"Neftçi"nin yaranması

  • Futbol

1936-37-ci illər müxtəlif sənaye təşkilatlarının nəzdində idman, futbol komandalarının yaranması ilə əlamətdar oldu. Bakıda futbol komandası olmayan zavod, fabrik tapmaq çətin idi.

Belə bir vaxtda ölkədə xüsusi çəkiyə malik olan neft sənayesini yalnız ayrı-ayrı idarələrin komandaları təmsil edirdilər. Buna görə SSRİ Neft Sənayesi Nazirliyi Neftçilərin Həmkarlar İttifaqının nəzdində könüllü idman cəmiyyəti və futbol komandası yaratmaq haqda qərar çıxardı. Neft Sənayesi Nazirliyi Moskvada yerləşdiyindən bütün sənədləşmə işləri rusca aparılmış və buna görə də cəmiyyətin adı rusca «Neftyanik» adlandı. Beləcə, «Neftyanik» Könüllü İdman Cəmiyyətini Bakıda ayrı-ayrılıqda fəaliyyət göstərən neftçıxarma idarələrinin əsasında yaratmaq qərara alındı. Bu iki səbəblə bağlıydı. Birincisi, SSRİ-də ilk dəfə olaraq Neftçilərin Həmkarlar İttifaqı 1906-cı ildə Bakıda yaranmışdı.
Ardı →

Niyə də sevinməyim?!

  • Futbol

Aqustun 30-da Neftçi səfərdə Kiprin Apoel klubunu 3-1 hesabıyla məğlub edərək Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bu münasibətlə başda Neftçi azarkeşləri olmaqla, ümumilikdə Azərbaycan futbolunun bütün azarkeşlərini, Neftçi demədən, Xəzər demədən bütün Azərbaycan klublarının beynəlxalq uğurlarına sevinən futbolsevərləri təbrik edirəm. Neftçi həqiqətən də buna layiq idi və bununla bir daha Azərbaycan futbolunun flaqmanı olduğunu sübuta yetirmiş oldu.

Təbrikimi etdim indi də keçim əsas məsələyə. Onsuz bu və bu kimi cümlələri onsuz hələ telakanallarda, saytlarda çox görəcəksiz. Məsələ sadədir əslində. Mənim Xəzər Lənkəran azarkeşi olmağımdadır məsələ. Daha dəqiq isə mənim Xəzər Lənkəran azarkeşi olub da Neftçinin qələbəsinə sevinməyim, sosial şəbəkələrdə Neftçini dəstəklədiyimi göstərən statuslar yazmağımdır məsələ. Məsələnin tam mahiyyəti isə mənim cənubdan ola-ola bunları etməyimdir. Mənə deyirlər ki, sən cənubdansansa, Neftçiyə nifrət etməlisən, o bizim düşmənimizdir.


Ardı →