1948-1953-cü illərdə Qərbi Azərbaycan torpaqlarından deportasiya

Sovet hakimiyyətinin ölkənin müxtəlif regionlarında, o cümlədən Qafqazda Azərbaycan, erməni, gürcü və başqa xalqları bir-birinə qarşı qoymaq siyasəti çar Rusiyasının məqsədli siyasətinin davamı idi. Bu siyasət mərkəzə qeyri-rus xalqlar, xüsusilə də müsəlman və türklər üzərində öz hakim mövqeyini qoruyub saxlamaq üçün lazım idi.
Azərbaycanlılar və digər türklər yaşayan torpaqların işğalı hesabına «Böyük Ermənistan» dövləti yarartmaq xəstəliyinə tutulan ermənilər özlərinin heç vaxt mümkün olmayacaq məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə etməyə çalışırdılar.
Moskvadakı havadarlarının köməyi ilə mərkəzdəki və xarici ölkələrdəki erməni və ermənipərəst lobbilərinə arxalanan erməni — daşnaklar müharibədən sonrakı illərdə də vaxtaşırı azərbaycanlıların Ermənistan SSR-dəki öz tarixi etnik ərazilərindən sıxışdırılıb çıxarılması, ilk növbədə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə çıxış edirdilər. 40-cı illərin ortalarında Mərkəzin, bilavasitə Moskvadakı erməni lobbisinin lideri və rəhbəri A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda kommunistlərin fəal iştirakı ilə gizli «Qarabağ hərəkatı» və «Qarabağ komitəsi» yaradılmışdı.


Ardı →