Bu qida ölüm riskini azaldır

Çinli alimlərin fikrincə, balıq və digər omeqa-3-polidoymamış yağ turşuları ilə zəngin qidaların yeyilməsi bütün səbəblərdən baş verə biləcək ölümləri azaltmağa kömək edir.

Tədqiqatçılar yağ turşularının insan metabolizmasında fəal iştirak etdiyini xatırladırlar. Belə məhsulların qəbul edilməsi xolesterini azaldır, antidepresantların effektivliyini artırır.

16 il davam edən araşdırmada 420 min insan (240729 kişi və 180580 qadın) iştirak edib. Orta hesabla kişilər gündə 15 qram, qadınlar təxminən 11 qram balıq yeyib. Bu müddətdə ərzində 54 min kişi və 31 min qadın ölüb.

Ekspertlər qeyd edirlər ki, bu müddət ərzində kişilər arasında ürək-damar xəstəliklərindən ölüm halları 10 faiz, qaraciyər xəstəliklərindən ölüm halları 37 faiz azalıb. Qadınlarda Altsheymer xəstəliyindən ölüm halı 38 faiz azalıb.
Davamı →

Balıq yağı faydasızdır

Omega3 baxımından zəngin olan balığın həm ürəyə, həm də gözə xeyirli olduğu hamıya məlumdur. Lakin balıq yağının faydalı olub-olmaması mübahisəli məsələdir. Son zamanlar ən çox müzakirə olunan mövzulardan biri məhz Omega3 tərkibli qida əlavələrinin və dərmanlarının effektiv təsir göstərib-göstərməməsidir.

Bu istiqamətdə bir sıra araşdırmalar da aparılıb. Təcrübə zamanı ürək xəstələrinə əməliyyatdan öncə mütəmadi şəkildə Omega3 kapsulaları verilib. Araşdırmaçılar bu dərmanları qəbul edən xəstələrin əməliyyat əsnasında ürək döyünmə və ritmsiz qəlb atışının azalacağını düşünüblər. Amma 1516 xəstəyə tətbiq olunan və əldə edilən nəticələr xəstələrin vəziyyətində hansısa dəyişikliiyin olmadığını sübut edib.
Davamı →