Qərbi Avropa ölkələri və Amerika Birləşmiş Ştatları

Böyük Britaniya. Böyük Britaniya müharibədən qalib çıxsa da, ABŞ və SSRİ-dən geridə qalırdı. 1945-ci ilin iyulunda keçirilən parlament seçkilərində hakimiyyətə gələn leyborist Klement Ettli hökuməti milliləşdirmə siyasətinə başladı. Kömür, qaz, poladtökmə, elektrik enerjisi, kimya sənayesi sahələri, rabitə vasitələri, daxili nəqliyyat və banklar milliləşdirildi. Siyasi sahədə leyboristlər parlamentdə Lordlar palatasının hüquqlarını məhdudlaşdırmağa müvəffəq oldular.
Xarici siyasətdə ən mühüm məsələ imperiyanın qorunub saxlanması idi. Hökumət Hindistan, Seylon, Birma, Fələstin və İordaniyaya istiqlaliyyət verməyə məcbur oldu. Leyboristlərin keçirdiyi islahatlar lazımi nəticə vermədi. Vergilərin artması, kartoçka sisteminin saxlanması leyboristlərin nüfuzunu aşağı saldı.
1951-ci ilin parlament seçkilərində mühafizəkarlar qalib gəldilər. Uinston Çörçil yenidən baş nazir oldu. O, poladtökmə sənayesini və nəqliyyatı yenidən özəlləşdirərək keçmiş sahiblərinə qaytardı.

Davamı →