Pyer Karden

Yaşamaq hamının qismətidir. Amma fərqli: kimi az, kimi isə çox yaşayır bu dünyada… Yaratdıqları ilə yaşamaq isə az insana qismət olur. Pyer Karden belə xoşbəxtlərdəndir. Bəlkə də xoşbəxtlərin xoşbəxtidir. Çünki hələ sağlığında ikən yaratdığı “Pierre Cardin” brendi ilə imzasını dünyaya tanıtdırıb.

Pyer Karden 1922-ci ildə Venesiya yaxınlığındakı şəhərcikdə anadan olmuş, Fransada böyüyüb təhsil almışdır. Çoxuşaqlı, ortaimkanlı ailədəndir. Atası şərabçı idi. Pyer də bu sənəti davam etdirməli idi. Lakin o, ürəyincə olmayan peşənin dalınca getmədi. 14 yaşında dərzi yanında köməkçilik etməyə başladı. 1945-ci ildə gənc Pyer, Parisdə modelyer kimi fəaliyyətə başlayır.1946-cı ildə Kristian Diordan dəvət alır. Bir müddət sonra – 1950-ci ildə şəxsi moda evini, ardınca – 1954-cü ildə “Yeva”, 1957-ci ildə isə “Adam” mağazalarını açır.


Ardı →