Məni/Niman Məmmədli

Düşdüm uğursuzluq zolağına mən,
Əzdi əsəb məni,boğdu yaş məni.
Bu ağır günümdə,acı günümdə
Nə bacı axtardı,nə qardaş məni.

Məndən uzaq gəzdi qohumum,yadım
Daha öz yadımdan çıxıb öz adım.
Başıma düşməyə addımbaaddım
izləyir bir yekə qara daş məni.

Soruşma halını gəl Nimanın da,
Daha o şuxluğu yoxdu canında.
Üzüm qara oldu...Özgə yanında
Yaman günə qoydu bir oğraş məni
Davamı →

Salam, Dar ağacı! - Rüstəm Behrudi

Yolumu gözlədin hər səhər-axşam,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Əcəllə ölməyə doğulmamışam,
Salam, Dar ağacı!
Əleyküm-salam.

O hansı millətdir, taleyi sirdir?
Yüz adla bölündü, yenə də birdir!
Məni hüzuruna bu dərd gətirdi,
Salam, Dar ağacı!
Əleyküm-salam.

Xəzəri, Baykalı, Aralı gördüm,
Gördüm can üstədir, yaralı gördüm.
Tanrını bəndədən aralı gördüm,
Salam, Dar ağacı!
Əleyküm salam.
Davamı →

Fikri bəlalı baş - Məhəmməd Hüseyn Şəhriyar

Yar günümü göy əskiyə tutdu ki, dur, məni boşa!    
Cütçü görübsən öküzə öküz qoyub, buzov qoşa?!

Sən əllini keçib yaşın, mən bir otuz yaşında qız,
Söylə görüm, otuz yaşın nə nisbəti əlli yaşa?!

Sən yerə qoydun başuvi, mən başıma nə daş salım?!
Bəlkə mən artıq yaşadım, neyləməli? — Dedim, yaşa!!!

Bir də, bəlalı baş neçin yanına süpürgə bağlasın?
Börkü başa qoyan gərək, börkünə də bir yaraşa.

Bir də, kəbin kəsilməmiş sən mənə bir söz demədin,
Yoxsa cehizimdə gərək gələydi bir hoqqa-maşa.

Dedim, qəza gəlib tapıb, bir iş idi, olub-keçib,
Qurbanam o ala gözə, heyranam o qələm qaşa.

Mən ki, özümdə bir günah görməyirəm, çarə nədir?
Pis bəşərin qaydasıdır, yaxşını tapsa, dolaşa.
Davamı →

Sən məni sevsəydin... | Məmməd Araz

Sən məni sevsəydin nolardı görən?
Görən olardımı bir dərdim onda?
Yoruldum demədən qolum üstə sən
Dünyanı piyada gəzərdim onda.
 
Toxalar, azalar bu sevgimizdən
Dünyanın məhəbbət acları bəlkə,
Təzə haşiyələr alardı bizdən
Dünyanın məhəbbət tacları bəlkə.
Davamı →

Başdan-başa təbiət təbli şair

Xalq duyğulu, elat qəlbli, “Arif” təxəllüsü ilə bahəm “qağa” ləqəbli Hüseyn Arif
Bu şairin yaradıcılığındakı tər-təbiət günəşi digər bütün “ay-ulduz” mövzularının dərinliyinə “qaib”, sərinliyinə “hayıf” bir “kölgə” salmış… Ana təbiətlə bu şairin təbiəti arasındakı fərqlər bu ki; biri yaradılandı, biri yazılan, birində dörd fəsil var, birində — “qəza-qurban övlad” ladlı notların istisnası ilə — yalnız yaz-bahar...

Öncə, bu büsbütün təbiət təblimizin dünyagəlişi, cəmiyyət, sər-səlahiyyət “yaradıcılığı” haqda. 1924-cü il iyunun 15-də Ağstafada doğulub. Bakı Pedaqoji Məktəbini, ADU-nun Şərqşünaslıq fakültəsini, Qorki adına Ədəbiyyat İnstitutunun (Moskva) aspiranturasını bitirib. Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978) və Xalq şairidir (1989).
Davamı →

Sözləri: Zivər Ağayevanındır.

Şeirmi mahnıya gözəllik qatır, onu uzunömürlü edir, mahnımı şeiri? Bu suala cavab müxtəlif ola bilər. Bəzən zəif görünən, oxuduqda səni cəlb etməyən şeirə elə gözəl, beyinə ilişib qalan musiqi bəstələnər ki, yaddaşlardan silinməz. Bəzənsə, dinlədiyin  mahnının sənin ürəyində yer etdiyinə musiqisindən çox onun sözlərinin səbəb olduğunu dərk edərik.

Haqqında danışmaq istədiyim insanın sözlərinə yazılmış mahnılar 2-ciyə aid olanlardandı. Duyğulu, hər anımızın əhvalına xitab edən mahnıların sözləriylə ruhumuzu qidalandıran o müəllifləri tanımamağımız həmən şair və şairələrə ən azından haqsızlıqdı.
Davamı →

Ölmək | Ramiz Rövşən

Bulud kimi ölmək
             bir yaz yağışında.
Ümid kimi ölmək,
             bir qız baxışında.

Bir yel qanadında
         yarpaq kimi ölmək
Bir qəbir altında,
          torpaq kimi ölmək.

Bir gül kimi ölmək,
             bir güldan içində.
Bülbül kimi ölmək
              bir hicran içində.

Bir səs kimi ölmək
             bir kar qulağında.
Bir söz kimi ölmək,
             bir lal dodağında.

Gündən günə ölmək,
Dönə-dönə ölmək.
Öldükcə dirilmək,
Sonra yenə ölmək...


Davamı →

B. Vahabzadə- Təklik



Xəyal gah dağdadır gah da aranda
Gah göyə yüksəlir, gah enir insan.
Otaqda 1 saat tək oturanda,
100 ilin dərdiylə yüklənir insan.
 
Elə bil divarlar gəlir üstünə
Qulağın səslənir, qəlbin döyünür.
Alışıb yanırsan sən öz tüstünə,
Nidalar gözündə suala dönür.



Ardı →