"Vadidəki zanbaq" kitabından sitatlar | Mənalı kitab sözləri

 

Elə hisslər var ki,insanın ürəyinə sığmır.
-Vadidəki zanbaq, Honore de Balzak

 


 

  • Sənə yer üzünə gəlmiş ən saf sevgini verirəm!
  • Heç demə,sizi fikirləşdiyimdən fə çox sevirmişəm.
  • Bilirəm,biz hələ də bir-birimizi sevirik.
  • Anlaşılmaz bir hissin əsiri olmuşdum.
  • Siz məni sevirsizsə,dünya-aləm mənim nə vecimə?!
  • Xoşbəxtlik mütləq anlayışdır,o,müqayisələrə sığmır.
  • Həyat təzə ümidlərlə gözəlləşir.
  •  Başqalarının xoşbəxtliyi özü daha xoşbəxt ola bilməyənlərin sevincinə çevrilir.

Davamı →

Onore de Balzak

«Dərin olmasam da, — bir dəfə Onore de Balzak demişdi, — kifayət qədər əhatəli adamam». Bu, ikibaşlı fikrin nə səbəbdən və hansı şəraitdə söyləndiyi məlum deyil; yəqin ya öz xarici görünüşünə, ya da zəhmətlə qazandığı ədəbi uğurlarına (ya da elə hər ikisinə) görə belə qətiyyətlə deyib. Mübaliğəsiz olaraq Balzakı dünya yazarları arasında ən gonbul qələm adamı kimi qəbul etmək olar. 160 santimetr boyu olan ağır cəmdək iki çöp kimi nazik ayaqlar üstə zorla tab gətirirdi. O, birmənalı olaraq özünün qarqantüasayağı (Fransua Rablenin «Qarqantüa və Pantaqruel» romanının qarınqulu qəhrəmanına işarədir. tərc.) iştahı, qeyri-adi bər-bəzəyi və ədəbsizliyi ilə məşhur idi.

Dəqiq məlumata görə bir dəfə Paris restoranlarının birində nahar edən ədib bir neçə düjin (bir düjin on iki ədəd deməkdir — tər.) qoyun kotleti, şalğam suyunda bişən ördək, bir-iki balıq, iki qızardılmış kəklik və yüzdən çox dəniz ilbizi aşırıb. Nahar on iki armud və müxtəlif şirniyyatlar, meyvə və içkilərlə başa çatıb. Onun özünü süfrə arxasında aparmağı kənardan çox iyrənc görünürdü. O, birbaşa bıçaqdan yeyir, yemək qalıqları ağzının kənarından ətrafa səpələnirdi. Çoxlarının onu axmaq yerinə qoymağı, dadbilmə qabiliyyətini itirən adam kimi təsəvvür etməyi əsla təəccüb doğurmurdu. Sadə kəndli ailəsində doğulan Onore Balsa soyadını dəyişmiş, ona aristokratlara aid «de» əlavəsi yapışdırmaqla özünü cəmiyyətə zadəgan kimi sırıya bilmişdi.
Davamı →

Viktor Hüqonun Balzakın vida mərasimində çıxışı

Victor HugoCənab De Balzak dahilər arasında ən birinci, seçilənlər arasında ən yaxşısı idi.
Cənablar! İndicə məzara qoyduğumuz bu insan o kəslərdəndir ki, onu son mənzilə bütün xalq yola salır. Bizim dövrdə xəyali böyüklük yoxdur. İndi nəzərlər hökmdarlıq edənlərə yox, düşünənlərə dikilmişdir, mütəfəkkirlərdən kimsə bizi tərk edəndə onun ölümü, itkisi bütün ölkəni həyəcanlandırır, sarsıdır.

Bizim günlərimizdə istedadlı adamın itkisi cəmiyyətin geniş dairələrini kədərləndirir, dahinin itkisi bütün milləti kədərləndirir. Balzakın adı açıq şüa ilə işığın elə zolağına axır ki, onu bizim era özündən sonraya saxlayır.

Cənab De Balzakla Napoleondan sonra XIX əsrin parlaq ideyaları meydana gəldi, sanki sivilizasiyanın inkişafında belə qanun var ki, qılınc gücü ilə hökmranlıq edənləri mənəviyyatın gücü ilə idarə edənlər əvəz edir.
Davamı →

Stefan Sveyq Balzak haqqında nə düşünürdü?

