Nobel mükafatı və Azərbaycan

Alfred Bernhard Nobel 1833-cü il oktyabr ayının 27-də İsveçin paytaxtı Stokholmda dünyaya gəlmişdir. 1842-ci ildə ailəsi ilə birlikdə Sankt-Peterburqa getmiş, professor N.N.Zinindən kimya elmini öyrənməyə başlamışdır. 1849-cu ildə təhsilini davam etdirmək üçün Alfred Avropa və Amerikaya getmişdir.

2 illik səyahətdən sonra Rusiyaya qayıtmış və çar ordusu üçün silah istehsal edən ailə fabriklərini idarə etməyə başlamışdır. 1853-cü ildə Krım müharibəsinin başlaması “Nobel” şirkətinin çiçəklənməsinə səbəb olmuşdur. Lakin ailə biznesinin iflasa uğramasından sonra atası ilə İsveçə qayıtmış, həyatını partlayıcı maddələrin tədqiqinə həsr etmiş, tüstüsüz barıtın, uğultulu-civəli kapsul detonatorun, dinamitin ixtiraçısı olmuş və 1868-ci ildə ixtirasının patentini almışdır.
Davamı →

Tim Parks | Nobelin qüsuru nədədir?

İsveçli şair Tomas Transtörmer Nobel mükafatını qazandı. İnternetdəki bir neçə uzun şeirindən başqa Tranströmerdən heç nə oxumamışam, amma düşünürəm ki, onun qalib olması hər cəhətdən çox yaxşı seçimdir. Əvvəla Nobel jürisi baxımından. Açıqlayım.

Jürinin on səkkiz üzvü var, bunlar İsveç Akademiyası adlanan, XIX əsrin axırlarından Nobel mükafatını vermək üçün seçilmiş bir qurumun nümayəndələridir. Əvvəllər qurumun iki üzvü demişdilər ki, bu öhdəliyi öz üzərlərinə götürməkləri doğru deyil. Qurumun 1786-ci il tarixli yaranma sənədində Akademiyanın məqsədi belə ifadə olunmuşdu: “İsveç dilinin saflığını, gücünü və ucalığını dəstəkləmək.” Dünyanın hər hansı bir yerindən ən dəyərli, “idealist yönümlü” əsərləri seçmək bu məqsədlə uyuşurdumu?
Davamı →

İg Nobel mükafatı

Dünyada elm və sənət sahələri üzrə bir çox beynəlxalq və milli mükafatlar mövcuddur. Hər il on minlərlə insan bu mükafatlara layiq görülür. Bu məşhur mükafatlardan biri də Nobel mükafatıdır. Mükafat alanlar ilə yanaşı milyonlarla insan bu mükafatları almaq yolunda məğlub olurlar. Amma bəzən elə «kəşflər „ə imza atır, elə “yüksək » sənət əsərləri yaradırlar ki, onların əməyini qiymətləndirməmək ən azından insafsızlıq olardı. Bunu nəzərə alan xeyriyyəçi-filontroplar və estetlər sayı o qədər də çox olmayan antimükafatlar təsis etmişlər və hər il xeyli insan bu mükafatlara layiq görülür.

Bu cür mükafatlara, demək olar, bütün mədəni xalqlarda rast gəlmək olur və bütün dünyada tanınan, nüfuzlu mükafatlar olduğu kimi, son dərəcə «prestijli » antimükafatlar da vardır. bunların sırasında, əlbəttə ki, "İg Nobel mükafatı «nı (İg Nobel Prize – ingiliscədə „ignoble “ — biabırçı, əttökən sözündən) xüsusilə qeyd etmək lazım gəlir. Həqiqi Nobel mükafatlarının verilməsindən bir həftə qabaq ənənəvi olaraq lazımsız, faydasız kəşflərə yumoristik, satirik Nobel mükafatları verilir.
Davamı →

Nobeldən kim, niyə imtina edib

İlk Nobel imtinaçısı Lev Tolstyodan sonra keçən 110 ildə ona yaxın adam bu nüfuzlu mükafatdan imtina edib.

1906-cı ildə Rusiya Elmlər Akademiyası Lev Nikolayeviç Tolstoyun nobelə namizədliyini irəli sürməyə qərar verib. Bundan xəbər tutan Tolstoy dərhal xaricdəki dostlarıyla əlaqə yaradıb. Məqsəd nobel almaq üçün yox, almamaq üçün kömək istəmək idi. O dostlarına məktub yazıb namizədliyinin geri götürülməsi üçün ona yardım göstərmələrini rica edirdi. Ancaq Tolstoy bu cür addım atmış yeganə adam deyil. Sonradan nobel imtinaçılarına Jan Pol Sartre, Boris Pasternak və başqa tanınmış simalar da qoşuldular.

Lev Tolstoy öz davranışı ilə bir nümunə yaratdı. Yeni yaranmasına baxmayaraq (o zaman nobel mükafatı cəmi beş iş il idi yaranmışdı), prestiji olan bu mükafatdan heç kim imtan etməzdi. Rus yazıçısının qeyri-adi addımından sonra isə xüsusi termin olan: “Nobel imtinaçısı” yarandı. Ondan bəri keçən 110 il ərzində belə “üsyankarların” sayı 10-u keçməyib.
Davamı →