Nadir Şah Əfşarın nəvəsi Çar Rusiyasına qarşı
Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər...” əsərindən:
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Sufi təriqətindən olan səfəvi-dərviş ordeni XIII əsrin ortalarında Şeyx Səfiəddinin başçılığı ilə Ərdəbildə yaranmışdır. Rəvayətə görə Şeyx Səfiəddin İmam Əlinin və Fatimənin nəslindən olmuşdur. Səfəvilər sünnülərin qeyri-qanuni hakimiyyətindən şikayətlənirdilər.
Səfəvilərin Ərdəbil hakimiyyəti 1501-ci ilədək, bütün Azərbaycandakı hakimiyyəti isə 1501-1736-cı illəri əhatə etmişdir.
XV əsrdə Səfəvi təriqətinə Şeyx Cüneyd rəhbərlik edirdi. Cüneydin oğlu Şeyx Heydər dayısı Uzun Həsənin (Ağqoyunlu hökmdarı) qızı Aləmşah bəyimlə evləndi. 1470-ci ildə Uzun Həsən Təbrizdən Ərdəbilə gəlib, Şeyx Heydəri Səfəvi təriqətinin başçısı təyin etdi. 1488-ci ildə Şeyx Heydər öldürüldü və Uzun Həsənin oğlu Sultan Yaqub Şeyx Heydərin oğlanları Sultanəlini, İbrahimi və İsmayılı anaları ilə birlikdə Şiraz yaxınlığında qalada dustaq etdi. 1492-ci ildə Baysunqura qarşı mübarizədə Qızılbaşlardan istifadə etmək üçün Ağqoyunlu Rüstəm onları azad etdi. 1493-cü ildə Sultanəlinin başçılıq etdiyi Qızılbaşlılar və Rüstəm Mirzənin qoşunları Bayzunquru məğlub etdilər. Səfəvilərin güclənməsindən qorxan Rüstəm Mirzə 1494-cü ildə Ərdəbil yaxınlığında Sultanəlini məğlub etdi və onu öldürdü. Lakin bu döyüşdən əvvəl Sultanəli qardaşı İsmayılı Səfəvi Ordeninin başçısı təyin etmişdi.
Şeyxİsmayıl (Şeyx Heydərin III oğlu) 1499-cu ildə Azərbaycan torpaqlarını birləşdirmək məqsədi ilə əvvəlcə Ərdəbilə, sonra isə Ərzincana gəlib çıxmışdır. 1500-cü ildə Şamaxını, 1501-ci ildə Bakını ələ keçirən İsmayıl 1501-ci ilin payızında Təbrizə gələrək özünü şah elan edir və Səfəvilər dövlətinin əsasını qoyur. Təbriz şəhəri dövlətin paytaxtı olur. Dövlətin əsas əraziləri Azərbaycan torpaqları, əhalisinin çoxunu isə Azərbaycan türkləri əhatə edir.