Paolo Koelyodan səyahət məsləhətləri

“Yaxın vaxtlarda səyahət etməyin ən yaxşı öyrənmə üsulu olduğunu kəşf etdim. Əsl səyyah ruhuna sahibəm, buna görə də bloqum vasitəsilə səyahətlərimdən öyrəndiklərimi başqalarına da ötürə biləcəyimi, digər səyyahlara da faydalı ola biləcəyimi düşündüm”. Bu fikirlər braziliyalı yazıçı Paulo Koelyoya məxsusdur. Yazıçı şəxsi bloqunda səyahət sirlərini oxucuları ilə bölüşüb. 

1. Muzeylərdən qaçın!
Bu məsləhətim sizə absurd gəlsə də, bir az düşünün: Xarici şəhərdəsinizsə, şəhərin indiki vəziyyətini görmək keçmiş vəziyyətini görməkdən daha maraqlı olmazdımı? İnsanlar özlərini muzeylərə getmək məcburiyyətində hiss edirlər. Əlbəttə, muzeylərə getmək vacibdir, amma ora gedəndə nə görmək istədiyinizi bilməyiniz də vacibdir, yoxsa gördüklərinizdən yaddaşınızda çox az şey qalacaq. 

2. Həmsöhbət tapın
Ərazini yaxşı tanıyan, şəhəri ilə qürur duyan, orada yaşayan, heç bir tur agentliyinə işləməyən ən yaxşı tur rəhbəridir. Harasa gedəndə yoldan keçənlərə kilsə hardadır, poçt hardadır kimi suallar verin. Günün sonuna qədər bunu bir neçə dəfə təkrarlasanız, özünüzə yaxşı həmsöhbət taparsınız.

3. Müqayisə aparmayın
Qiymətləri, həyat şəraitini, nəqliyyatı, bir sözlə qarşınıza çıxan hər nə olsa müqayisə etməyin. Başqa insanlardan pis və ya yaxşı yaşadığınızın fərqinə varmaq üçün səyahət etmirsiniz ki! Sizin məqsədiniz başqa insanları tanımaq, sizə nə öyrədə biləcəklərini kəşf etməkdir. 


Ardı →