Qədim Çin tarixi

Təbiəti və əhalisi. Çin sözü Sin sülaləsinin adı ilə bağlıdır. Çin, əsasən, dağlıq ölkədir. Onun ərazisindən böyük Xuanxe və Yantszı çayları axır. Xuanxe vadisinin torpaqları çox məhsuldar olduğundan burada insanlar sıx məskunlaşmışdılar. Xuanxe çayında güclü daşqınlar olurdu. Bu zaman çoxlu şəhər və kəndlər dağılır, böyük insan tələfatı baş verirdi. Ona görə də çinlilər Xuanxe çayını «Çinin bəlası», «min fəlakət çayı», «gəzən çay» adlandırırdılar.
Xuanxe çayının aşağı axarında əhali əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olmuşdur. Sənətkarlar ipək parçalar toxuyur, dulusçular ağ gildən zərif qablar istehsal edirdilər. Elə ilk Çin dövlətini də e.ə. II minillikdə burada yaşayan şan qəbilələri yaratmışdılar.
Davamı →

Çin mədəniyyəti

Çinin sivilizasiya tarixi minillikləri əhatə edən qədim mədəniyyətlərdən biridir. Çinlilərin özlərinin təsdiq etdikləri kimi, ölkənin tarixi e.ə. III minilliyin sonlarına gedib çatan Yao, Şunya, Yuya hakimlərinin hökmranlıq dövründən başlayır.
Çin sivilizasiyasının uzun illəri əhatə edən inkişaf yolu dünya mədəniyyəti tarixində mədəniyyətin tamamilə yeni unikal tipini yaratdı. Qərb və qonşu hind mədəniyyətlərindən fərqli olaraq Çin sivilizasiyası daha rasional və praqmatik səciyyə kəsb etmiş və edir. Hər bir çinli üçün ilk növbədə sosial etika və inzibati praktika müstəsnalıq kəsb edirdi.
Qədimdən başlayaraq çin mənəvi mədəniyyətinin spesifikasına rasional səciyyə xarakterikdir. Çinin erkən dinlərində yunan mifologiyasındakı allahların insan və canlı surətlərinə rast gələ bilmərik. Zevsin yerini bu mifologiyada mücərrəd və soyuq substansiya olan Səma təşkil edir. O, insana qarşı çox laqeyd və əlbəttə ki, insani hiss və həyəcanlardan uzaqdır. Bir xeyli müddətdən sonra ölkənin mənəvi mədəniyyətinə daha humanist ideyalar, mistik dünyagörüşləri nüfuz etdi və onların transformasiyası praqmatik nəticələrə gətirib çıxartdı.


Ardı →

Qədim Çin fəlsəfəsi

Qədim Çində, xüsusilə quldarlıq cəmiyyətinin formalaşdığı dövrdə (b.er.əv. VIII– VI əsrlərdə) ideologiyada iki tendensiya hökm sürürdü. Bunlar mühafizəkar və mütərəqqi, mistik və materialist xətlər idi. Bu iki tendensiya arasında gedən mübarizə gedişində 5 dünya elementi (metal, ağac, su, od, torpaq) haqqında sadəlövh materialist ideyalar getdikcə daha geniş şəkildə yayılırdı. Həmin dövrdə, eyni zamanda iki zidd başlanğıclar (in və yan), təbii qanun (dao) və. s. haqqında II– I minilliklərin mövcud biliklərinin ümumiləşdirilməsi nəticəsi kimi təsəvvürlər geniş yayılmışdır.


Ardı →

Qədim Çin

Çinlilər öz ölkəsinə Çtun Qo, Çonun Xuan və s. deyirdilər. Çin adı hakimiyyətdə olmuş Sin sülaləsinin adı ilə bağlı idi. Çinlilərin həyatında Xuanxe və Yansızı çayları mühüm rol oynamısdır. Xuanxe çayı vaxtaşırı daşır və ətrafa böyük zərər vururdu. Məhz buna görə də Çiinlilər Xuanxe çayını «Gəzən çay», "Çinin bəlası" və «Min fəlakət çayı» adlandırırdılar.
Çinlilər əkinçilik, maldarlıq, sənətkarlıq və ipəkçiliklə məşğul olurdular. e. ə. VI — V əsrlərdə Çində dəmir emal edilmisdir.
Ardı →

Qədim Çin mədəniyyəti

 Qədim  Çin  mədəniyyəti  müxtəlif  istiqamətlərdə  inkişaf etmişdi. Bu ölkədə fəlsəfə, riyaziyyat, astronomiya və tibb  elmləri sahəsində  müvəffəqiyyətlər  qazanılmışdı.  Astronomiya  elminə xüsusi diqqət  yetirilir, Çin padşahları təqvim  düzəltmək,  günün və ayın tutulacağı vaxtı müəyyənləşdirmək üçün xüsusi  komissiyalar təşkil edirlərdi.  Onlar maqnit  sahəsinin mövcudluğuna və  maqnit əqrəbinin xüsusiyyətlərinə də bələd  idilər. Eyni zamanda barıtı ixtira edib fişəng üçün  istifadə edirdilər.
     E.ə. VI-III əsrlərdə fəlsəfi fikrin sonrakı inkişafinda mühüm rol oynamış  konfusiçilik,   moizm,   legizm,   daosizm  məktəblərinin formalaşdığı dövrdə Çində  fəlsəfə meydana çıxmışdır. Qədim Çin fəlsəfəsi  daha  çox  etnik-siyasi  xarakterə  malik  olmuş,  onda qneseoloji  və  ontoloji  məsələlərin tədqiqinə  az yer verilmişdir.Filosoflar dövlət işlərində təmsil olunmuş, Si padşahlığında fəlsəfə akademiyası yaradılmışdı.
Davamı →

Qədim Asiyada iqtisadi fikirlərin meydana gəlməsi

Dünya mədəniyyət tarixində özünəməxsus istiqaməti ilə fərqlənən Çin elmi bir çox sahələrdə, o cümlədən iqtisadi fikir tarixində olduqca dəyərli nailiyyətlər əldə etmişdir. Xüsusən Konfutsiyanın (552-479 e.ə.) (Kun-Fut-zı) irəli sürdüyü iqtisadi ideyalar Qədim Çin dövlətinin milli ideologiyasının əsası kimi onun iki minillik tarixi dövrünü təşkil etmişdir.
İri ailə icmaları daxilində formalaşmış ənənələrə sadiq qalan Konfutsiya onu böyük — kiçik, ata — oğul, böyük qardaşlar — kiçik qardaşlar prinsipi ilə bütün cəmiyyətin sosial-iqtisadi quruluşunu stabilləşdirmək istəyirdi.
Konfutsiya təkmilləşmiş adam-xeyirxah ər təlimini yaratmışdır. Bu təlimin əsasında böyüklərə hörmət, humanizm, öz borcunu dərk etmək prinsipi dururdu. Humanist adam təvazökarlığı, ədalətliliyi, dözümü, hamıya qarşı eyni olmağı ilə səciyyələnirdi. Konfutsiya göstərirdi ki, xeyirxah ər yalnız öz borcunu bildiyi halda, lakin aşağı adamlar yalnız faydalanmağı bilirlər.


Ardı →