Nizami yaradıcılığında təsəvvüf

Nizamini təsəvvüf baxımından təhlil etmək üçün ilk növbədə onun əsərlərini orijinaldan oxumaq, təsəvvüfi terminologiyaya, simvol və məcazlara bələd olmaq, digər sufi şairlərin əsərləri ilə tanış olmaq lazımdır.
Fikrimizcə, Nizaminin «Xosrov və Şirin» əsəri ilə ən çox üstə-üstə düşən məqamların müşahidə edildiyi əsər Əttarın «Xosrovnamə» məsnəvisidir. Əttar bu əsərin əvvəlində bir dostunun xahişi ilə özünə xas olan tərzdə, yəni aşiqanə dastan, mənzum roman şəklində əsər yazdığını qeyd edir. Əttarın «Xosrovnamə»sini bəzən, onun təsəvvüfi olmayan yeganə əsəri kimi qiymətləndirsələr də, əslində bu əsər də təsəvvüfi məzmundadır. Lakin bu mənzum eşq dastanında təsəvvüf, Əttarın digər əsərlərində olduğu kimi qabarıq şəkildə görünmür, Nizaminin əsərlərindəki kimi, daha dərin qatlarda, daha gizli və simvolik şəkildə ifadə edilir.

Davamı →

Nizami Gəncəvinin yaradıcılığı Xəlil Rza Ulutürkün tərcümələrində

İstiqlal şairi Xəlil Rza Ulutürk XX əsr Azərbaycan poeziyası və bədii tərcümə məktəbinin görkəmli nümayəndəsidir. O, tərcüməçilik fəaliyyətinə 1955-ci ildən başlayıb və bu sənəti ömrünün sonunadək davam etdirib.
Xəlil Rza azadlıq, istiqlal, millilik, vətənpərvərlik, humanizm məsələləri ilə bağlı əsərləri dilimizə çevirməyə səy göstərib ki, bu da onun azadlıq və bəşərilik ruhundan irəli gəlib. Şair tərcümə etdiyi əsərlərdə zəngin mental təfəkkürünü diqqətdə saxlayıb.

Davamı →

Şirin - Nizami Gəncəvinin Xosrov və Şirin poemasının qadın personajı

Nizami Gəncəvi ilk feministlərdəndir. Doğrudur, bu anlayış hal-hazırda öz məcrasından elə çıxıb ki, böyük zəka sahibini belə adlandırmaq bəlkə də münasib görünmür. Amma dövrünə görə Nizami Gəncəvinin yaratdığı qadın obrazları o qədər özgür və rahatdırlar ki, yazıçının qadının varlığına, düşüncə tərzinə və fikirlərinə olan münasibət o qədər demokratik və ucadır ki, onu başqa cür adlandıra bilmirsən.

Davamı →

Nizami ili Azərbaycan nizamişünaslığını müasir səviyyəyə qaldıracaq

Prezident İlham Əliyevin qədim və zəngin Azərbaycan mədəniyyətinin nadir simalarından sayılan dahi şair, humanist mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin ölkəmizdə və dünyada il boyu təntənə ilə qeyd edilməsi ilə bağlı  yaxın günlərdə imzaladığı sərəncam hər yerdə milli-mənəvi dəyərlərimizin dövlət səviyyəsində himayə edilməsinin növbəti parlaq nümunəsi kimi qarşılanıb. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq dövlət başçısı 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi ili” elan edib.

Davamı →

Böyük Azərbaycan şairi Nizami Gəncəvi

Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi böyük ədəbi şəxsiyyətlərdən biri olan görkəmli şair və mütəfəkkir Nizami Gəncəvi ölməz əsərləri ilə dünya şöhrəti qazanmışdır.
Nizami Gəncəvinin adı dünya ədəbiyyatının ən görkəmli klassikləri sırasında çəkilir. Şərqdən doğan ədəbiyyat günəşi olan Nizami Gəncəvi (1141-1209) özünün böyük və əbədiyaşar sənəti ilə bütün bəşəriyyətə məxsus qüdrətli ədəbi şəxsiyyətdir. Böyük Azərbaycan şairi Nizami Gəncəvi də Dante, Servantes, Şekspir, Əbdürrəhman Cami, Əlişir Nəvai, Məhəmməd Füzuli, Balzak, Viktor Hüqo kimi mənsub olduqları xalqın milli iftixarı olan sənətkar olmaqla bərabər, həm də dünya ədəbiyyatını yüksək səviyyədə təmsil edir.

Davamı →