Mübarizim

Divan tutdun ,dağıtdın, düşmənin halayını,


Yerlə yeksan eylədin taxtını,alayını.


Yaxşı verdin dərsini,yaxşı aldı payını.


Vətənin cəsur oğlu,igid,ər Mübarizim,


Müzəffər Mübarizim!


Yaman aşmışdı həddin,qudurmuş,nankor oğlu


Ardı →

Mübariz İbrahimova şeir | Rusif Hüseynov

Halal olsun sənə VƏTƏN çörəyi,
Halal olsun sənə xalqın əməyi,
Gör necə olarmış igid ürəyi,
Yazdın yaddaşlara silinməz bir iz!
Qəbrin nurla dolsun sənin MÜBARİZ!

Düşmənin gülləsi qırmaz əzmini,
İstər yüzü olsun istərsə mini,
Qürurla anırıq sənin ismini,
Üzün nur, qəlbin saf, ruhun tər təmiz!
Qəbrin nurla dolsun sənin MÜBARİZ!
Ardı →

Facebook | Rusif Hüseynov

Hər kəs öz dərdini səndə bölüşür
Bizlərə ortaqsan sən ey Facebook!
Dostlar, sevgililər burda görüşür
Sirrli bir otaqsan sən ey Facebook!

Əsəbi olanda günahkar sənsən
Sevən ayrılanda səbəbkar sənsən
Bu söz-söhbətlərə necə dözürsən?
Qədri bilinməzsən sən ey Facebook!
Ardı →

İLAHİ !!!!

Adını zikr edər gecə və gündüz,
Ağaclar,çiçəklər,güllər,İlahi!
Könlümü,ruhumu aparır Sənə,
Keçdiyim dolanmac yollar,İlahi!

Bir canı borcluyuq,al canımızı,
Alma əlimizdən imanımızı!
Arındır,barındır zamanımızı,
Açılmış qarşında əllər,ilahi!

Endirib zirvədən dağı yol etmə,
Acgöz nəfsimizə bizi qul etmə!
Namərdi millətə Sən oğul etmə,
Yoxsa,yazıq olar illər,İlahi!

Ən böyük arzumuz-yol göstər bizə,
Fövqünə ucalaq,bu yetər bizə.
Səni dərk etməyə ağıl ver bizə,
Duasız qalmasın dillər,İlahi!

Sən doldur işıqla ürəyimizi,
Biz səndən umarıq diləyimizi.
Bir daha qul edə bilməsin bizi,
Quzeydən baş alan yellər,İlahi!

Qaldır pərdələri Sən gözümüzdən,
Mİllət seçə bilsin əməli sözdən.
Çox ayrı düşmüşük öz-özümüzdən,
Bizi özümüzə döndər,İlahi!

Bəxtiyar Vahabzadə
Davamı →

Sevgi Serenadasi

Kisiler qadinlarin ilk esqi,qadinlar kisilerin son esqi olmasini ister
Oscar Wilde

Ey Gozelim...!!! Yer uzunun en deyerli saf incisi...!!! Sevirsenmi bu mezlumu???
Sen susursan.Bu ne demek? Belke sevmeyirsen meni? Bunu bil ki,sen ey melek sen yoxsansa men de yoxam,Sensiz Dunya neye gerek… Dord Terefim Qaranliqdir,Omrumun Gunewi sensen.Saf sevgimin sahibesi niye meni sevmeyirsen? Ele ise,al xenceri sen vur menim ureyimden,qurtar meni bu ezabdan,iztirabdan.Inan olum daha wirin mene sensiz yawamaqdan.Yox...!!! Yox..!!! Dayan..!!! ne edirsen? Ureyimden vursan meni ozunu de mehv edersen.Axi koksumde doyunen Ureyimin Ele Ozu Axi Sensen...!!!

04.09.2011
^OPER^

Davamı →

Küləklər

Həər səhər,hər axşam,hər axşam hər səhər
Çox zaman sərsəri küləklər bixəbər
Bir yaxın dost kimi qapımı döyərlər,
Küləklər,küləklər,bəstəkar küləklər,
Dünyanı dolaşan bəxtiyar küləklər!

Bəziniz qorxulu,bəziniz qorxusuz,
Bəziniz duyğulu,bəziniz duyğusuz,
Bəziniz uyqulu,bəziniz uyqusuz,
Küləklər,küləklər,ey sərin küləklər,
Sizdə var qorxusu hər yerin,küləklər!

Ey çəlğın küləklər,nəşəniz daşarkən,
Bağların şehindən mey sorub coşarkən,
Nalqıran dağları atlayıb aşarkən,
Məni də alınız,uçayım dağlara,
Könlümdə nə varsa,açayım dağlara!

Gurlayın,ilhamım,sənətim gurlasın!
Fırtınam,qasırğam,qüdrətim gurlasın!
Şimşəyim parlasın,zülmətim gurlasın!
Ey məni sərazad bəsləyən küləklər,
Bir dağın başından səsləyən küləklər!

Mikayil Müşfiq
Davamı →