Balzak 1799-cu ildə Rablenin şən vətəni, bərəkətli əyalət şəhəri Turində anadan olub. İyun, 1799-cu il. Bu tarixi təkrarlamağa dəyər. Napoleon – əməllərindən narahat olan dünya onu hələ Bonapart adladırırdı – həmin il yarı-qalib, yarı-qaçaq şəkildə Misirdən öz ölkəsinə qayıtdı. Yad ulduz bürclərinin altında, piramidaların daşlaşmış şahidliyində döyüşmüş, başladığı böyük işi başa çatdırmaq üçün lazımlı olan bütün gücünü tamamilə itirmiş, sonra isə çox kiçik bir gəmiylə Nelsonun pusquda yatmış zabitləri arasından süzülərək ölkəsinə qayıtmışdı. Qayıdandan bir neçə gün sonra ona sadiq olan bir ovuc adamı bir yerə yığdı, müqavimət göstərən Məclisi darmadağın etdi və bir göz qırpımında Fransa iqtidarını ələ keçirdi.

Balzakın anadan olduğu 1799-cu il, eyni zamanda, İmperatorluğun da başlanğıcıdır. Yeni əsr ilk illərində öz qarşısında “le petit général”ı (kiçik general), korsikalı kiçik macəraçını deyil, Fransa İmperatoru Napoleonu gördü. On-on beş il ərzində – Balzakın ilk gənclik illəri – çoşqulu xəyalları qartal qanadları ilə şərqdən-qərbə bütün dünyanı sararkən, azğın iqtidar ehtirasıyla yanıb alışan əlləri Avropanın yarısını artıq möhkəmcə tutmuşdu. Balzak ətrafındakı hər şeyə çox həssaslıqla yanaşan biri kimi, gözlərini dünyaya açmasının ilk on altı ili ilə imperatorluğun ilk on altı ilinin – ki dünya tarixinin bəlkə də ən fantastik dövrüdür bu – tamamilə üst-üstə düşməsinə laqeyd qala bilməzdi. Çünki ilk təcrübələr və alın yazısı, əslində, elə eyni şeyin daxili və xarici müstəviləri deyilmi?
Davamı →

Balzakı oxumaq niyə vacibdir?

Balzakın əsərlərini yad eləmək, mənim üçün sanki boş, darıxdırıcı vadidə irəliləyən bir yolçunun bir vaxtlar keçdiyi bərəkətli, gözəl diyarı yad eləməsi kimi xoş bir şeydir.

İlk dəfə fransız ədəbiyyatını oxuyanda on üç yaşım varıydı. Bu, Edmond Qonkurun «Zemqanno Qardaşları» adlı əsəriydi, kitab sənətçilərdən — onlara qarşı düşməncə mövqe tutan, boğucu, pozğun ruhlu bir mühitdə mənəvi tənhalığa məhkum insanların təsirli hekayətindən bəhs edirdi.

Bu kitab məni məzmunundakı insani məramıyla həyacanlandırmış və mənə hər zaman qəlbinin ən gözəl tərəflərini dünyaya açan bütün insanlara qarşı xüsusilə diqqətli, qayğıkeş və mərhəmətli davranmaq fikrini aşılamışdı.
Davamı →

Yuxunun məğlub etmədiyi heç bir ağrı yoxdur

Qızıldan olan zəncirlər ən ağır zəncirlərdir.

Ayaqqabılarım olmadığına görə təəssüflənirdim. Küçədə ayaqları olmayan adam görənə qədər…

Məhəbbət çox qəribə qəlp pul kəsəndir. O, təkcə misi qızıla çevirmir, bəzən də qızılı misə çevirir.

Yaxşı ər heç vaxt axşam birinci yatmır və səhər sonuncu oyanmır.

Kim ki, milyonları axtarır, onları nadir hallarda tapır, kim ki, axtarmır, heç zaman tapmır.

Qadınsız ev məzar kimidir.

Qadın instinkti böyük insanların uzaqgörənliyinə bərabərdir.
Davamı →

17 il yazışan Onore de Balzak

 Dünya şöhrətli, məşhur fransız yazıçısı Onore de Balzakın həyatı insanlar üçün ölümündən sonra da maraqlı olmuşdur.

 Onun yaratdığı bir-birindən maraqlı əsərləri, neçə əsrlərdir ki, sevilə-sevilə oxunur və indiyədək neçə-neçə dillərə tərcümə olunmuşdur.

