra düşündüm ki, səhv edib reytinqimi azaltmaqdansa bura yerləşdirim. əgər moderatorlar məsləhət bilərsə. yerini dəyişə bilərlər. Diqqət Diqqət! «Игра» jurnalı 1995 № 9-10



Davamı →