Oxuyan qızla sevgili olmaq

Oxuyan bir qızla sevgili ol. Pulunu pal-paltar əvəzinə kitablara sərf edən bir qızla sevgili ol. Kitablarından dolayı rəfinə sığa bilməz o. Oxuyacağı kitabların siyahısını tutan, 12 yaşından bəri kitabxana kartı olan bir qızla sevgili ol.

Oxuyan bir qız tap. Oxuyan bir qız olduğunu çantasında hər zaman oxumaqçün kitab gəzdirməyindən anlaya bilərsən. Kitab dükanında sevgiylə rəflərə baxan və axtardığı kitabı tapanda səssizcə sevinəndir o. Bukinistdə köhnə bir kitabın səhifələrini qoxlayan gözəl xanımı gördünmü? Bax, o oxucudur. Üstəlik kitabın səhifələri saralıbsa qoxlamadan durmaz...

Kafedə kimisə gözləyərkən oxuyan qızdır o. Fincanına göz gəzdirsən qəhvəsinin soyuduğunu görərsən, çünki kitaba dalıb. Yazarın yaratdığı dünyada qeyb olub. Sən də bir stul çək, otur yanında. Sənə tərs-tərs baxa bilər, çünki kitab oxuyan qızlar narahat edilməyi sevməzlər.

Ondan kitabı sevib sevmədiyini soruş. Ona yeni bir qəhvə sifariş ver. Murakami haqqında nə düşündüyünü soruş. Coysun “Ulisis”ini başa düşdüyünü deyirsə, deməli intellektual görünməyə çalışır. Alisanı çox sevir, yoxsa Alisa olmaq istəyir, bunu soruş.
Ardı →