Dini ibadәtlәr vә mәrasimlәr

Azәrbaycanın tarixi inkişafının xüsusiyyәtlәri, coğrafi mövqeyi, әhalisinin çoxmillәtli olması burada müxtәlif dinlәrin mövcudluğuna şәrait yaratmışdır. Ölkәdә ayrı-ayrı dövrlәrdә bütpәrәstlik, zәrdüştlük, yәhudilik, xristianlıq, islam vә digәr dinlәr yayılmışdır.
Sizcә, sәmavi dinlәrin hansı ibadәt vә mәrasimlәri bir-birindәn fәrqlәnir?
Hәr bir dinin özünәmәxsus müәyyәn ibadәt vә mәrasimlәri vardır. Bildiyiniz kimi, islamda namaz hәr bir müsәlmana vacib buyurulmuş ibadәtdir. İslam dininә görә, namaz vasitәsilә insan Yaradanına öz sәdaqәtini nümayiş etdirәrәk Ona yaxınlaşır, saflaşır və ülvilәşir.
Davamı →

Yəhudi mərasimləri

Sinaqoq
Yəhudi icmasının dini və ictimai həyatının mərkəzi sina­qoqadır (synagoge yun. toplantı deməkdir). Onun mövcudluğu haqqında ilk məlumatlar e.ə. III əsrə aiddir.
Qədim zamanlarda yəhudilərin yeganə ibadət yeri hər gün ibadətlər edilən və din xadimlərinin qurban kəsdiyi Qüds məbədi idi. Məbəd dua və moizə üçün məkan rolunda çıxış edirdi; həmçinin orada dindarlar Əhdi-ətiqi öyrənir və Yəhudi qanunlarına müvafiq olaraq necə hərəkət etmək barədə izahatlar alırdılar. E.ə. IV əsrdə Babil çarı Navuxodonosor məbədi dağıtmış, yəhudi əhalisinin xeyli hissəsi zorla Babilə apa­rılmışdı.
Vətənindən ayrı düşmüş və məbəd qurbanları icra etməkdən məhrum olan sürgün edilmiş yəhudilər əsas diqqəti ibadətə və Əhdi-ətiqin öyrənilməsinə yönəltdilər. Onlar ibadət toplantılarını keçirirdi; belə toplantı məkanları «sinaqoqa» adını aldılar.
Davamı →