Ben bir insan,
ben bir Türk şairi Nazım Hikmet
ben tepeden tırnağa insan
tepeden tırnağa kavga, hasret ve ümitten ibaret…
Nazim Hikmət kimdir? Onun haqqında nə bilirik?
20-ci əsrin əvvələrində Selanik`də göz açdı dünyaya Nazim. 20 noyabr 1901-ci ildə doğulsa da, ailəsi doğum tarixini 15 yanvar 1902-ci il kimi qeydiyyatdan keçirmişdir. İlk şeiri “Feryad-ı Vatan”-ı 12 yaşında yazan Nazim, Kurtuluş Savaşında da iştirak etmişdir. Bolu şəhərindəki müəllimlik illərindən sonra 1921-ci ildə Moskvaya etdiyi səfər ilə birlikdə kommunizm ilə tanış olmuşdur.
Moskvada ali təhsil aldıqdan sonra Türkiyəyə dönmüş və burada yazdığı şeirlərdən dolayı çoxlu təqiblərə məruz qalmışdır. Hətta həbs olunmaq təhlükəsi, mavi gözlü şairi yenidən vətənindən uzaq düşməyə sövq etmişdir. Nazim Hikmət Türkiyədə sərbəst vəzni ilk tətbiq edən şəxs və müasir türk şeirinin öndərlərindən hesab olunur. İllərlə məhbus həyatı yaşayan Nazim Hikmət, 1963-cü ilin 3 iyununda Moskva şəhərində vəfat etmişdir.
Ardı →