Qəhrəman Kazımov: “Abunəçilərə şəffaf internet təcrübəsi yaşadırıq”

“Azerfon”un Kommersiya direktoru Qəhrəman Kazımov “Qafqazinfo”ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
— Hazırda Azərbaycanda mövcud olan 3 mobil operator arasında rəqabət mühitini necə dəyərləndirirsiz? “Nar” bazarda rəqabətə davamlılığını və mövqeyini daha da gücləndirmək üçün hansı addımları atacaq?
— Bu gün Azərbaycanın telekommunikasiya bazarında kifayət qədər güclü rəqabət mövcuddur. Bu, bir çox dünya telekom bazarlarında da görünən faktorlardan biridir. Hazırda bizim bazarda rəqabət çoxşaxəlidir. Həm şəbəkə və xidmət keyfiyyəti, həm müştəri məmnuniyyəti, həm də bazara təqdim olunan məhsullar, innovativ həllər üzrə rəqabət müşahidə edilir. Təbii ki, insanların telekomunnikasiya xidmətlərinə olan tələbatı artdıqca, xidmətləri təklif edən şirkətlər də məsrəflərinin optimallaşdırılması kimi vacib bir məsələ ilə üzləşirlər. Bu amilin isə şirkətlərin rəqabətədavamlı mövqeyinin qurulmasında rolu artmaqda davam edir. “Nar” bazarda rəqabətə davamlılığını bu istiqamətlərdə daim inkişaf etdirir. Hazırda bizim bazardakı mövqeyimiz davamlı olaraq güclənir.
Davamı →

Qəhrəman Kazımov: “Nar” üçün prioritet hədəf müştərilərin məmnunluğu və loyallığıdır

Qəhrəman Kazımov — “Azerfon”un Marketinq üzrə direktoru. Azərbaycan Dövlət Neft Akademiyasında “Biznesin idarəedilməsi” ixtisası üzrə bakalavr, Mərkəzi Avropa Universitetində “İqtisadiyyat” ixtisası üzrə magistr pilləsində təhsil alıb. Eyni zamanda Stokholm Texnologiya Institutunda “Telekommunikasiya” üzrə təhsil proqramının məzunudur.
Telekommunikasiya sahəsində 10 illik təcrübəyə malik beynəlxalq səviyyəli mütəxəssisdir. Kommersiya strategiyası, istehlakçı marketinqi, qiymət siyasəti, müştəri dəyərinin idarəedilməsi, məhsul və xidmətlərin idarəedilməsi, biznes analitikası kimi sahələrdə ixtisaslaşıb.
Q.Kazımov müxtəlif iri layihələri icra edib.  Bunlara mobil nömrə daşınması, konturdan manata keçid, müştəri itkisinin proqnozlaşdırılması modelləri, kampaniyaların avtomatik idarə edilməsi sisteminin qurulması, istehlakçıların loyallıq proqramlarının qurulması kimi layihələri göstərmək olar.
Davamı →