Şərəf məsələsi

Napoleona qarşı azadlıq müharibəsində Prusiya kraliçası Marianne 1813'cü ildə bütün alman qadınlarına müraciət edir və xahiş edir ki, qızıl və digər zinət əşyalarını ordunun maliyyələşməsi üçün dövlətə versinlər, əvəzində onlara dəmirdən/tökmə çuqundan hazırlanmış üzük və digər zərgərlik əşyaları veriləcək.

Bu üzük və əşyaların üzərində "Ölkəmizin rifahı üçün" (Für das Wohl des Vaterlands-For the welfare of our country / fatherland) və «Qızılı dəmirə dəyişdim» (Gold gab ich für Eisen-I gave gold for iron) yazılırdı. Dəmirdən düzəldilmiş zinət əşyalarının elə çox maddi dəyəri olmasa da, bir çoxları üçün bu bər-bəzəklə gəzmək bir şərəf məsələsi idi.
Davamı →

Bax, belə bir hissdir!...

Bir gün Napoleon Bonapart (1769-1821) düşmən əsgərlərindən qaçarkən bir dükana girdi və satıcıya onu gizlətməyi əmr etdi. Satıcı Napoleonu gizlətdi və onu axtaran düşmən əsgərlərinə:
— Bir az əvvəl bir nəfər bu tərəfə qaçdı, – dedi.
Nəhayət, bir az sonra Napoleonun mühafizəçiləri gəldilər. Satıcı, bəlkə də, ömründə bir daha görməyəcəyi Napoleondan soruşdu:
— Cənab imperator, mənim üçün çox maraqlıdır, ölümlə üz-üzə gəlmək necə bir hissdir?..

Napoleon birdən qəzəbləndi və:
— Sən kimsən ki, mənimlə belə danışırsan? – deyə qışqırdı.

Və öz əsgərlərinə satıcını güllələməyi əmr etdi. Əsgərlər, əvvəlcə, satıcının gözlərini bağladılar, sonra da sıra ilə qarşısına düzüldülər. İndi artıq onlar Napoleondan “atəş” əmrini gözləyirdilər. Satıcı içindən dərin bir ah çəkdi və:
— Gör bir sən nə etdin? Boş bir həvəs üçün özünü oda atdın? – deyə düşündü.

Bu vaxt arxadan bir cüt əl uzandı və satıcının gözlərindəki bağı açdı. Qarşısında Napoleon var idi. Və Napoleon tək bir cümlə ilə bu cavabı verdi:
— Bax, belə bir hissdir!..
Davamı →