Həyat bizi çobanyastığı ləçəkləri kimi yolur

Pol Bencamin OsterTam adı Pol Bencamin Osterdir. 1947-ci ildə doğulub. Yaşayan ən görkəmli ABŞ yazarlarından biri hesab olunur. Romançı, ssenarist, esseçi, tərcüməçi və şair kimi tanınır.

1986-90-cı illərdə Prinston Universitetində yazarlıq sənəti barədə mühazirələr oxuyub.

Postmodernist və eksperimental üslubda yazdığı 16 romandan nisbətən məşhurları aşağıdakılardır: “Nyu-York trilogiyası” (“Şüşə şəhər”, “Kabuslar”, “Qapalı otaq” (1985-86)), “Qeybə qarışanlar ölkəsi”(1987), “Ay məbədi” (1989), “Şans musiqisi” (1990), “Leviafan” (1992), “Mister Vertiqo” (1994), “Timbuktu” (1999), “Yanılmalar kitabı” (2002), “Kəhanət gecəsi” (2003), “Zülmətdəki kişi” (2008), “Gözəgörünməz” (2009), “Sanset park” (2010)

İki şeir kitabının, iki esse toplusunun və avtobioqrafik məzmunlu üç kitabın müəllifidir.

Bir neçə dəfə ədəbiyyat üzrə Nobel ödülünə nominant göstərilən P.Oster Fransanın sənət və ədəbiyyat kavaleri tituluna (1993), Mediçi ödülünə (1993), Asturiya şahzadəsinin Ədəbiyyat üzrə mükafatına (2006) və s. layiq görülüb.

1993-2007-ci illərdə Hoollivudda çəkilən altı filmin ssenari müəllifi olub. Bəzi filmlərdə rejissorluq da edib.


Ardı →