Təşviş
Təşviş nədir?
Təşviş sadə bir ifadə ilə həqiqi bir təhdid zamanı ortaya çıxan duyğudur.
Funksionaldırmı?
Bəli, təşviş də digər duyğular kimi funksionaldır. Bir gecə yolunuzu 30 dəqiqə qısaltmaq üçün qaranlıq bir küçədən keçmək istədiyinizi düşünün, beyin bu zaman “həyəcan təbili çalır”, “30 dəqiqə üçün riskə getməyə dəyərmi? Görmürsən kimsəsiz yerdir, bir şam zərrəsi işıq yoxdur, özündən Amerika kəşf etmə, gəl düz yolunla get.”, bədən beynin sözünə qüvvət verir başlayır ürək döyüntünüz artmağa, əlləriniz tərləyir. Bu fiziki hissiyyatın və düşüncənin müşayiəti ilə yaranan duyğu təşvişdir. Burada təşviş funksional oldu və sizi mümkün təhlükədən qorudu. Təşviş bir sözlə sizi siz edənlərin itirilməsi ehtimalı ortaya çıxdıqda özünü biruzə verən duyğudur.
Təşviş pozuntusu nədir?
Davamı →