Napoleon Bonapart və əsgər

Bir dəfə Napoleon Bonapart qarovulların yoxlanışı zamanı postda yuxuya getmiş bir gözətçinin olduğunu görür.

Nizamnaməyə və müharibə dövrünün qanunlarına əsasən yuxaya getmiş növbətçi, hərbi tribunal qarşısına çıxmalı və güllələnməli idi. Çünki öz döyüş yoldaşlarını və dövlətini təhlükə altına qoyaraq, postda yuxuya gedən bir əsgərə başqa bir cəza təsəvvür etmək qeyri mümkün idi.

Amma Napoleonun qərarı olduqca gözlənilməz və təəccübləndirici idi. O, yuxuya gedən əsgərin silahını əlinə alır və özü onun yerində posta dayanır. Postda dayanmaqdan əldən düşmüş əsgərin yuxusuna isə əngəl olmur. Bir neçə vaxtdan sonra növbəni əvəz etməyə gələn serjant görür ki, növbətçi yatır, imperator isə onun yerində postda dayanıb.

Deyirlər ki, bütün əsgərlərin xəbər tutduğu bu hadisədən sonra, onlar imperatorla birlikdə görünməmiş cəsarətlə və hünərlə istənilən döyüşə girməyə və öz imperatorları uğrunda ölümə belə getməyə hazır idilər.
Davamı →

“Lion cəlladı” - Jozef Fuşe

“Hətta Allaha belə ömür boyu sadiq qalacağı barədə and içmirsə, insanlar haqqında heç söhbət ola bilməz” – Svayq, “Jozef Fuşe”.

Onun qərarları gilyotindən daha kəskin idi. Heç zaman yanılmazdı. Nə inqilabın şöhrətinin başgicəlləndirici vaxtlarında, nə Direktoriya, nə də ki imperiya dönəmində başını qurban verdi. Əksinə, çoxlu başlar aldı. Bir göz qırpımında çoxlu insan öldürdü. İnsanları bir-birinə bağlayaraq top gülləsi ilə birdəfəlik o dünyaya yola saldı.

Kilsələri tarimar, İncili təhqir elədi, müqəddəs xaça tüpürüb, sonra süpürüb atdı. Halbuki, özü dini təhsil almışdı, moizələr oxumuşdu.

Bu adam əksəriyyətin ilk olaraq Svayqın əsərindən tanıdığı Jozef Fuşedir.

Əgər yeni dünyanın tarixi 1789-cu il fransız devrimindən başlayırsa, bu mərhələdə iştirakçı olan bütün fiqurlar tarix üçün önəmlidir. Yakobinçilər, həm jirondistlər, krala sadiq qalanlar, gələcək imperiyanın təməlini hazırlayanlar, bir sözlə, hər kəs bu mərhələnin önəmli kimsələridir. Bu kimsələrdən Robespyer şimşək tək çaxaraq hüquq tanrısı rolunu oynayır, Napoleon ordu generallığından imperator taxtına qədər yüksəlir.

Amma birdə bunların kölgəsində gizlənən, amma kölgəsi ilə onların hər ikisini yola salan şəxs var idi: Jozef Fuşe.

Ata-babası kimi səhhətinə görə dənizçi ola bilmir. Kilsədə din xadimi kimi yetişməsi üçün təhsil alır. Burada biliyi ilə seçilir, riyaziyyat, fizika üzrə mütəxəssis olur, dərs deyir. Amma Allaha və kilsəyə sonsuza qədər sədaqətli qalacağına dair monarx andını içmir. Çünki Allah daxil, kiməsə daimi bağlı qalmaq ona yad bir hiss idi. On il monastır divarları arasında həyat sürən bu şəxs yekun anddan imtina edir. Amma əvəzində bu on ildə (20-30 yaş) o, mühüm bir xarakterə yiyələnir:


Ardı →

Fransada konsulluq və I İmperiya dövrü

Yakobin diktaturası devrildikdən sonra başlanan dövr mövcud tədqiqatlarda Direktoriya dövrü (1794­1799-cü illər) kimi səciyyələnir və bu dövrdə Fransada xarici siyasət məsələləri 5 direktordan birinin səlahiyyətlərinə daxil idi. Lakin xarici siyasətlə bağlı hər hansı qərar ümumi razılığa əsasən qəbul olunurdu.
Direktoriyanın hakimiyyətə gəlməsi Fransa ətrafında koalisiya qüvvələrinin fəaliyyətini zəiflətdi. II Yekaterinanın tapşırığı ilə Rusiya donanması Peterburqa qayıtdı və imperatriça bəyan etdi ki, Fransanın ətrafında koalisiya saxlamağa ehtiyac yoxdur.  Direktoriya özü inqilabı məhv edəcək. Doğrudan da, 1794-1795­ci illərdə Direktoriya inqilab dövründə qəbul edilmiş bir sıra qanunları, hətta Yakobin konstitusiyasını ləğv etdi. Fransada irticaçı rejim qurulmağa başladı. 1796-cı ildən etibarən Direktoriyanın özünün də mövqeləri zəiflədi. Çünki ayrı-ayrı sərkərdələrin Qanunverici məclis üzərində hakimiyyəti güclənməkdə idi.


Ardı →

Napoleon – özünü Fransa sayan korsikalı sərkərdə

Bir vaxt ardı ilə milyonları aparan, fransızları Avropaya qan uddurmağa vadar edən Napoleonun ölümü nədənsə mərhəmət coşqunluğu yaratmadı. Romantizm dövrü gəldikcə isə o, Don Juan, Faust və Prometey kimi qəhrəmanların sırasına qoşularaq mifik qəhrəmana çevrildi. Vandom meydanındakı sütun və triumfal arka Napoleon dövrünün simvolu kimi hələ də yerindədir.


Ardı →

Napoleon Bonapart

Fransanın görkəmli yazıçısı Anna Luiza Stal bir gün Napoleona rast gəldikdə: «İmperator həzrətləri, portretinizi mənə yadigar olaraq verməyinizi xahiş edirəm.» Napoleon üzərində öz şəkli olan pulu cibindən çıxarıb ona vermiş və demişdi: «Buyurunuz, bu da mənim portretim!»
Bir dəfə Taleyrana xəbər verdilər ki, Napoleonun oğlu artıq özü yeriyə bilir, hətta hərdənbir qaçmaq da bacarır. Bu hadisə, Napoleon ordusunun Rusiyada məğlubiyyətə uğrayıb geri çəkildiyi 1812-ci ilin axırında baş vermişdir. Taleyran bu xəbəri eşidib demişdi: — Çox qəribə hadisədir ki, ata ilə oğul eyni zamanda qaçmaq öyrənirlər.
Boyda kiçik olan (164 sm) Napoleon dəmir iradə sahibi kimi hamını özünə tabe edə bilirdi. Öz qüvvəsinə inam o qədər güclü idi ki, nəyi isə bacarmayacağı, nəyin isə öhdəsindən gələ bilməyəcəyi fikri onun üçün ağlasığmaz idi.


Ardı →