Nikotini bədəndən təmizləməyin yolları

Siqaret çəkənlərin bədənində toplanan nikotinin təsirləri hətta insan siqareti tərgitsə belə illərlə davam edir.
Bəzi qida maddələrinin isə bu nikotin qalıqlarının təmizlədiyi qeyd edilir. Bu qidalar aşağıdakılardır:
Kivi
Kivi nikotini bədəndən kənarlaşdırmanızı təmin edir və tərkibində bol miqdarda vitamin vardır.

Davamı →

Siqareti atmağın elmi yolu

Elm adamları nikotinə qarşı iyrənmə hissindən məsul beyin hüceyrələrini aşkar edib. Bu haqda aparılan tədqiqatın nəticələri ilə bağlı «Proceedings of National» Elmlər Akademiyasının jurnalında dərc edilmiş məqalədə deyilir.
Tədqiqatçılar hesab edirlər ki, bu kəşf siqaretdən imtina etmək üçün effektiv dərman yaratmağa kömək edəcək. Məqalədə deyilir ki, ilk çəkilən siqaret onu çəkənin beyninə ikiqat təsir göstərir və həm iyrənməyə, həm də zövqə səbəb olur. Siqaret bir vərdiş halına gəldikdə isə ilk ləzzətin əvəzinə nikotinə qarşı davamlı bir meyil yaranır.
Davamı →

Orqanizmi nikotindən təmizləyən 7 ən yaxşı üsul

Siqaret çəkən insanlar öz sağlamlığına çox ciddi zərbə vurur. Bunu bütün dünya həkimləri təsdiq edir. Bu pis vərdiş bir çox ağır pozulmaların inkişafına təkan verir. Belə ki, siqaret çəkmək ağ ciyər, dil, ağız boşluğu, udlaq xərçənginin ən əsas səbəblərindən biridir. Bundan əlavə bu vərdiş ürəyin işemik xəstəliyi, xroniki bronxit, xroniki obstruktiv ağ ciyər xəstəliyi, mədə xorası və bir çox digər ağır xəstəliklərin və pozulmaların səbəblərindən biridir. Bütün dünyada sağlamlığına dəyər verən insanlar siqaret çəkməkdən imtina edir.
 
Təəssüf ki, bir çox insanlar siqaret çəkməyin onların sağlamlığına mənfi təsirini sona qədər anlamır və bu vərdişdən imtina etmir. Əgər siz hər hansı səbəbə görə siqaret çəkməkdən imtina edə bilmirsinizsə, nikotinin və siqaretlərin tərkibində olan digər ziyanlı maddələrin orqanizmə olan mənfi təsirini bu üsullarla azaltmağa çalışın. 
Davamı →

Elektron Siqaret Sağlamlığa Ziyandırmı?

Hisar Intercontinental Hospital Ağciyər Xəstəlikləri Mütəxəssisi Prof. Dr. Serhat Fındıkın siqaret bağımlılığı və elektron siqaret haqqında müsahibəsini kayzen.az saytı olaraq diqqətinizə çatdırırıq.

Ağciyər xərçənginin bir nömrəli səbəbi olan siqareti əvəz edən və son zamanlarda siqaret alüdəçiləri  üçün yeni bir alternativ olaraq ortaya çıxan elektron siqaretlə bağılı Prof. Dr. Serhat Fındık bildirir ki, elektron siqaretin içində normal siqaretdən fərqli olaraq 3 mindən çox kimyəvi maddə mövcud deyil. Elektron siqaretin tərkibində yalnız maye nikotin var. Hər biri tək başına xərçəng əmələ gətirə biləcək bu qədər çox kimyəvi maddə arasında bəlkə də ən az zərərlisi nikotindir.

Bilinənin əksinə olaraq nikotin siqaretin ən zərərli maddəsi deyil, amma asılılıq yaradan maddəsidir. Yəni bir başqa sözlə, siqaret çəkilməsinin əsas səbəbi tərkibində olan nikotin maddəsidir. Elektron siqaret üçün təyin olunan maye nikotinin dəyərləri vardır. Bu dəyərlərin üzərində maye nikotin ehtiva edən siqaretlər bədəndəki tarazlığı pozur, təzyiqi yüksəldir, ağciyər xərçəngi, ürək damar xəstəlikləri riskini artırır.

Təxminən 20 il əvvələ qədər filtrli, mentollu ya da «light» siqaretlər çıxmadan əvvəlki dövrdə ağciyər xərçənginin dünya üzərində ən sıx görülən növü yastı hüceyrəli («epidermoid») xərçəngi idi. Bu xərçəng xəstəliyi tipi tez diaqnostika edildiyində müalicəyə daha yaxşı cavab verirdi.


Ardı →

Siqaret çəkmə və onun zərərləri

Siqaret tütün bitkisinin qurudulmuş yarpaqlarından hazırlanır. Tütün müxtəlif cür, yəni burunotu kimi, çubuqla çəkilir. Tütün istər trubka, istər müştüklə çəkilsin, istərsə də tütünün yarpaqlarından hazırlanmış uzun və qalın siqaretlərdən istifadə olunsun, bütün bunlar nikotinin insan orqanizminə göstərdiyi zərərli təsirin qarşısını ala bilməz. Tütünün və hər cür siqaretin zərərsiz olanı çəkilməyənidir. Bir sözlə, insan orqanizmi üçün ən zərərli vərdiş, heç şübhəsiz, siqaret çəkməkdir.


Ardı →