Polşada ovçuluq, dindarlıq və rasizm

Bu günlərdə yayımlanmış Cavid Ramazanovun “Həqiqəti görmək niyə çətindir?” yazısından ilhamlanaraq və Polşada keçirdiyim bir illik təcrübəmə əsaslanaraq bu ölkə ilə bağlı bəzi qeydləri bölüşmək istəyirəm. Cavidin yazısında bəhs olunan əsəri hələ oxumasam da, haqqında danışılan regionda yaşamağım mənə ərazinin coğrafiyasına və insanlarına dair fikir sahibi olmağa əsas verir.
Tokarçukun əsərindəki hadisələrin cərəyan etdiyi yer – Kotlina Klodzkada da Polşanın digər bölgələrində olduğu kimi, ovçuluq geniş yayılıb. Yaxşı xəbər odur ki, “başı qaçmış qadın” nisbətən daha rahat ola bilər, çünki həmin ərazidə heyvanların kütləvi ovlanması artıq əvvəlki səviyyədə deyilmiş.

Davamı →

Polşa Respublikası. 1989-2015- ci illər

Polşanın siyasi inkişafı.1989-cu il aprelin 17-də “Həmrəylik” təkrar qeydiyyatdan keçirildi. “Dəyirmi masa”nın işi qurtardıqdan sonra PBFP, müttəfiq partiyalar və müxalifət parlament seçkilərinə hazırlaşmağa başladı. Tərəflərin razılığına görə seymdəki mandantların 65 faizi hakim koalisiyaya (o cümlədən 37 faizi PBFP-yə ), 35 faizi müxalifət üçün nəzərdə tutulmuşdu. Senata seçkilər azad idi. 1989-cu ildə keçirilmiş parlament seçkilərinin iki turu müxalifətə böyük uğur qazandırdı. O, özünün bütün namizədlərini artıq birinci turda parlamentə keçirə bildi. Senatda isə 100 yerdən 99-nu tutdu. Seym və senatın birgə iclasında V.Yaruzleski ölkənin prezidenti seçildi.


Davamı →

Polşa 1945-1989-cu illərdə

Polşa inqilabi dəyişikliklər dövründə. 1944-1948-ci illər.İkinci Dünya müharibəsində Polşa torpaqlarına alman və sovet təcavüzü sayəsində Reç Pospolitanın 6 milyon vətəndaşı, o cümlədən 3 milyon nəfər yəhudi həyatını itirdi. Ölənlərin bir hissəsi polyak mənəviyyatının daşıyıcıları olan ziyalılar idi, belə ki, ölkə 1939-cu ilə kimi yetrişdirdiyi ali təhsilli əhalisinin 38 faizini itirmişdir. Müharibə Polşanın şəhər və qəsəbələrini xaraba qoymuşdur. Varşavanın solsahil hissəsinin 75 faizi məhv edilmiş, Qdansk və Vroslav şəhərləri yerlə-yeksan edilmişdir. Visla, Oder, Narva və Buq çayı üzərindəki bütün körpülər demək olar ki, məhv edilmişdir. Hərbi əməliyyatların gedişində küllü miqdarda milli mədəniyyət abidələri, incəsənət əsərləri, kitabxana və muzeylər və s. məhv və ya qarət edildi.


Davamı →

Polşa 1918-1939-cu illərdə

Müstəqil Polşa Respublikasının yaranması. 1917-ci ilə qədər Polşa torpaqları parçalanmış halda qalmasına baxmayaraq müstəqil dövlət yaratmaq uğrunda Polşa xalqının milli-azadlıq mübarizəsi davam etmişdi. Üç hissəyə parçalanmış Polşanın vahid dövlət halında birləşdirilməsinə ilk addım Rusiyada Fevral inqilabından sonra atıldı. 1917-ci il martın 27-də Petroqrad Fəhlə və əsgər deputatları soveti “Polşa xalqına” müraciət qəbul edərək bildirdi ki, Polşa müstəqil dövlət yaratmaq hüququna malikdir. Rusiyanın Müvəqqəti hökuməti də 1917-ci il martın 29-da “Polyaklara” müraciət qəbul edərək polyakların müstəqil dövlət yaratmaq hüququnu göstərdi. 1917-ci ilin iyununda Fransanın prezidenti R.Puankare Fransada Polşa muxtar ordusunun yaradılması haqqında sənəd imzaladı. 1918-ci ilin yanvarında ABŞ-nın prezidenti V.Vilson da Polşa ərazisində müstəqil Polşa dövlətinin yaradılmasının vacibliyini bəyan etmişdi.


Davamı →

Yozef Pilsudski

Polyak marşalı Pilsudski (1867 — 1935) Litvada anadan olmuşdu. Onlar əslən litvalı olsalar da çoxdan polyaklaşmışdılar. Ailə çoxmillətli olduğundan Yozef uşaqlıqdan beş dil bilirdi. O, Peterburqda gimnaziya bitirib tibb universitetinə daxil olmuşdu. Amma inqilabi hərəkata qoşulduğu üçün həbs edilir, sonra isə Sibirə sürgün olunur. Ancaq inqilabi fəaliyyətini burada da davam etdirir. 1892-ci ildə doğma Vilno şəhərinə qayıdır. Onun bütün varlığı ilə Rusiyaya nifrət etməsi anlaşılandır. Çünki onun vətəni daim rus işğalına məruz qalmışdı və ümumiyyətlə bu ölkənin tarixi, xalqının xarakteri ilə tanış olduqda ruslara və Rusiyaya nifrət etməmək qeyri-mümkündür. Bu ölkədə ermənilərdən və gürcülərdən başqa hələ heç bir xalqa xeyir dəyməyib.


Ardı →