İlk azərbaycanlı qadın təyyarəçi

Hər bir xalqın tarixində silinməz iz qoymuş görkəmli qadınları vardır. Əsrlər, qərinələr keçir, lakin bu qadınların xidmətləri nəinki unudulmur, hətta gələcək nəsillər üçün örnək olur. Azərbaycan xalqının da tarixində görkəmli qadın şəxsiyyətlər az olmamışdır. Onlar özlərinin nəcib, ülvi hisslərini kağıza köçürüb şeirlər, romanlar yazmış, gözəl mahnılar bəstələmiş, şöhrəti dünyaya yayılan xalçalar toxumuş, Böyük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş və dövlət işlərində yaxından iştirak etmişlər. Azərbaycan qadınları arxa cəbhədə də gecə-gündüz işləmiş və yarıac-yarıtox qalaraq cəbhəyə köməklik göstərmiş, qələbənin qazanılmasında əhəmiyyətli rol oynamışlar.

Davamı →

Pilotsuz uçan aparat düşüncə ilə idarə ediləcək !?



Portuqaliyanın “Tekever” şirkəti düşüncə gücü ilə idarə olunan “Brainflight” (beyinin uçuşu) pilotsuz uçan aparat yaradıb. Texnologiyanın mahiyyəti ondan ibarətdir ki, insanın başına beyin qabığından elektron siqnalları hesablayan onlarla sensorun bərkidildiyi şlem geyilir. Əldə olunan məlumatlar radiosiqnala çevrilərək bilavasitə uçuş aparatında olan qəbulediciyə daxil olur.  

Ardı →

Dünyanın ən sirrli 5 fotoşəkli - fotolar və video

Freddy Jacksonun Fotoşəkli – 1919

1919-cu ildə çəkilmiş bu fotoşəkil 1-ci Dünya Müharibəsi dövründə xidmət etmiş hava donanmasına aiddir. Diqqətli baxdıqda ən arxadakı pilotların arxasında sirli bir insan üzü olduğu görülməkdədir. Bu üzün sahibi bütün donanma tərəfindən həmin dəqiqə tanındı və maşinist Freddy Jackson olaraq təsdiqləndi. İşin qəribə tərəfi ondan ibarətdir ki, Freddy Jackson bu fotoşəkil çəkilməmişdən iki gün əvvəl təyyarənin pərvanəsinin bədəninə vurması nəticəsində həyatını itirmişdi. Torpağa verildikdən bir neçə saat sonra Freddy Jacksonun üzünün bu fotoşəkildə necə peyda olması isə indiyənə kimi açıqlanmamışdır.


Ardı →

Ölümə doğru uçan təyyarəçi qadın

* Qadınlar arasında yüksəklik rekordu: 14 min fut (4200 metr) – 1928-ci il
* Atlantik okeanını keçən ilk qadın sərnişin – 1928-ci il
* 100 km-də sürət rekordu – 1931-ci il
* Avtojir (təyyarə ilə helikopter arasında bir uçuş aparatı) uçurdan ilk qadın – 1931-ci il
* Avtojirlə yüksəklik rekordu: 15 min fut (4500 metr) − 1931-ci il

Ardı →