Həyatın məqsədi nədir?

  • Esse
Barda
Haham Volf təsadüfən bir bara girdi. İçərinin havası yaman ağır idi. Kimi içir, kimi də qumar oynayırdı. Haham heç nə demədən çölə çıxdı.
 
Gənc biri arxasından gəldi:
 
“İçəridə gördüklərinizdən heç xoşunuz gəlmədi. Bilirəm.” – dedi. — “Bura günahkarların məkanıdı”. 
 
“Yox, gördüklərim xoşuma gəldi. – Volf cavab verdi. – “Burdakı adamlar hər şeyini itirməyin nə demək olduğunu öyrənir. İtirmək təcrübəsini yaşayandan sonra onlar üçün yalnız bircə variant qalacaq: Tanrıya sığınmaq. Və o andan sonra hər biri Tanrının mükəmməl xidmətçisi olacaq”.
Davamı →

Yaxşı və pis - Paulo Koelyo

Leonardo da Vinçi; «Sonuncu axşam yeməyi» adlı əsərini çəkərkən böyük bir çətinliklə üzləşmişdi...

Yaxşını İsanın bədənində, pisi də İsanın dostu olan və sonuncu axşam yeməyində ona xəyanət etməyə qərar verən Yahudanın bədənində təsvir etmək məcburiyyətində idi...

Əsəri yarımçıq qoyaraq, bu iki insanın modeli kimi istifadə edə biləcəyi kəsləri axtarmağa başladı.

Bir gün bir xor kopellasının verdiyi konsert əsnasında, xordakılardan birinin İsanın təsvirinə çox bənzədiyini gördü.

Onu modellik etməsi üçün emalatxanasına dəvət etdi, saysız qaralama və eskiz çəkdi.

Aradan üç il keçdi. «Sonuncu axşam yeməyi» əzərinin tamamlanmasına az qalmışdı, ancaq Leonardo da Vinçi hələ Yahuda üçün istifadə edəcəyi modeli tapa bilməmişdi ...

Leonardonun işlədiyi kilsənin kardinalı, əsəri tez bir zamanda bitirməsi üçün rəssamı tələsdirməyə başladı.

Günlərlə axtardıqdan sonra Leonardo; vaxtından əvvəl qocalmış gənc bir adam tapdı. Çınqıllar içindəki bu adam sərxoşluqdan özünü itirmiş, canından keçmiş bir vəziyyətdə səkinin qırağına sərilmişdi.
Davamı →

Paulo Koelyo | müsahibə

— Yeni kitabınız nə haqdadır?
— “Adultério” (“Xəyanət”) romanının ideyasını tapmaqda oxucular köməkçi oldular. Sosial şəbəkələrdə pərəstişkarım çoxdur. Belə qərara gəldim ki, onlarla müasir dövrün əsas problemlərindən biri olan depressiyanı müzakirə edək. Bir neçə gün ərzində mindən çox məktub gəldi. Böyük əksəriyyəti yazırdı ki, onlardakı depressiyanın əsas səbəbi xəyanətdir. Bu mövzu məndə maraq oyatdı və internetdə xəyanət hekayətlərini oxumağa başladım. Başa düşdüm ki, sən bir dəfə yatağına kimisə tullamısansa, insanlar bunu bağışlaya bilərlər. Xəyanətin kökündə ehtiras dayanır. Məhz bu məsələ mənim üçün çox maraqlı idi.

— Oxucularınızın daha çox qadın olmasına münasibətiniz necədir?
— Bəli, oxucularım 60 faizi qadınlardır. Amma kişilər də gördüyünüz kimi az deyil. Mən qadınlar, yaxud kişilər üçün ədəbiyyat yaratmıram, mən kitablarımı yaşından və cinsindən asılı olmayaraq bütün oxucular üçün yazıram.


Ardı →

Sənin axtardıqların, səni axtarır

Xəzinənin öz evində basdırıldığını anlamaq üçün, hərdən dünyanı dolaşmaq lazım gəlir.

Sən gözəlliyi görmək qabiliyyətinə maliksənsə, bu sənin içindəki gözəlliklə bağlıdır. Çünki dünya güzgü kimidir, orda hər kəs öz əksini görür.

Bir dəfə baş verən şey, daha heç vaxt baş verməyə bilər. Amma iki dəfə baş verən şey, mütləq üçüncü dəfə də baş verəcək.

Əgər sən bir şeyi ürəkdən istəyirsənsə, bütün kainat bu arzunun yerinə yetməsi üçün səfərbər olacaq.