  Onore de Balzak 1799-cu ilin may ayının 20-də Tur (Fransa) şəhərində dünyaya gəlmişdir. De Balzak — yazıçının əsl soyadı deyildir. Yazıçının atası Balsa Bernar Fransua kəndli ailəsində doğulmuş və sonralar Tur şəhərində bələdiyyə rəisinin köməkçisi işləyəndən – yəni, məmur olandan sonra öz soyadını plebeysayağı hesab etmiş və dəyişdirmişdir.

  Onorenin uşaqlığı əyalətdə keçmiş, təhsilini isə əvvəlcə Tur və Vandom kolleclərində almış, 1814-cü ildən isə Paris hüquq fakultəsində davam etdirmiş, eyni zamanda Sorbonna Universitetində ədəbiyyatdan mühazirələr dinləmişdir.

  Onore de Balzakın yaratdığı əsərlər çox rəngarəng və çox maraqlı olduğu kimi, onun sevgisi və evlənməsi də diqqət çıkmişdir. Belə ki, Onore de Balzak, sən demə, Rusiyada yaşayan polyak əsilli bir zadəgan qadın E. Qanskaya ilə yazışır, məktublaşırmış. Maraqlı olan odur ki, bu yazışma nə az, nə çox, düz 18 il davam edir.


Ardı →

Onore de Balzak və Viktor Hüqo

Vida

(M.A.Aldanovun "Ölüm haqqında povest«indən sonuncu səhifə)

17 avqustda Viktor Hüqonun evində nahar və qəbul idi. Məlum oldu ki, Balzak can verir. Baxmayaraq ki, bəzən aralarında gərginlik olurdu, Hüqo „Bəşəri komediya“nın müəllifinə təzim edirdi və o da qarşılıqlı təzim edirdi.

Qonaqlarını tərk edərək, şair Fartune küçəsinə getdi. O qayıtdıqda gördüklərini yazdı. Uzun illər sonra və hətta onun vəfatından da sonra nəşr olunan bu səhifə onun haqqında yazılanların ən mükəmməlidir.

Hüqo heç kəsi günahlandırmırdı. Balzakın öldüyü tənhalığa o hətta eyham belə vurmurdu. Ziyarətçinin tanınmış adı qapıları açdı. Qulluqçu onu can verənin yanına ötürdü.

»Mən Balzakın otağında oldum. Otağın ortasında çarpayı vardı… Balzak başını yastığa qoyub bu çarpayıda uzanmışdı.Yuxarı otaqdakı divandan götürülmüş qırmızı, məxməri yastıqlar vardı. Balzakın üzü bənövşəyi idi, demək olar ki, qara idi, sağa əyilmişdi, qırxılmamışdı, boz saçları qısa kəsilmişdi, gözləri açıq, baxışları hərəkətsiz idi. Mən ona yandan baxdım. O imperatora bənzəyirdi.

Ardı →

Ciddilik xarakterin əsasıdır

Ana urəyi bir dəryadır, dərinliyində hər zaman əfv var.Biliyin hökmdarı olmaq üçün əməyin nökəri olmalısan.

Məhəbbət kordur, amma ailə ən yaxşı göz həkimidir!

Vicdan bahalı bir xüsusiyyətdir. Ucuz insanlarda olmur.

Kişilərin təbiəti belədir: inanılmaz dərəcədə ağıllı dəlillərin qarşısında tabb gətirirlər, lakin bir baxışa davam gətirə bilmirlər.

Ciddilik xarakterin əsasıdır.

Pul ona görə lazımdır ki, onun haqqında düşünməyəsən.

Sevilən qadın dünyanın ən xoşbəxt qadınıdır.

Öz zəifliyini qəbul edən insan güclənir.
Ardı →

Balzak yaradıcılığı

Onore de Balzak (1799-1850) bəşəriyyətin bədii inkişafında irəliyə doğru nəhəng bir addımdır.İlhamın,istedadın,yaradıcı təxəyyülün qüdrəti etibarı ilə o,Nizami Gəncəvi, Alicieri Dante, Vilyam Şekspir, Lev Tolstoy kimi sənətkarlarla bir cərgədə dayanır. Yüz əlli ildən çoxdur ki,onun şəxsiyyəti, zəmanəsi, dünyagörüşü, fövqəladə həcmə və dəyərə malik olan bədii irsi ətrafında  gedən mübahisələr soyumaq bilmir.Realist sənətin,dünya mədəniyyətinin ən mütərəqqi ənənələrinin varisi olan sosialist bədii fikrinin inkişafını Balzaksız təsəvvür etmək olmaz.
Davamı →