Qəribə Adlı Banket Zalı

Keçmiş qanuni oğru Mehman bir vaxtlar şəhərin böyük hissəsini qorxu içində saxlayıb. Qəddarlığının, yaramazlığının və digər şər əməllərinin döymədiyi qapı qalmayıb. Bir müddətdən sonra kriminal aləmdən uzaqlaşaraq sakit həyata qayıdır. Özünü çox xoşbəxt hiss edir: Çünki kifayət qədər sərvət toplayıb, sevdiyi həyat yoldaşı və ağıllı oğlu var. Ancaq bir gün, onun ideal hesab etdiyi bu həyat bir telefona zənginə alt-üst olur. Qatil tərəfindən təqib olunan oğlu atasının onu gəlib xilas etməsini istəyir. Mehman oğlunun öldüyünü yoxsa qaçırıldığını dəqiq bilmir. Əlaqə kəsildiyindən onun harada olduğunu da müəyyən edə bilmir. Hüquq mühafizə orqanlarına müraciət etməyi özünü təhqir saydığından, oğlunu təkbaşına tapmağa çalışır. Bütün izlər qəribə adlı banket zalına aparır...
                                                                  E-KİTABI PULSUZ ENDİR










Davamı →