Cadugərin çörəyi | O.Henri

Marta Meçamın küçənin tinində kiçik bir un məmulatları dükanı var idi. Qarşısında üç pillə olan və qapıdan içəri girəndə zəng çalınan yeri deyirəm.

Qırx yaşlı Martanın bank hesabında iki min dolları, ağzında iki süni dişi və yumşaq ürəyi var idi. İmkanları Martanınkından dəfələrlə az olanların çoxu çoxdan ərə getmişdi.

Dükana həftədə iki-üç dəfə gələn bir müştəri onda maraq oyatmışdı. Orta yaşlı, eynəkli, sarımtıl saqqalı səliqəylə vurulmuş bir kişi idi. Kişi ingilis dilində alman ləhcəsi ilə danışırdı. Paltarı qırış-qırış, yamaqlı və nimdaş idi, üst-başı tökülürdü. Ancaq yenə də səliqəli görünürdü. Həm də ədəb-ərkan bilən biriydi.

Həmişə iki boyat çörək alırdı. Təzə çörəyin biri beş sentə satılırdı. Bu qiymətə iki boyat çörək almaq olurdu. Kişi boyat çörəkdən başqa heç nə almırdı.
Davamı →

Dünya şöhrətli Amerika yazıçısı O.Henri

Dünya şöhrətli yazıçı O.Henri (Uilyam Sidney Porter) 1862-ci il sentyabrın 11-də Şimali Karolinada (ABŞ) anadan olub. Kəskin süjetli hekayə ustadını yazıb-yaratmağa ruhlandıran hadisələr çox olub. Məsələn, həyatındakı sərgüzəştlər, Amerikadakı vəziyyət, hətta həbs cəzası və s. 

Əsərlərini O.Henri təxəllüsü ilə çap etdirən və bu adla tanınan yazıçının əsl adı Uilyam Sidney Porter idi. Müasirləri bunu yazıçının ölümündən sonra biliblər.

Amerikalı yazıçı şəxsi həyatı haqqında danışmağı sevmir, müsahibə vermir, fotosunu çəkməyə qoymur və kitablarını heç vaxt imzalamırdı. İllər boyu redaktorlar, jurnalistlər O.Henri təxəllüslü yazıçının əsərlərini maraqla qarşılayıblar.
Davamı →

Qəribə hekayə | O.Henri

O HenryAustinin şimalında bir vaxtlar namuslu bir Smoders ailəsi yaşayırdı. Con Smodersin ailəsi arvadından, beş yaşındakı balaca qızından və onun valideynlərindən ibarət idi. Kəndin rəsmi siyahıyaalmasında ailə altı nəfərdən ibarət olsa da, əslində onlar üç nəfər idilər.

Bir axşam şam yeməyindən sonra balaca qız şiddətli mədə sancısıyla qıvrılmağa başladı. Con Smoders vaxt itirmədən evdən çıxıb kəndə dərman almağa getdi. Amma o, bir də heç vaxt geri qayıtmadı.

Balaca qız bir müddət keçəndən sonra sağaldı, sonra da böyüyüb gözəl gənc qadın oldu. Ana illərlə yoxa çıxan əri üçün çoxlu göz yaşı tökdü. Amma üç ay bundan əvvəl ailə qurub San-Antonio kəndində yerləşdi. Bir müddət sonra balaca qız da ailə qurdu və aradan illər keçdikdən sonra balaca qızın da qızı dünyaya gəlib beş yaşına çatdı. Gənc qadın isə hələ də atasının onları tərk edib və bir də heç vaxt geri qayıtmadığı evdə yaşayırdı.

Bir gecə qəribə bir hadisə baş verdi. İllər öncə Con Smodersin yoxa çıxdığı gecədəki kimi gənc qadının balaca qızı mədə sancılarıyla qıvrılmağa başladı. Əgər Con Smoders yaşayırdısa deməli, o, nəvə sahibi də olmuşdu. Con Smit (gənc qadının əri) arvadına «Mütləq kəndə gedib balaca qızıma dərman almalıyam» dedi. Arvadı «Yox, yox, Con getmə. Bəlkə, sən də evə qayıtmağı unudub əbədi yoxa çıxarsan», — deyə ərinin getməyinə etiraz elədi.
Ardı →

Kaktus | O.Henri

O.HenriZamanın ən önəmli cəhəti odur ki, o, tamamilə nisbidir. Ümumi düşüncəyə görə, xatirələrə dalmaq ən çox suda boğulan adama xasdır. Yaxud bir nəfər əlcəklərini çıxara-çıxara bir qadınla olan münasibətlərini bir anın içində xatırlaya bilir. 
Trisdeylin öz subay ev-eşiyində masanın yanında dayanaraq etdiyi də məhz elə bu idi. Masanın üstündə qırmızı saxsı dibçəkdə qeyri-adi görünüşlü yaşıl bitki vardı. Həmin bitki kaktusun növlərindən biriydi, onun uzun, buynuzcuqlu yarpaqlarını lap azacıq meh də əsdirirdi, həmin yarpaqlar sanki insana əl uzadır, özlərinə tərəf səsləyirdilər. 

Trisdeylin dostu – gəlinin qardaşı bir az aralıda dayanıb tək içdiyi üçün deyinirdi. İkisi də frakda idilər. Sinələrindəki ulduzabənzər rozetkalar otağın qaranlığında parlayırdılar. 
Əlcəklərinin düymələrini aça-aça Trisdeylin ağlından son bir neçə saatın xəfif xatirəsi keçməyə başladı. Ona elə gəldi ki, kilsədə verilən messa zamanı hər tərəfi bəzəyən çiçəklərin ətri burnundan, minlərlə gözəl səslərin incə uğultusu, geyimlərin xışıltısı, ən çox da sözləri sanki bir-birinə calayan keşişin uzun-uzadı nitqi qulaqlarından hələ də çəkilməyib. 
Ardı →