Dəbdən düşməyən "Nike" brendi

Nike“Nike” şirkətinin tarixi Fil Naytın (Phil Knight)  adı ilə bağlıdır. O, Orenqon Universitetinin komandasında orta dərəcəli qaçış üzrə idmançı olmasına baxmayaraq, illər keçdikdən sonra 3,8 milyard dollar sərvəti olan ən varlı amerikalılar sırasında 6-cı yeri tutmuşdur.

1964-cu ildə o öz məşqçisi Bill Bauerman (Bill Bowerman) ilə birlikdə şirkət təsis edir. Həmin vaxtlar, Amerika istehsalı olan idman ayaqqabılarının qiyməti 5 dollar olmasına baxmayaraq, keyfiyyəti heç də yaxşı deyildi. Bir çox idmançılar idman meydançalarından ayaqları qanlı qayıdırdılar. Keyfiyyətli mal isə Almaniya istehsalı hesab olunurdu, bu isə olduqca baha idi.

 Nayt-Bauermanın nəzəriyyəsi sadə idi:  Məşhur qərbi alman ayaqqabılarına nəzərən daha yüksək keyfiyyətli ayaqqabı Amerikada da proyektləşdirilə bilər, Asiyada istehsal olunub  və yenidən Amerikada satıla bilər. 60-cı illərdə Stenfordda MBA üzrə iqtisadi təhsil alan zaman o, Frank Şellenberqerin (Frank Shallenberger) sinifində təhsil alırdı. Seminarların birində növbəti tapşırıq – Marketinq planı əsasında  özəl şirkət biznesinin inkişaf strategiyasının qurulması olmuşdu. “Nike əfsanəsi“sinə görə, şirkətin konsepsiyası  məhz həmin marketinq üzrə seminarda Naytın ağlına gəlmişdir.


Ardı →