Qaytar ana borcunu | Əli Kərim

Bir gözəl,bir sevimli oğul böyütdü ana.
O bəd,uğursuz günü-ərinin öldüyünü
Bildirmədi heç ona.

Kədəri dalğa-dalğa doldusa da ürəyə
Lakin nə saç yolaraq verdi əsən küləyə,
Nə şivən etdi ana.

Ürəyində ağlayıb,gülmək öyrətdi ona,
Dözərək davanın da dərdinə,bəlasına,
Öz boğazından kəsib yedirdi balasına…
Ardı →

Yarı məndə,yarı səndə | N.Kəsəmənli

İkimizdə bir ürək var,
Yarı məndə,yarı səndə.
Sevgi adlı bir ağacıq,
Budaq məndə, narı səndə.

Çiçək ətri gül üzündə,
Min məna var hər sözündə.
Bir buluduq göy üzündə
Yağış məndə,dolu səndə.

Bir ovçuyam,günüm ovda
Qaçhaqaçda,qovhaqovda,
Eşqimiz bir şirin sevda
Pətək səndə,balı məndə...

Davamı →

Qar kimi | N.Kəsəmənli

Qar kimi ağ gəldim,ləkəsiz gəldim,
Səssizcə yağmışdım yollarına mən.
Mən sənin ömrünə «bəlkə»siz gəldim
Yığıldın güc kimi qollarıma sən......
Bitdi baxışların nəğməsi,sözü,
Sükut qollarında gəzdirdi bizi......
qar mənzərəsi


Ardı →

Biz...

Mən şair deyiləm… Amma aradabir nəsə cızmaqara eləyirəm. Bu misraları yazmağımın səbəbini isə bir-iki kəlmə ilə izah etməli olsam… İnsanlar cüt yaradılırlar, mən zahiri bənzərliyi yox, ruh bənzərliyini nəzərdə tuturam. Təsəvvür edirsiz, hələ qarşınıza çıxmayan o insan sizinlə eyni havayla nəfəs alır, siz keçdiyiniz yollarda onun da ayaq izləri var, bəlkə də eyni mağazada, kafedə, nə bilim, avtobusda və s. eyni vaxtda dəfələrlə olmusunuz.Amma tale sizi bu gün görüşdürüb, bir-birinizə indi bəlli edib. Sizi bilmirəm, amma şəxsən mənimçün bu, çox maraqlıdır. Bax, elə buna görə də bu misraları kağıza tökdüm.
Ardı →