Ramiz Rövşəndən şeirlər

Ramiz Rövşənin «Nəfəs» adlı kitabından ən çox bəyəndiyim şeirlərini yerləşdirməyə çalışacam.Poeziya həvəskarlarına bu kitabı almağı və oxumağıməsləhət görərdim.

Gizlənməyə Bir Yer Göstər, Gizlənim

Gizlənməyə bir yer göstər,
                       gizlənim,
Səhər-axşam, axşam-səhər
                       gizlənim,
Oğlumdan da, qızımdan da 
                       gizlənim,
Hamıdan da, özümdən də
                       gizlənim,
Kağızdan da, qələmdən də
                       gizlənim,
Ömürdən də, ölümdən də
                       gizlənim.
Ardı →

Ramiz Rövşən - Uzaqlardan gələn qatar

Uzaqlardan gələn qatar
Keçdi, bizləri görmədi.
Əllərində gül dəstəsi
Duran qızları görmədi.


— Uzaqlardan gələn qatar,
Söylə, uzaqlar necədi?
Orda çiçəklər necədi,
Orda yarpaqlar necədi?


— Yarpaqları yaşıl-yaşıl,
Çiçəkləri dizdən olur.
Onların da səhər-axşam
Söz-söhbəti sizdən olur.
Bu dağın dalı dağları,
Dənizləri dəniziniz.
Onların da “uzaqlar”ı
Elə sizsizniz, sizsizniz…


Davamı →

Təzədən (B. Vahabzadə)


Bu şirin sevdaya düşəndən bəri
Neçə yol ayrıldıq bir- birimizdən
Ayrılıq günləri, hicran günləri
Uzandı…
Ömrünə ömr aldı bizdən.
Biz ki, öyrənmişik hicrana artıq,
Cövri yadda qalır, qəm unudulur.
Sevən könüllər üçün, gülüm uzaqlıq
Ən böyük, ən gözəl yaxınlıq olur
Yağış dayandımı? Qalın buluddan
Ardı →

Anam öldümü? | Bəxtiyar Vahabzadə

Nə tez əllərini üzdün dünyadan, 
Balanı tək qoyub hara getdin sən? 
Necə yox olurmuş bir anda insan, 
Elə bil dünyada heç yox imişsən. 

Günəş qürub etdi… otaq qaraldı, 
Bir anda yox oldun sən xəyal kimi. 
İndi düşünürəm: Səndən nə qaldı, 
Könlümdə xatirən qara xal kimi. 
Davamı →

Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim!

Eşqini qəlbinə bəxtim kimi yazmış öz əlim,-
Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim!

Üzünü görmədiyim hər günümə gün demirəm,
Küsmə, ünvanına bu sözləri küskün demirəm,
Sənə Leyla, özümə, yaxşı ki Məcnun demirəm
Gəl gülüm, gəl çiçəyim, gəl ki, mən ilhama gəlim,
Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim!
Davamı →