Həyat bir sabun köpüyüdür

Həyat bir sənətdir. Və insanoğlu, həyatının həm sənətkarı, həm də alətidir. Özünü tam olaraq necə yaradıbsa, elə də tapacaqdır. İnsanoğlunun hazır olaraq doğulmadığını unutmayın; nə zaman doğulmuş olarsaq olaq, bizlər, yonulmamış daşlar kimiyik. Və o daşların çevriləcəyi heykəllərin gözəl və ya çirkin olacağını müəyyən edən, onları yaradan da bizlərik.

İnsanoğlu özünü həm yox etmə, həm də yenidən yaratmaq gücünə sahibdir.

İnsanoğlu özünü hər an, hər dəqiqə durmadan yeniləyər. Öz-özünü doğurması gərəkdir. Bu dayanmayan doğum sənətini bilməyənlər, çox uzun zaman əvvəl öldüklərini bilməlidirlər.
Davamı →

İnsanlar sadəcə olaraq bənzərsizdirlər

Dağıtmaq nifrətdən gələr, yaratmaq sevgidən gələr.

Səni, şərtsiz sevməyə hazırlamağa; səni, yadlarla belə dostluğa hazırlamağa; qarşıdurma yaratdıqları üçün təşkilatlanmış dinlərini buraxmağa, ölkənə aidiyyətini belə buraxmağa hazırlamağa çalışıram. Forma olaraq ölkənin pasportunu daşımaq məcburiyyətində qalacaqsan, amma bu sadəcə bir rəsmiyyətdir. Varlığının dərinlərində bir Hindu olmamalısan; bir Alman olmamalısan və bir Xristian olmamalısan.

Özünü bilən, öz varlığını anlayan, həyatın mənasını anlayan insanda anidən bir güc partlayışı olar. Lakin, bu daha çox sevgi kimdidir, mərhəmət kimidir. Günəş işığından çox, ay işığı kimidir; sərin, sakit, gözəl. Belə bir insanın dəyərsizlik kompleksi yoxdur. O qədər doludur, o qədər doyğundur, o qədər dincdir ki, başqaları üzərində güc sahibi olmağı arzulamasına heç gərək yoxdur.
Davamı →

Danışır Oşo

OşoÇandra Mohan Racniş (Oşo) 1931-ci ilin 11 dekabrında Hindistanın Madhya Pradeş əyalətinindəki Kuçvada kəndində dünyaya gəlib. Uşaqlıq illərindən etibarən, başqaları tərəfindən verilən məlumatlar və inancları əldə etməkdənsə, həqiqəti özü axtarmaq qərarına gəlib. 21 yaşında universiteti bitirib və Jabalpur Universitetində fəlsəfə dərsi deyib. Eyni zamanda bütün Hindistanı gəzərək mühazirələr söyləyib, ictimai müzakirələrdə mühafizəkar dini liderlərə meydan oxuyub, ənənəvi inancları ifşa edib. Oşo özünü " əsl ekzistensialist" adlandırırdı.

1960-cı illərin sonu Oşo artıq öz dinamik meditasiyasını təkmilləşdirməyə başlamışdı.

Qərbli gənclər Oşodan 1970-ci illərin əvvəllərində xəbərdar olmağa başladılar. 1974-cü ildə Hindistanın Pune şəhərində «komunna» quruldu. Oşo Qərbdən gələn və sayları getdikcə artan gənclərə insan şüurunun inkişafının bütün istiqamətləri haqqında mühazirələr dedi.

Onun mühazirələri 30-dan çox dilə tərcümə olunub, 600-dən çox cild şəklində yayımlanıb.

Oşo 1985-ci ildə köçkünlərin statusu haqqında qanunu pozduğuna görə həbsdə olduğu vaxt 19 yanvar 1990-cı vəfat etdi. Başqa iddialara görə Amerika agentləri tərəfindən zəhərlənərək öldürülüb.


Ardı →