İnsanların məndən gözlədiyi hərəkətləri etsəm, o zaman onların quluna çevriləcəm.

Həyat həmişə hərəkət etmək üçün münasib vaxtı gözləyir.

Azmaq – nəsə maraqlı bir şey tapmağın ən yaxşı üsuludur.

Heç vaxt malik olmadığın bir şeyə sahib olmaq istəyirsənsə, heç vaxt olmadığın birisi olmalısan.


Ardı →

Paolo Koelyodan səyahət məsləhətləri

“Yaxın vaxtlarda səyahət etməyin ən yaxşı öyrənmə üsulu olduğunu kəşf etdim. Əsl səyyah ruhuna sahibəm, buna görə də bloqum vasitəsilə səyahətlərimdən öyrəndiklərimi başqalarına da ötürə biləcəyimi, digər səyyahlara da faydalı ola biləcəyimi düşündüm”. Bu fikirlər braziliyalı yazıçı Paulo Koelyoya məxsusdur. Yazıçı şəxsi bloqunda səyahət sirlərini oxucuları ilə bölüşüb. 

1. Muzeylərdən qaçın!
Bu məsləhətim sizə absurd gəlsə də, bir az düşünün: Xarici şəhərdəsinizsə, şəhərin indiki vəziyyətini görmək keçmiş vəziyyətini görməkdən daha maraqlı olmazdımı? İnsanlar özlərini muzeylərə getmək məcburiyyətində hiss edirlər. Əlbəttə, muzeylərə getmək vacibdir, amma ora gedəndə nə görmək istədiyinizi bilməyiniz də vacibdir, yoxsa gördüklərinizdən yaddaşınızda çox az şey qalacaq. 

2. Həmsöhbət tapın
Ərazini yaxşı tanıyan, şəhəri ilə qürur duyan, orada yaşayan, heç bir tur agentliyinə işləməyən ən yaxşı tur rəhbəridir. Harasa gedəndə yoldan keçənlərə kilsə hardadır, poçt hardadır kimi suallar verin. Günün sonuna qədər bunu bir neçə dəfə təkrarlasanız, özünüzə yaxşı həmsöhbət taparsınız.

3. Müqayisə aparmayın
Qiymətləri, həyat şəraitini, nəqliyyatı, bir sözlə qarşınıza çıxan hər nə olsa müqayisə etməyin. Başqa insanlardan pis və ya yaxşı yaşadığınızın fərqinə varmaq üçün səyahət etmirsiniz ki! Sizin məqsədiniz başqa insanları tanımaq, sizə nə öyrədə biləcəklərini kəşf etməkdir. 


Ardı →

Narkissos

NarkissosBir sarbanın gətirdiyi kitabı əlinə aldı Kimyagər. Cildi yoxdu kitabın, amma yenə də müəllifin kim olduğunu anladı:Oskar Uaylddı müəllif.
Kitabı vərəqləyərkən Narkissosdan bəhs edən bir hekayəyə rast gəldi.
Narkissosun-öz gözəlliyini hər gün gölün ayna sularında seyr etməyə gələn bu yaraşıqlı gəncin əfsanəsini bilirdi Kimyagər.

O, öz əksinə elə vurulmuşdu ki,günün birində gölə düşüb boğulmuşdu.Onun gölə düşüb boğulduğu yerdə bir çiçiək açmış, bu çiçəyə Nərgiz adı verilmişdi.
Amma yazdığı hekayəni belə bitirməmişdi Oskar Uayld.

Niyə ağlayırsan?-Orleaslar soruşmuşdular.
-Narkissos üçün ağlayıram.-göl cavab vermişdi.Bundan sonra?
-Burada təəccüblü nə var ki,demişdilər meşə tanrilari.
-Biz meşələrdə boş-boşuna onun dalınca düşürdük,amma onun gözəlliyini yalnız sən yaxından görə bilirdin.
-Narkissos yaraşiqli gənc id?i -deyə soruşmuşdu göl.
-Bunu səndən yaxşı kim bilər ki?-Ormaslar əməlli-başlı təəccüblənmişdilər.Hər gün sənin sahilinə gəlib, sənin sularına baxardı..

Göl bir anlığa dinməmiş, sonra belə demişdi:
-Narkissos üçün ağlayıram, amma onun yaraşıqlı olduğuna heç fikir verməmişdim.Narkissos üçün ağlayıram, çünki sularıma əyildiyi zaman gözlərinin dərinliklərində öz gözəlliyimin əksini görə bilirdim.
-Çox gözəl hekayədi-dedi Kimyagər

Paolo Kolho «Kimyagər»


Davamı →