"OSKAR" 2015
ANS PRESS-in məlumatına görə, “Dolby Theatre” zalında Amerika kinoakademisyasının təsis etdiyi 87-ci ”Oskar” mükafatının verilmə mərasimində Hollivudun məşhur ulduzlarının, demək olar ki, hamısı iştirak edib.
Film dünyasının ulduzlarından başqa «Oskar»da Ledi Qaqa, Con Leqend, Anna Kendrik, Rita Ora, Maroon 5, Ceniffer Hudson, Adam Levin, Cek Blek kimi məşhur müğənnilər səhnə alıb.
Ən yaxşı film nominasiyasında “Oskar” kino mükafatına meksikalı Alexandro Qonsalies İnyarritunun “Berdmen” kinosu layiq görülüb. Öz növbəsində bu dilm ən yaxşı rejissor işinə görə də “Oskar”a layiq görülüb. Bundan əlavə kinonun operatoru Emmanuel Libeski öz profil kateqoriyasında mükafata layiq görülüb.
Ən yaxşı əcnəbi film mükafatına polşalı rejissor Pavel Pavlikovskinin “İda” filmi layiq görülüb.
Ardı →